Hekayələr. Редьярд Джозеф Киплинг

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Редьярд Джозеф Киплинг страница 4

Hekayələr - Редьярд Джозеф Киплинг Hekayə ustaları

Скачать книгу

ki, onlar ancaq qocalanda ərə gedirlər?

      – Onlar da digər qadınlar kimi vaxtı çatanda gedirlər ərə.

      – Mən bunu bilirəm, lakin deyirlər ki, onlar iyirmi beş yaşları olanda ərə gedirlər. Bu həqiqətdir?

      – Hə.

      – Ya Allah! İyirmi beş yaşında! İyirmi beş demirəm, on səkkiz yaşlı qadınla özxoşuna evlənən kimdir, görəsən? Axı bu yaşda qadın saatbasaat qocalır. İyirmi beş! Mən o yaşda artıq qoca qarı olacağam və… Bu mem-loqlar həmişə cavan olurlar! Elə nifrət edirəm onlara!

      – Onların bizə nə aidiyyəti var axı?

      – Bilmirəm. Bircə onu bilirəm ki, indi yer üzündə məndən on yaş böyük bir qadın yaşayır və həmin qadın on ildən sonra, artıq mən qocalanda, saçlarım ağaranda, Totanın dayəsinə çevriləndə gəlib sənin məhəbbətini aparacaq… Bu ədalətsizlikdir, yaxşı iş deyil. Onlar da bizim kimi ölməlidirlər.

      – Amma sənin qocalığına baxmayaraq, hələ də uşaqsan. Buna görə də səni indi qucağıma alıb pilləkənlə aşağı düşürməliyəm.

      – Tota! Tota barədə düşün, mənim ağam! Sən istənilən uşaqdan heç də ağıllı deyilsən!

      Holden Əmirəni qollarına alıb gülən qadını aşağı düşürdü; anasının ehtiyat üçün başının üstünə qaldırdığı Tota isə gözlərini açıb gülümsündü – lap mələk kimi.

      O, sakit uşaq idi. Holden onun varlığından duyuq düşənə kimi oğlan qızılı rəngli, kiçik ilahiyə çevrildi və evlərinin yeganə despotu oldu. Həmin zamanlar Holden və Əmirənin mütləq bəxtiyarlıq ayları idi – yad gözlərdən iraq, Pirxanın qoruduğu taxta darvazalar arxasında gizlənmiş bəxtiyarlıq. Səhərlər Holden öz işini onun kimi xoşbəxt ola bilməyənlərin əvəzinə acı təəssüf hissi keçirməklə yerinə yetirirdi: onun balaca uşaqlara sevgisi yerli yığıncaqlarda iştirak edən anaları da heyran qoyur, əyləndirirdi. Axşam düşəndə o, Əmirənin yanına dönürdü – Totanın gün ərzində elədikləri barədə maraqlı söhbətləri olan Əmirənin; Tota qollarını necə bükür, barmaqlarını necə tərpədir, alçaq çarpayısından özbaşına yerə necə enir və ləngər vuraraq iki ayağı üstə ilk üç addımını necə atır:

      – Mənim ürəyim heyranlıqdan düz bir dəqiqə döyünmədi.

      Sonra Tota öz oyunlarına heyvanları da cəlb elədi – danaları, balaca boz dələni və xüsusilə də Mian Mittunu – quyruğundan bərk dartdığı tutuquşunu. Mian Mittu düz Əmirə ilə Holden ona yaxınlaşana kimi səsini başına atıb çığırırdı.

      – Ay yaramaz! Qaniçən! Damdakı qardaşınla belə davranırsan! Tobah, tobah! Fuy, fuy. Amma mən elə tilsimlər bilirəm ki, sən Süleyman və Əflatun kimi müdrik olacaqsan. Bax, – Əmirə dedi. O, üstü tikməli kisədən bir ovuc badam çıxardı. – Bax! Yeddiyədək sayırıq! Allahın adıyla!..

      Qadın qəzəblənmiş, kəkilini qabartmış Mian Mittunu qəfəsinin üstünə oturtdu və uşaqla quşun arasında əyləşib badam dənəsini qabıqdan təmizlədi – içi heç də onun öz dişlərindən ağ deyildi.

      – Həyatım mənim, gülmə, bu, əsl tilsimdir. Bax: ləpənin yarısını tutuquşuna, yarısını Totaya verirəm. – Mian Mittu dimdiyi ilə Əmirənin dodaqlarından öz payını ehtiyatla aldi; digər yarısını isə qadın körpənin dodaqlarından öpərkən onun ağzına qoydu, uşaq da anasına heyran gözləriylə baxaraq badam dənəsini tələsmədən yedi. – Mən bunu düz yeddi gün edəcəyəm və heç şübhə yoxdur ki, oğlumuz cəsur, bəlağətli və müdrik olacaq. Ey, Tota, mənim saçlarım ağaranda, sən isə kişiləşəndə kim olacaqsan?

