Hekayələr. Джек Лондон

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Джек Лондон страница 10

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Джек Лондон Hekayə ustaları

Скачать книгу

Con Randolf!… – deyə La Perl onun sözünü tamamlayarkən dodaqları səyridi.

      Uri başını tərpədib dedi:

      – Şadam ki, başa düşdün.

      La Perl çarəsiz və qüssəli halda:

      – Mən hazır, – deyə bildirdi. – Keçək əsas məsələyə, amma cəld ol.

      Uri ayağa qalxıb:

      – Ömrüm boyu Allaha inanmışam, – dedi. – Bilirəm ki, ilahi ədalət var. Yəqin ki, yuxarıdan bizə baxır və taleyimizi həll etmək istəyir. Əminəm ki, o gözəgörünməz qüvvə mənim sağ əlimin məhz onun hökmünü yerinə yetirməsini istəyir. Allaha o qədər inanıram ki, hətta səninlə bərabər şərtlərlə atışmağa razıyam. Qoy Allah özü son hökmünü versin!

      Bu sözlərdən sonra La Perlin sevincdən ürəyi şiddətlə döyündü. O, Urinin itaət etdiyi gözəgörünməz qüvvəyə yox, şansa inanırdı. Bu, həmin şans idi ki, həmin gecə sahilboyu qar təpəcikləri arasında qaçanda da onun yanında olmuşdu.

      – Axı bizim bir tapançamız var, – deyə La Perl etiraz etdi.

      – Növbə ilə atarıq, – Uri tapançanı çıxarıb yoxladı. – Kimin birinci atacağını qoy kart həll etsin.

      La Perlin bədəni istiləndi. Ürəyində kart oyununu götür-qoy elədi. Kartları cibindən çıxardı. Düşünürdü ki, bu dəfə bəxt onun üzünə güləcək. Cəld kartlardan birini çıxardı ki, siftə paylayan adamı müəyyənləşdirsin. Bəxti gətirdi, sevincdən uçundu. Tez kartları qarışdırıb payladı. Oynamağa başladılar. Urinin əlində kozır yox idi. Amma La Perlin iki tuzu, iki kozırı19 vardı. Bəxt bu dəfə onun yanında idi. Beləliklə, onlar əlli addım ölçüb məsafəni müəyyənləşdirdilər.

      Uri dedi:

      – İşdir, məni öldürsən, itləri də, sursatı da götür. Cibimdə onlara aid rəsmi mülki kağızlar da var.

      Uri çiyinlərini düzəldib dik dayandı və rəqibinin üzünə baxdı. La Perl arxasını şüaları okeanın suyunda əks olunan günəşə çevirdi. Gözlərini qıyıb nişan aldı. Tələsmirdi, yaz yelinin ani vıyıltısında silahı aşağı saldı. Birdən dizi üstə çökərək tapançanı iki əli ilə bərk-bərk tutub atəş açdı. Uri bir addım atıb əllərini havada yellədi. Səndələyib qarın üstünə yıxıldı. Güllə ürəyindən dəyməmişdi, yoxsa elə yerindəcə ölərdi. Amma Uri var gücünü toplayıb ayağa qalxdı. Tapançanı istədi. La Perlin könlündən ikinci dəfə atəş açmaq keçdi. Amma o dəqiqə də bu fikri beynindən çıxartdı. Düşünürdü ki, onsuz da bəxt onun tərəfindədi. Ona görə də hiylə və fırıldaq gəlmədən bu oyunu vicdanla oynamaq istəyirdi. Uri ağır yaralı idi. Çətin ki hədəfi düz nişan alsın. Bəlkə, heç tapançanı əlində tutmağa gücü çatmayacaqdı?!

      La Perl kinayə ilə güldü, tapançanı yaralıya uzadıb dedi:

      – Nə oldu, bəs deyirdin Allah var? Hanı o, hardadı sənin ədalətli Allahın?

