Hekayələr. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Джек Лондон страница 6
– Gör nə deyirəm. Biz ikimiz də Lit-Liti yaddan çıxarmışıq. Bəlkə, o mənə yaradı?
Snitşeynin qaşqabağı açılmadı, ancaq ürəyində sevincinin hədd-hüdudu yox idi. Bax buna varam! Bir dəqiqə də ötsəydi, o özü Lit-Litin adını çəkəcəkdi, ancaq işlər müdiri özü ilk addım atdı.
İşlər müdiri ucadan ürəyindən keçənləri deyirdi:
– Hə, nə olar ki? Bunu bir yolla yoxlamaq olar, sınaqdan keçirək. Hə, demək belə, – o, səsini ucaltdı, – Lit-Lit üçün on yorğan, üç funtluq da əla tütün verrəm.
Ancaq Snitşeyn başını buladı, bu, açıq-aydın o demək idi ki, yer üzünün bütün yorğanları, tənbəkisi gözəllik mücəssəməsi olan Lit-Litin yerini verməz. Foks, nəhayət, ondan nə istədiyini tələb edəndə tayfa başçısı soyuqqanlılıqla bildirdi ki, ona beş yüz yorğan, on tüfəng, əlli funtluq tənbəki, iyirmi parça qumaş, on butulka rom, şarmanka verəcək, bundan başqa da işlər müdirinin iltifatını qazanacaq və ocağının başında yeri olacaqdır.
Foksu sanki iflic vurdu, ona görə də yorğanların sayı tez iki yüzə endirildi, onun dalınca da tayfa başçısı ocağın qırağında yer istəməkdən boyun qaçırdı, – ağdərili kişilərlə bu yerin qızları evlənə, bu, görünməmiş iş idi. Onlar daha üç saat sövdələşdilər, sonda razılığa gəldilər. Snitşeyn Lit-Lit üçün yüz yorğan, beş funtluq tənbəki, üç tüfəng, bir butulka rom alacaqdı. Həm də, şübhəsiz ki, işlər müdirinin iltifatını qazanacaqdı: Con Foksun fikrincə, o, on yorğan, bir tüfəngi qıza görə artıq verirdi. Gecəyarıdan ötəndə Foks evə qayıdanda təəssüflə fikrindən keçirdi ki, Snitşeyn ona kələk gəldi.
Yorulmuş, ancaq əldə etdiyi qələbədən sevincək olan Snitşeyn uzanmağa hazırlaşırdı ki, viqvamdan yavaşca sürünüb çıxmaq istəyən Lit-Liti gördü.
O, nəsihətverici şəkildə mızıldandı:
– Sən özün gördün, özün eşitdin. İndi görürsən ki, atan müdriklərin müdrikidir. Sənin üçün ən sərfəli ər tapmışam. Mənə qulaq as, nə deyirəmsə, onu elə, mən get deyəndə gedər, qayıt deyəndə qayıdarsan. Beləcə, biz bu ağ axmağı soyarıq, boyu uzundur, ağlı az.
Ertəsi gün ticarət işləri dayandırılmışdı. İşlər müdiri səhər yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir butulka viski açdı, itlərə iki pay yemək verdi, ən yaxşı mokasinləri geyinib gəzdi. Faktoriyanın yaxınlığında potlaça15 möhkəm hazırlıq görülürdü. Con Foks Lit-Liti almasını indiyədək görünməmiş potlaçla qeyd etmək istəyirdi ki, adaxlının əliaçıqlığı gəlinin gözəlliyindən geri qalmasın. Axşama yaxın bütün tayfa qonaqlığa gəldi. Kişilər, qadınlar, uşaqlar və itlər doyunca yedilər, əliaçıq kişi heç kəsin – nə yol azıb gələn yolçuların, nə də tayfasından geri qalan ovçuların xətrinə dəymədi. Saqqallı ər indicə gözünün yaşını tökəcək, fağırlaşan Lit-Litə təzə çit paltar, zəngin naxışlı mokasin verdi, onun qaralığından göyəçalan saçları üstünə al-əlvan ipək yaylıq örtdü, boğazına qıpqırmızı şərf bağladı, üstəlik də bürünc sırğa, üzüklər, bir ovuc par-par parıldayan bəzək şeyləri, ucuz saat bağışladı.
Snitşeyn hədiyyələr paylananda özünü güclə saxladı, ən axırda bir dəqiqə vaxt tapıb qızını bir qırağa çəkdi.
