Napoleon. Евгений Викторович Тарле

Чтение книги онлайн.

Читать онлайн книгу Napoleon - Евгений Викторович Тарле страница 5

Napoleon - Евгений Викторович Тарле Tarixi yaradanlar

Скачать книгу

style="font-size:15px;">      Avstriya ilə Kampo-Formioda bağlanan sülh müqaviləsindən sonra Direktoriya cidd-cəhdlə Bonapartı Parisə çağırırdı. O bu dəfə İngiltərəyə qarşı vuruşacaq ordunun baş komandanı təyin olunmuşdu. Bonapart Direktoriyanın ondan qorxmağa başladığını hiss eləyirdi. “Onların mənə paxıllığı tutur. Odur ki tələm-tələsik İngiltərəyə qarşı döyüşəcək ordunun generalı təyin ediblər ki, məni İtaliyadan uzaqlaşdırsınlar. Çünki mən burada hərbi komandandan daha çox hökmdaram”, – dostları ilə söhbətdə Bonapart öz təyinatını belə qiymətləndirmişdi.

Napoleon 1797-ci il dekabrın 7-də Parisə qayıtdı, 10 dekabrda isə Direktoriya tərəfindən Lüksemburq sarayında təntənə ilə qəbul olundu. Bonapart gələndə sarayın ətrafına toplaşmış kütlə onu alqışlarla qarşıladı. Lakin 28 yaşlı general onları soyuqqanlılıqla süzürdü. “Məni eşafota20 aparsaydılar, əminəm ki, bu kütlə eyni tələskənliklə qaçıb ətrafımdan uzaqlaşardı”, – Bonapart gurultulu alqışlardan sonra dostlarına belə demişdi.

Napoleon Parisə çatar-çatmaz yeni böyük müharibəyə başlamaq üçün Direktoriyadan razılıq almağa çalışdı: o, İngiltərəyə qarşı döyüşəcək ordunun generalı kimi qərara almışdı ki, Fransa donanması zəif olduğundan düşməni La-Manşdan yox, başqa yerdən təhdid etmək lazımdır. Beləliklə, Bonapart Misiri ələ keçirib, oradan İngiltərənin Hindistandakı hökmranlığına təhlükə yaratmağı təklif etdi.

“Bu adam dəli olmayıb ki?” – 1798-ci ilin yayında, artıq iş-işdən keçəndən sonra Avropada çoxları bu sözləri söyləyirdi. Çünki həmin vaxta kimi Bonapartın İngiltərəyə qarşı planı hamıdan gizli saxlanılmışdı.

Misirin işğalı və Suriyaya hərbi yürüş

Misirə hərbi yürüş Fransanın müstəmləkə işğalları tarixində xüsusi yer tutur. Bu, eyni zamanda Napoleonun karyerasında ikinci böyük müharibədir. Marsel burjuaziyasının və Fransanın cənub ərazilərində yaşayan əhalinin Balkan yarımadası, Suriya və Misirlə uzun illər davam edən əlverişli ticarət əlaqələri vardı. Bu ərazilər o dövrdə Osmanlı imperiyasının torpaqları sayılırdı. Fransanın hakim dairələri isə Misirə Hindistanla İndoneziyadakı ticari və siyasi rəqiblərini təhdid edə biləcəkləri strateji yer kimi baxırdılar. Məşhur filosof Leybnits21 bir vaxtlar XIV Lüdovikə hollandiyalıların bütün Şərqdə mövqeyini laxlatmaq üçün Misiri işğal etməyi məsləhət görmüşdü. XVIII əsrin sonunda isə başlıca düşmən hollandiyalılar yox, ingilislər idi. Deməli, Fransanın siyasi rəhbərləri Misiri ələ keçirməyi təklif edən Bonaparta heç də dəli kimi baxmırdılar. Təəccüblü deyil ki, hətta ehtiyatlı, hər şeyə şübhə ilə yanaşan Xarici İşlər naziri Taleyran22 da bu planı qətiyyətlə müdafiə edirdi.

Beləliklə, Kampo-Formiodan sonra indi başlıca düşmən İngiltərə idi. Bonapart bütün gücünü Misiri işğal etmək üçün Direktoriyadan donanma və ordu almağa yönəltmişdi. Şərq onu həmişə özünə cəlb eləyirdi. Sonralar Misir səhrasında gəzərkən yoldaşlarına yarızarafat, yarıciddi demişdi ki, heyif, çox gec doğulub, bir vaxtlar Misiri tutmuş Makedoniyalı İsgəndər kimi özünü Tanrı, ya Tanrının oğlu elan eləyə bilməz.

Direktoriyanı yola gətirmək üçün Bonapart çox da əziyyət çəkməli olmadı. Bunun da bir neçə səbəbi var idi. Birincisi, Direktoriyanın özü də iqtisadi, hərbi, siyasi baxımdan bu istiladan fayda güdürdü. İkincisi, səfərin uzaq və təhlükəli olması Bonapartın qəfil məşhurlaşmasından narahatlıq hissi keçirənlərin (o cümlədən Barrasın) işinə yarayırdı.