      Tota qəşəng ayaqlarını altına yığıb iməkləməyə başladı. İməkləyə bilirdi, amma həyatının ən gözəl çağlarını faydasız söhbətlərə sərf etmək ürəyindən deyildi. İndi istəyirdi ki, Mian Mittunun quyruğunu yenə dartsın.

      Bir az böyüyəndə gümüş kəmər taxmaq şərəfinə nail oldu, – boynundan asılan üstü dualı gümüş lövhə və elə həmin kəmər Totanın geyiminin əsas qismi idi, – ayağı büdrəyə-büdrəyə bağçaya təhlükəli səyahətə çıxdı və Pirxanın yanına gəldi, nənəsi arşınmalçılarla söhbət edənə kimi Holdenin atına minməsi müqabilində üst-başındakı bütün qiymətli əşyaları qocaya təklif elədi. Pirxan ağladı və bu cəsur macəra həvəskarının təcrübəsiz ayaqlarını başına qoydu – sədaqət əlaməti olaraq. Sonra da oğlanı anasının yanına apardı. Pirxan and-aman eləyirdi ki, bu uşaq hələ üzünə tük çıxanadək insanlara başçılıq edəcək.

      İsti axşamların birində o, damda atasıyla anasının arasında oturmuşdu və şəhər uşaqlarının uçurduğu çərpələnglərin bitib-tükənməz davasına tamaşa edirdi. Xahiş etdi ki, ona da çərpələng düzəltsinlər, Pirxan da onu havaya buraxsın, çünki özündən böyük əşyalarla oynamaqdan qorxurdu. Holden ona frant deyəndə isə uşaq ayağa qalxıb yenicə dərk etdiyi fərdiyyətini müdafiə etmək üçün belə dedi:

      – Mən frant deyiləm, kişiyəm.

      Bu etiraz az qalmışdı Holdeni gülməkdən boğa və o belə qərara gəldi ki, Totanın gələcəyi barədə ciddi düşünsün. Lakin bu barədə nigarançılıq keçirəsi olmadı. Bu şirin həyat o qədər gözəl idi ki, uzun sürə bilməzdi. Elə buna görə də əllərindən alındı bu həyat – Hindistanda çox şeyi beləcə qəfil, xəbərdarlıqsız alırlar. Pirxanın diliylə desək, kiçik ağa getdikcə daha qüssəli görünməyə, qabaqlar ağrı haqda heç bir təsəvvürü olmasa da, ağrılarından şikayətlənməyə başladı. Qorxudan ağlını itirmiş Əmirə onun yatağı yanında səhərədək gözlərini yummadı, xəstəliyinin ikinci gününün səhəri açılanda isə oğlanlarının həyatına adi payız qızdırması son qoydu. Adama elə gəlirdi ki, onun ölməsi qeyri-mümkün bir şeydir və əvvəlcə nə Əmirə, nə də Holden çarpayıda uzananın yalnız cəsəd olduğuna inana bilmirdilər. Sonra Əmirə başını divara çırpmağa başladı və əgər Holden onun qarşısını zorla kəsməsəydi, bəlkə də, özünü bağdakı quyuya atacaqdı.

      Mərhəmət Holdenə nazil oldu. Günorta öz dəftərxanasına gələndə hədsiz dərəcədə çox təzə məktub gəldiyini gördü – onların üzərində işləmək üçün böyük diqqət və xeyli vaxt gərək idi. Lakin o vaxt Holden bunun Tanrı mərhəməti olduğunu sonadək dərk etmirdi.

III

      Güllə yarası adama ilk əvvəl möhkəm çimdik kimi gəlir. Xəsarət almış bədən özünün etirazını ruha on-on beş saniyədən sonra göndərir. Holden də öz dərdini yavaş-yavaş dərk etdi – necə ki qabaqlar xoşbəxtliyini dərk etmişdi və yenə də onun hər bir təzahürünü gizlətməyə möhkəm ehtiyac duyurdu. Əvvəlcə o yalnız bunu hiss edirdi ki, nəsə bir itki üz verib və Əmirə ikiqat olub başını dizlərinə söykəyib oturarkən Mian Mittu damdan “Tota! Tota! Tota!” – deyə çığırıb onu diksindirəndə təskinliyə

Скачать книгу