Hekayələr. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Джек Лондон страница 12
– Bilirsinizmi, miss, – xanımın israredici sualına cavab verməyə başladı. – Haçansa qoca Setlif mənə kələk gəlmişdi. Sizin atanız mənim var-yoxumu əlimdən aldı. Kimin ki cibində milyonları var, qanun onun tərəfindədir. Mən atanızdan intiqam almaq fikrində deyiləm. Çünki o mənim barəmdə heç nə bilmir, xəbəri də yoxdur ki, məni dilənçiyə çevirib. Axı əlində milyonları fırladan şəxsin mənim kimi qarışqadan nə xəbəri olacaq? O, iş adamıdır, əlinin altında yüzlərcə işçisi, idarəedicisi var. Bu adamlar onun yerinə iş görür, hətta onun əvəzinə düşünürlər. Mən isə atanızın etibar etdiyi bu adamların məhv elədiyi minlərdən biriyəm.
Belə ki, xanım, mənim bir at gücünə malik hidravlik qurğusu olan kiçik idarəm vardı. Ancaq Setlif və onun şərikləri bizim torpaqları ələ keçirəndən, ərinti təsərrüfatını yenidən qurandan və nəhəng hidravlik qurğunu yaradandan sonra mənim işim bitdi. Heç qoyduğum mayamı da çıxara bilmədim. Mitilimi atdılar bayıra. Ona görə də indi cibimdə bir qəpiyim olmayanda və dostumun da ehtiyac içində olduğunu görəndə qərara aldım ki, qocanın varidatına azacıq əl gəzdirim. Düşünürəm ki, götürəcəklərim sırf nə vaxtsa itirdiyimin əvəzi olaraq Allah yanında günah sayılmaz.
Miss Setlif etiraz etdi:
– Bütün dedikləriniz həqiqət olsa da, oğurluq istənilən halda günahdır. Məhkəmədə bundan ötrü sizə bəraət verməzlər.
– Bilirəm, – kişi razılaşdı. – Ədalətli olan hər şey çoxdan qanuniliyini itirib. Buna görə də burda narahat oturmuşam. Bu o demək deyil ki sizinlə oturub söhbət etmək ürəyimcə deyil, əsla! Siz mənim xoşuma gəlirsiniz, amma heç də polisin çənginə keçmək istəmirəm. Yaxşı bilirəm ki, başıma nə oyunlar gələ bilər. Keçən həftə bir oğlanın belinə beş il yüklədilər. Özü də nəyə görə? Küçədə bir nəfərdən iki dollar səksən beş sent çırpışdırdığına görə. Bu barədə qəzetdən oxu- muşam. İş olmayan çətin vaxtlarda insanlar ümidsizləşir, qəddarlaşır və girinə keçən hər kəsin başında bu qəddarlığı partlatmağa imkan axtarır. Əgər bu dəqiqə mən tutulsam, on ilə qədər iş verərlər. Ona görə də tez çıxıb getmək istəyirəm.
– Yox, dayanın! – qadın əlinin hərəkətiylə onu saxlamağa çalışdı, eyni zamanda da ayağını elektrik düyməsinə basdı. Bununla artıq neçənci dəfə idi ki, kişidən xəbərsiz həmin düyməni basırdı. – Siz heç demədiniz ki, adınız nədir?
Bir anlıq tərəddüddən sonra kişi dedi:
– Məni Deyv çağıra bilərsiniz…
– Məsələ burasındadır ki, Deyv, – qadın süni utancaqlıqla güldü, – sizinçün nəsə eləmək lazımdır. Siz hələ cavansınız, sizə çatacaq hesab etdiyiniz şeyləri götürsəniz, sonralar elə alışacaqsınız ki, heç payınıza düşməyənləri də çırpışdıracaqsınız. Bütün bunların axırı isə özünüz bilirsiz necə qurtarır. Yaxşısı budur, sizə münasib iş tapaq.
– Mənə bu dəqiqə ancaq pul lazımdır, – o, inadla dilləndi. – Özümçün istəmirəm. Dostumdan ötrü bura girmişəm. Bayaq dedim sizə, o, təhlükə altındadır. Dərhal kömək edilməsə, getdi fələyin…
Miss Setlif cəld onun sözünü kəsərək dedi:
– Mən sizinçün iş taparam. Qaldı dostunuzun məsələsinə… Bilirsiniz nə var? Sizə borc verərəm, ona göndərərsiniz. Sonra öz maaşınızdan mənim pulumu qaytararsınız.
– Üç yüz dollar bəs edərdi, – kişi sakitcə dedi. – Bu pula o, canını qurtara bilər. Bundan ötrü, bir də adicə şorba və tütün üçün bir-iki sent pula bir il nəfəs dərmədən işləməyə hazıram.
– Ah, siz çəkənsiniz! Heç ağlıma gəlməyib.
Qadın tapançanın üstündən əlini uzadıb siqaret çəkənlərin barmaqlarında olan məlum sarı ləkəyə işarə edəndə həm də nəzərləri ilə silahacan məsafəni ölçdü. Cəld hərəkətlə silahı götürmək istəyi onu təlatümə gətirdi. Əmin idi ki, tapançanı götürə bilər, amma yenə də tərəddüd etdi. Nəhayət, istəyinə birtəhər güc gəlib fikrindən daşındı.
– Çəkmək istəyirsiniz?
– Lap bağrım çatlayır.
– Mən etiraz etmirəm, buyurun çəkin. Birisi siqaret çəkəndə mənim xoşuma gəlir.
Kişi sol əlini yan cibinə salıb əzik-üzük bir siqaret kağızı çıxararaq onu sağ tərəfinə, tapançanın yanına qoydu. Təzədən əlini cibinə dürtüb çıxardığı iri, qıvrım tənbəkini kağızın üstünə tökdü. Sonra hər iki əlini tapançanın üstünə qoyub siqaret bükməyə başladı.
– Bu iyrənc silaha elə yapışmısınız ki, sanki məndən qorxursunuz, – miss Setlif coşqunluqla dilləndi.
– Sizdən qorxmuram, xanım, amma nəsə bir az narahatam.
– Mən isə sizdən qorxmadım.
– Siz niyə qorxasıydınız ki?
– Bəs canıma görə qorxmayım? – qadın etiraz etdi.
– Hə, elədir, – kişi dərhal razılaşdı, – ancaq mən qətiyyən sizdə qorxu görmədim. Bəlkə, mən özümü çox ehtiyatlı aparıram.
– Narahat olmayın, məndən heç bir pislik görməzsiniz, – qadın bu sözləri deyə-deyə ciddi və səmimi nəzərlərini adama dikdi. Ayağını isə təzədən elektrik düyməsinin üstünə basdı. – Görürəm ki, adamları yaxşı tanımırsınız. Xüsusilə də qadınları. Çalışacağam ki, siz cinayət aləminə girmədən oğurluqdan əl çəkib ağıllı bir işin qulpundan yapışasınız. Siz isə…
Kişini bu sözdən qeyrət boğdu.
– Çox üzr istəyirəm, xanım, bağışlayın, – deyə mızıldandı. – Sizin xeyirxahlığınız qarşısında mənim şübhəyə düşməyim heç insafdan olmadı.
Sağ əlini tapançanın üstündən götürüb siqaretinə bir-iki qullab vurdu, sonra silahı dizinin üstünə qoydu.
– İnandığınız üçün çox sağ olun, – ev sahibəsi az qala pıçıltıyla dedi