Nəhayət, yürüşə icazə verildi, Bonapart isə baş komandan təyin edildi. O dərhal hazırlıqlara başladı. Gəmilərə baxışdan tutmuş əsgərləri seçməyə qədər bütün işlərlə özü şəxsən məşğul olurdu. O, əsgərlərin çoxunu tanıyırdı. Ümumiyyətlə, Napoleonun yaddaşı ətrafındakıları həmişə heyrətə salırdı. Məsələn, o bilirdi ki, filan əsgər dözümlü və qoçaq olsa da əyyaşdır; digəri çox ağıllı və fərasətlidir, ancaq tez yorulur, çünki yırtıq xəstəliyindən əziyyət çəkir. Bonapart sonralar marşalları yaxşı seçdiyi kimi, kapralları, əsgərləri də dəqiqliklə seçirdi. İndi isə Misir yürüşündə ona əlli dərəcə istidə döyüşməyi, səhrada susuz qalmağı bacaran adamlar lazım idi.

1798-ci il mayın 19-da Bonapartın donanması Tulondan yola düşdü. 30 min adamın yerləşdiyi 350 irili-xırdalı gəmi, az qala, bütün Aralıq dənizi sahili boyunca üzməli və admiral Nelsonun eskadrasından23 yayınmalı idi.

Fransanın dəniz ekspedisiyasına hazırlıq gördüyündən, demək olar, bütün Avropa xəbərdardı. Bu ölkənin cənub limanlarında qızğın iş getdiyini, bura axın-axın əsgərlərin göndərildiyini, ekspedisiyanın başında isə Bonapartın dayanacağını İngiltərədə də yaxşı bilirdilər. Bəs ekspedisiya hara üz tutacaqdı? Bonapart şayiə buraxmışdı ki, məqsədi Cəbəlütariqdən24 keçib İspaniyanı dolanaraq İrlandiyaya qoşun çıxarmaqdır. Bu şayiə Nelsonu çaş baş saldı: fransız donanması limandan çıxıb şərqə – Maltaya yönələndə, o, Napoleonu Cəbəlütariqdə gözləyirdi.

General Bonapart Maltaya yaxınlaşıb adanın təslim olmasını tələb etdi və buna nail oldu. Buranı Fransanın torpağı elan edib, bir neçə gündən sonra Misirə doğru üzdü. 30 iyunda öz ordusu ilə İsgəndəriyyə şəhəri yaxınlığında lövbər saldı. Buradaca məlum oldu ki, iki gün əvvəl ingilis eskadrası şəhərə yaxınlaşaraq Bonapartı xəbər alıb. Vəziyyət təhlükəli idi. Deməli, Nelson fransızların Maltanı tutduğunu eşidincə aldandığını anlayaraq Misirə doğru tələsib. İstəyi də budur ki, fransız donanmasını quruya çıxmağa macal tapmadan dənizdəcə batırsın. Ancaq məhz bu tələskənliyi ona ziyan vurdu; İsgəndəriyyədə ona deyəndə ki, Bonapart adlı adamı tanımırlar, Nelson Konstantinopola üz tutdu. Bu da fransız ordusunu xilas etdi. Qeyd etdiyimiz kimi, həmin dövrdə Misir türk sultanının torpağı sayılırdı. Lakin ölkəni idarə edən məmlük bəyləri sultana xərac versələr də, faktiki olaraq Konstantinopoldan25 asılı deyildilər.

Misirə yürüş edən Bonapart özünü elə göstərirdi ki, guya türk sultanı ilə vuruşmaq niyyətində deyil. Əksinə, onunla dostluq əlaqəsi saxlayır və ərəbləri məmlük bəylərinin əsarətindən xilas etməyə gəlib. Napoleon həmçinin islam dininə hörmətlə yanaşdığını deyirdi. Sonra isə ona tabe olmayana qarşı ciddi ölçü götürəcəyini söyləyirdi.

Bonapart İsgəndəriyyənin ardınca Qahirəyə doğru irəlilədi. Qorxmuş əhali baş verənləri dinməzcə seyr eləyirdi. Onlar Bonapart haqqında heç nə eşitməmişdilər, bura niyə gəldiyini, hətta kiminlə vuruşduğunu belə bilmirdilər.

Daha sonra Napoleon Suriyaya yürüş etmək üçün hazırlığa başladı. Fransadan gətirdiyi alimləri özü ilə ora aparmaq istəmirdi. Bonapart müasiri olan alimlərə dərin hörmət bəsləmirdi. Lakin

Скачать книгу

20

Eşafot – edam kürsüsü

21

Leybnits – alman filosof və riyaziyyatçısı Qotfrid Leybnist (1646-1716)

22

Fransız siyasətçisi və diplomatı Şarl Moris de Taleyran-Periqor (1754-1838)

23

Eskadra – eyni və ya müxtəlif növ hərbi gəmilərin böyük birləşməsi

24

Cəbəlütariq – Atlantik okeanı ilə Aralıq dənizi arasında boğaz, su keçidi

25

Konstantinopol – İstanbul