      – O hələ son sözünü deməyib. Onun son sözünü eşitməyə hazırlaş…

      La Perl laqeyd halda Uri ilə üzbəüz dayandı. Uri sərxoş adamlar kimi yırğalanırdı. Tapança ona çox ağır gəlirdi. Qorxurdu ki, onu əlində saxlaya bilməsin. Uri bütün gücünü toplayıb tapançanı gözünə tərəf qaldırdı. Rəqibinin düz ürəyini nişan alıb tətiyi çəkdi. La Perl bir an hərəkətsiz qaldı, gözləri önündə San-Fransisko haqqındakı arzuları canlanıb söndü. Günəş işığına qərq olmuş bəyaz qar gözlərində yavaş-yavaş qaraldı. O bu dəfə pıçıltı ilə bəxtinə qarğış yağdırdı. Son dəfə belə kobud səhv buraxdığı bu amansız oyunu lənətlədi.

Tərcümə edəni: Kamran Nəzirli

      İNSANI ÖLDÜRMƏK

      İçərini ölgün gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst dolanır, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı; axşamtərəfi kitabı harasa qoymuşdu. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, açıq-qırmızı rəngli ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O, çox məlahətli, incə hərəkətli, zərif bir qadındı. Al dodaqlı yumru sifətində mavi gözləri xəfif parıltı saçırdı; gözlər gah bakirə qız sadəlövhlüyü ilə geniş açılır, gah da qəddar, soyuq, amiranə, inadkar qadın əzmiylə xumarlanırdı.

      Qonaq otağının işığını keçirib başqa otağa üz tutdu. Hardansa onun qulağına zəif səs gəldi. Qapının yanında dayandı. Yüngül bir xışıltıydı, ya nəydi, sanki kimsə yeriyirdi. Ona elə gəldi ki, qulağına səs gəlib, amma nəsə onu ehtiyatlı olmağa vadar etdi. Düşündü ki, görəsən, gecənin bu vaxtı xidmətçilərdən kim otaqlarda gəzə bilərdi. Xidmətçilərin başçısı ola bilməzdi: o kişi erkən yatmaq vərdişini nadir hallarda dəyişirdi. Yemək otağının yanından keçəndə qapının bağlı olduğunu gördü. Bilaixtiyar qapını açıb içəri girdi. Bəlkə də, fəhmlə hiss etmişdi ki, qulağına dəyən səs məhz bu otaqdan gəlir. Qaranlıqda əlhavasına işığın düyməsini tapıb basdı. İçəri işıqlanan kimi qadın qapıya doğru çəkilib içini çəkdi.

      – Ah, – qadın inildədi. – Qorxutdunuz məni. Sizə nə lazımdı?

      – Burdan tez rədd olub getmək. – Kişi dodaqlarını əyib dedi. – Sizin bu saysız-hesabsız otaqlarda əməlli-başlı azmışam. Əgər siz yolu göstərsəniz, mən dərhal çıxıb gedərəm.

      Onunla üzbəüz dayanmış kişi tapançasını işıq düyməsinin yanında küncə qısılmış ev sahibəsinə tuşlamışdı. Qorxmasına baxmayaraq, qadın tapançaya və sahibinə diqqətlə baxdı. Qara rəngli uzun silah “Kolt” olmalı idi. Kişi bəstəboydu, pis geyinmişdi. Gün altında yanıb qaralmış sifəti və qonur gözləri tamamilə sakitdi. Tapança onun əlində titrəmirdi, düz qadının sinəsinə tuşlanmışdı.

      – Bəs bura necə düşmüsünüz? – qadın soruşdu. Onun səsində həmişə amirliyə öyrəşmiş adamın kəskinliyi sezilirdi.

      – Sadəcə olaraq sizdən nəsə oğurlamaq istəyirdim, miss, vəssalam, – deyə kişi cavab verdi. – Bura qalxdım ki, görüm götürüləsi bir şey varmı? Əmin idim ki, evdə yoxsunuz. Çünki sizi qocayla birlikdə maşına minən görmüşdüm. Yəqin ki, atanızdı. Siz də miss Setlifsiz, hə?

      – Sizə kim dedi ki, mən miss Setlifəm? – deyə soruşdu.

      – Bu ki qoca Setlifin evidir!

      Qadın təsdiq mənasında başını tərpətdi.

      – Əvvəllər

Скачать книгу


<p>19</p>

Tuz, kozır – qumarda uduşlu kartlar