Hekayələr. İsi Məlikzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - İsi Məlikzadə страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - İsi Məlikzadə Hekayə ustaları

Скачать книгу

dörd dənə nar gətirdi: adama biri…

      Bələdçi, əlində dolu tor zənbil içəri girdi.

      – Naçalnik göndərib, – dedi və zənbildəkiləri bir-bir yığdı Dadaşovun qabağına.

      Soyutma toyuq, soyutma yumurta, pomidor, xiyar, holland pendiri, bir şüşə konyak balaca sto lun üstünə güclə yerləşdi. Bələdçi qaça-qaça gedib dörd dənə də qalın stəkan gətirdi.

      Dadaşov, Fətullanı dümsüklədi:

      – Süz görək.

      Fətulla stəkanın üçünə konyak süzdü, boş stəkanı qırağa qoydu. Dadaşov öz stəkanını götürüb, üzünü Sabit Mirzəyə tutdu. Sabit Mirzə arxasını arakəsməyə söykəyib:

      – Mən gecələr içmirəm, – dedi.

      Dadaşov üzünü Qasım kişiyə tutdu. Qasım kişinin incikliyi hələ sovuşmamışdı, elə incik-incik:

      – Mən onun daşını çoxdan atmışam, – dedi.

      Dadaşov üzünü Fətullaya tutdu. Fətulla əlini boş stəkanın ağzına qoydu.

      – Mənim mədəm xəstədir, – dedi. – Hər il Yesentukiyə gedirəm… müalicəyə…

      Dadaşov qalın qaşlarını çatdı:

      – Mənim sözümü yerə salırsan?

      Fətulla əlini boş stəkanın ağzından götürüb sinəsinə qoydu.

      – Üzr istəyirəm, – dedi. – Onca qram içsəm, ölərəm.

      Dadaşov başının işarəsiylə qapını göstərdi:

      – Onda çıx burdan, mənim məclisimdə oturma!

      Fətulla əvvəlcə elə bildi Dadaşov zarafat eləyir, sonra gördü ki, yox, Dadaşovun gözləri alacalanıb, Dadaşov ciddi danışır. Fətulla pərtliyini büruzə verməmək üçün gülümsədi.

      Dadaşov üzünü qapının yanında dayanmış bələdçiyə tutdu. Bələdçi, deyəsən, içmək istəyirdi, amma ürək eləmirdi; birdən Dadaşov onu sınayar? Bələdçi dirənə-dirənə:

      – Olmaz, – dedi, – iş başında…

      Dadaşov ona da qapını göstərdi:

      – Xoş getdin!

      Bələdçi, ilan ağzından qurtarmış qurbağa təkin aradan çıxdı.

      Dadaşov stəkanını butulkanın yanına qoyub köks ötürdü.

      – Yəni bu boyda vaqonda bir kişi tapılmayacaq?! – dedi.

      Qasım kişi yerində qurcuxdu. Sabit Mirzə ürəyində: “Lənət sənə, kor şeytan!” – dedi.

      Dadaşov süfrəyə baxıb başını buladı.

      – Bircə şey çatmır: şampanski! Konyakın üstündən şampanski ləzzət verir… adamın yanğısını söndürür. – Qapıya tərəf boylandı. – O oğlan hara getdi? Göndərim, bir-iki butulka şampanski alsın. – Çağırdı. – Vəzir! Vəzir!

      Bələdçi gəldi.

      – O uzunsaç oğlanı çağırırsınız? – dedi. – Getdi. Çamadanını götürüb keçdi ayrı vaqona. Dedi, day gəlməyəcəm.

      Dadaşov gözlərini qıydı.

      – Demək, mənnən qaçdı? Neynək!

      Bələdçi pəncələri üstə uzaqlaşdı.

      Bir müddət heç kim danışmadı. Təkcə təkərlə rin yeknəsəq taqqıltısı eşidildi. Dadaşov handan-hana başını döndərib, sınayıcı nəzərlərlə Qasım kişiyə baxdı.

      – Bəlkə şampanski almağa sən gedəsən? – dedi.

      Bayaqdan Qasım kişinin sinəsində yığılıb düyün bağlamış acıq partlayıb çıxdı ortalığa. Kişi boğazının damarları şişə-şişə:

      – Bura bax, – dedi, – özüm özünə borcluyam, yoxsa dədəm dədənə borcludu?! Səninçün hambalam, nəyəm mən?! Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! Dur, çıx burdan! Tez!

      Elə bil bayaqdan Sabit Mirzənin ürəyinə bir tikan sancılmışdı və Qasım kişi indicə o tikanı ehmalca çıxartdı ordan. Qasım kişinin gözləri böyü müşdü, amma Dadaşovun bir tükü də tərpənmirdi.

      Dadaşov, heç nə olmayıbmış kimi, gülümsəyə-gülümsəyə, sakit-sakit dedi:

      – Özündən çıxma, əşi, peşman olarsan.

      Qasım kişi səsini bir az da qaldırdı:

      – Neynəyəcəksən mənə?!

      Dadaşov mənalı bir ahənglə:

      – İstəsəm, pislik eləyərəm, – dedi. – Şoferin də işində əngəl tapmaq olar. Barmağımın bircə işarəsi kifayətdi ki, səni çəksinlər ortalığa.

      Qasım kişi səsini bir az saldı aşağı:

      – Neynəmişəm axı mən?

      Dadaşov bayaqkı təmkinlə:

      – Lazım gəlsə, sübut eləyərəm, – dedi. – Dilləşmə mənnən…

      Qasım kişi birdən-birə sustaldı. Sanki özünü yox, Dadaşovu sakitləşdirmək üçün səsinin səbbini alıb dedi:

      – Böyük adam olanda nə olar ey? Biz də özümüzə görə bir kişiyik də. – Asta-asta qalxdı. Bu söz-söhbətdən peşman olubmuş kimi başını buladı. – Gedirəm şampanski gətirməyə, – dedi, – amma elə bilməyin ki, qorxumdan gedirəm.

      Qasım kişi çıxandan sonra Sabit Mirzənin əlinə fürsət düşdü. Kinli-kinli Dadaşova baxdı.

      – Bəlkə məni də bir işə buyurasan… – İstədi “ay zırrama” desin, amma sözü dilinin ucunda saxladı, çünki Dadaşovun iri gözlərində bircə dəfə gördüyü ilıq, mülayim, tanış təbəssümü yenə gördü.

      Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu.

      – Bilirəm, mənnən zəhlən gedir, – dedi. – Hamınızı dilxor eləmişəm. Özümü yekəxana aparıram, heç kim ürək eləyib soruşmur ki, “axı sən kimsən, ay Dadaşov?”

Скачать книгу