O, burnu altında mızıldandı:
– Bu gecə yox, sabah gecə də yox, gecələrin birində çayın qırağına gəlib qarğa kimi qarıldayacağam, sən də yekəpər, axmaq ərinin yatağından qalxıb mənim yanıma gələrsən. – Lit-Litin yeni gözəl həyatdan ayrılmalı olacağını eşidəndə sifətinin uzandığını görüb tələsik əlavə etdi: – Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-ufla viqvamıma qaçıb gələcək, sonrası isə səndən asılıdır; var gücünlə şikayətlənərsən ki, ondan xoşun gəlmir, ürəyindən deyil, işlər müdirinin arvadı olmaq sənin düşündüyündən çətin imiş, qoy ərin yazıq, kasıb, qoca atana əlavə yorğanlar, tənbəki və başqa mallar versin. Belə ki, möhkəm yadında saxla, gecə çay sahilində qarğa kimi qarıldayacağam.
Lit-Lit başını tərpətdi, bilirdi ki, atanın sözünə qulaq asmamaq olmaz, bir də o, qızından nə tələb edirdi ki, deyirdi Foksdan bir müddət ayrılsın, Lit-Lit onun yanına qayıdanda əvvəlkindən xoşbəxt olacaqdır. Qız qonaqlara qarışdı, gecəyarıdan keçəndə Foks xüsusilə yaşlı hindu qadınlar dəridən-qabıqdan çıxıb zarafatlaşanda və hay-küy salanda Lit-Liti çağırıb qalaçaya apardı.
Lit-Lit faktoriyada ən nüfuzlu adamın arvadı olmağın nə qədər sərfəli olduğunu tez başa düşdü, belə güzəran yatsaydı, yuxusuna da girməzdi. İndi o, odun, su daşımırdı, deyingən tayfa qocalarına qulluq eləmirdi. İlk dəfə idi ki, səhər yeməyi hazır olunca yataqda uzanıb nazlana bilərdi. Yataq da ki nə yataq: təmiz, yumşaq, rahat; o, ömründə belə yorğan-döşəkdə yatmamışdı. Bəs yeməyinə nə deyirsiniz! Yediyi ağ çörək, peçenye, buğda unundan kökə idi. Gündə üç dəfə, hər gün, özü də ki ürəyin istədiyi qədər. Belə bolluğa adam alışa bilmir. Bundan başqa, Foks xeyirxah da olurdu. Bir arvadı ölmüşdü, evi idarə etməyi yaxşı bacarırdı, arvadın cilovunu da hərdənbir, özü də ciddi şəkildə çəkə bilirdi.
O, toyun ertəsi günü süfrə arxasında oturanda dedi:
– Lit-Lit burda xanımdır. Nə dedi, o da olmalıdır, başa düşdünüz?
Mak Lin və Mak Teyviş başa düşdülər. Onlar bunu da bilirdilər ki, işlər müdirinin əli ağırdır.
Lit-Lit vəziyyətindən sui-istifadə eləməyə tələsmirdi. O, ərinə qulluq etdiyi kimi, onun böyüyən oğlanlarının nazını çəkdi, yorulmadan onların qeydinə qaldı, bununla bərabər, əri onu müəyyən dərəcədə sərbəst buraxdığı kimi, o da onları sərbəst buraxırdı. Oğlanlar təzə analarını hamıya, hər gördüklərinə tərifləyirdilər. Mak Linlə Mak Teyviş də dil boğaza qoymurdular, Foks da ailə həyatının gözəlliklərindən, cavan arvadının məziyyətlərindən, özünün razılığından o qədər danışdı ki, bütün bunlar Günah Qayasının sakinləri və ətrafında yaşayanların dilində dolaşmağa başladı.
Gələcək saysız-hesabsız, qurtarmaq bilməyən qazancların eşqinə düşən, gecələr yuxusu ərşə çəkilən Snitşeyn qərara aldı ki, hərəkətə gəlmək vaxtı çatıb. Toyun onuncu gecəsi Lit-Liti qarğa qarıltısı yuxudan elədi. Qız başa düşdü ki, Snitşeyn onu sahildə gözləyir. Xoşbəxt həyata başı qarışdığından o, atası ilə şərtləşdiklərini unutmuşdu, indi onun canına uşaqlıqda olduğu kimi qorxu düşmüşdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə
15