Hekayələr. Эдгар Аллан По

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Эдгар Аллан По страница 9

Hekayələr - Эдгар Аллан По Hekayə ustaları

Скачать книгу

oldular) gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür, tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə topaz qaşlı bir cüt sırğa, üç böyük gümüş qaşıq, üç balaca qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki komodun siyirmələri açılmışdı. Görünür, kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam Epanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi, hələ soyumamışdı. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri siyrilib. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Mərhuməni boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

      Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

      “Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir:

      “Paltaryuyan Polina Dübur ifadə verir ki, o, mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində dəqiq heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. O, xanımın çoxlu pulu olduğunu düşünür. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, heç yerdə avadanlıq olmayıb.

      Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım Epanyeyə az miqdarda tütün və burunotu satıb. Xanım və qızı bu evdə altı ildən çox olardı ki, yaşayırdılar. Orada əvvəlcə bir zərgər yaşayırmış və üst otaqları müxtəlif adamlara kirayəyə verirmiş. Ev xanım Epanyenin şəxsi mülkiyyəti idi, kirayəçilər evə pis baxdıqlarından onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçmiş, kirayənişin saxlamaqdan imtina etmişdi. Yaşlı xanım uşaq kimi idi. Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların xeyli pulu varmış. Qonşular arasında xanım Epanyenin fala baxdığını deyənlər olsa da, şahid onlara inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

      Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım Epanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.

      Jandarm İsidor Müze bildirir ki, hadisə yerinə səhər saat üç radələrində gəlmişdi. O gələndə darvazanın yanında iyirmi-otuz adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız dilində deyilmiş “şeytan” və “iblis” sözləri idi.

      Ciyiltili səs əcnəbi adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O, başqa nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

      Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecəyarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan dilinə, xırıltılı səs isə fransız dilinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin deyildi. Qadın səsi də ola bilərdi. Onun italyan dilindən anlayışı yoxdur, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. Şahid madam Epanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin mərhumların heç birinə aid olmadığına əmindir.

      Restoran sahibi Oden Heymer şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən tərcüməçi vasitəsilə dindirilirdi. O, Hollandiya vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürəkparçalayan imiş. Şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi və fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox, xırıltıya oxşayırmış. Xırıltılı səsli adam elə hey “iblis” və “lənət” və bir dəfə isə “İlahi” sözlərini deyib.

      Dileron küçəsindəki “Mino və oğulları” bankının sahibi, Mino ailəsinin böyüyü Jül Mino ifadə verir ki, xanım Epanyenin bir qədər pulu vardı. Onun kontorunda səkkiz il əvvəl yaz ayında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul

Скачать книгу