Hekayələr. Эдгар Аллан По
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эдгар Аллан По страница 8
Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən, məlahətli səsi zilə qalxar, sakit və təmkinliliyinə baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhvali-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun xasiyyətini, sadəcə, təsvir edirəm. Onda bu xasiyyət coşqun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.
Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik.
Düpen birdən dilləndi:
– O, çox cılız bir gəncdir. Yaxşısı budur, bəxtini sirkdə sınasın.
– Buna şübhə ola bilməz, – qeyri-ixtiyari olaraq cavab verdim.
Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.
– Düpen, – ciddi tərzdə dedim, – bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət içindəyəm, heç cür eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm o, həqiqətən, kimin haqqında fikirləşdiyimi bilir, ya yox?
– Şantilyi haqqında, – Düpen dilləndi. – Nə üçün dayandınız? Öz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.
Bəli, mənim fikirlərim məhz bu idi. Şantilyi əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebiyonun eyniadlı faciəsində Kserks7 rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.
– Allah xatirinə, – deyə israr etdim, – metodunuzu mənə başa salın; yəqin, sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. – Düzünü deyim ki, heyrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.
– Bunu sizin ağlınıza göyərtisatan saldı ki, pinəçi heç Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, – deyə dostum cavab verdi.
– Göyərtisatan? Siz nə danışırsınız? Mən heç bir göyərtisatan-zad tanımıram.
– On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərtisatanı deyirəm.
Birdən, həqiqətən də, başında böyük bir səbət aparan göyərtisatanın təsadüfən bu küçənin döngəsində məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun Şantilyi ilə nə əlaqəsi olduğunu heç cür anlamadım. Ancaq Düpendə zərrə qədər də falçılıq nişanələri yox idi.
– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan haqqında danışdığımız o qəribə göyərtisatanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, həkim Nikols, Epikür, stereotomiya8, səki daşları və göyərtisatan.
Həyatda çox az adam tapılar ki, heç olmasa, bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu, çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcək.
Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:
– O biri küçəyə burulmazdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax bu küçəni keçərkən başında iri bir səbət olan göyərtisatan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib büdrədiniz. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz.
Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada isə eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Dodaqaltı “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi9 barəsindəki mülahizələrə gətirib çıxaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində10 əldə olunan nəticələr ilə təsdiq edilməsindən və Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya – Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm.
Dünən qəzetdə Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: “Pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin”. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata biz də söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: “Perdidit antiquum litera prima sonum” – yəni birinci hərfin dəyişməsi ilə sözün qədim tələffüzünün dəyişməsi. Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur; bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi Şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum
7
Fars hökmdarı Kserks (Əhəmənilər sülaləsindən, e.ə. 521-465) haqqında yazılmış dram nəzərdə tutulur.
8
9
10