Səfillər. Виктор Мари Гюго
Чтение книги онлайн.
Читать онлайн книгу Səfillər - Виктор Мари Гюго страница 6
– Bacı, otaqda təksinizmi?
Bu, müdhiş bir dəqiqə idi. Rahibə gözlərini qaldırdı:
– Bəli.
– Jan Valjan həbsdən qaçıb. Siz onu görmədiniz?
– Yox.
– Bağışlayın, – Javer hörmətlə təzim edərək otaqdan çıxdı.
Rahibə iki dəfə yalan dedi. Yəqin ki, onun bu yalanını behiştdə bağışlayarlar.
…Bir saatdan sonra bir adam qalın dumanda ehtiyatla Monreyldən uzaqlaşır, Parisə doğru addımlayırdı…
Keşiş yoxsullar üçün ayrılmış pulun çox hissəsini paylamadı, özünə saxladı. Fantinanın dəfnini isə kasıbyana yola verdi.
9430 NÖMRƏLİ DUSTAQ
Cənab Madlen yox olduqdan sonra Monreyldə xoş güzəran da sona çatdı. İnsanların qazancı azaldı. Adamlar işsiz qaldı. Ürəklər daşa döndü. Daha yoxsulların qeydinə qalan yox idi.
Bir az sonra polislər xəbər tutdular ki, kimsə Lafit bankından cənab Madlenə məxsus olan pulları son qəpiyi-nə kimi çıxarıb. Aydın məsələ idi ki, bu özünü Madlen kimi qələmə verən Jan Valjan olub. Javer çox təəssüfləndi ki, vaxtında Madlenin bankdakı hesabını dondurmayıb.
Həmin vaxtlar Monfermeyl kəndində Bulatruel adlı qoca bir yol fəhləsi yaşayırdı. Vaxtilə katorqada olmuşdu. İndi polis nəzarətində idi. Axşamlar onu əlində külüng meşənin qalın yerlərində görərdilər. Gizli bir iş gördüyü hiss olunurdu.
Bir gün Bulatruel Tenardyenin meyxanasında xeyli şərab içdikdən sonra sirrini açdı. Dedi ki, günlərin bir günü səhər işə gedərkən meşədə bir ağacın altında gizlədilmiş bel və bir külüng görmüş, buna heyrətlənmişdi. Axşam yaxınlıqda gizlənmiş və birdən “çox yaxşı tanıdığı, vaxtilə onunla bir yerdə katorqada olmuş” bir adamın meşənin içərilərinə getdiyini görmüşdür. Həmin adamın əlində bir sandıqça vardı. Bulatruel onun dalınca getmiş, lakin adamı gözdən itirmişdi. İki-üç saatdan sonra bu adamı yenidən görmüşdü, lakin artıq onun əlində sandıqça yoxmuş. Sonra Bulatruel meşəni ələk-vələk eləyib, lakin heç bir şey tapmayıb…
Nəhayət, Jan Valjanı Parisdə Monfermeylə gedən bir dilicana minmək istərkən həbs etdilər. Qəzetlər bu barədə yazmışdı. O, ölümə məhkum edilmiş, lakin kral mərhəmət göstərib ölüm cəzasını ömürlük katorqa ilə əvəz etmişdi. Jan Valjan işləmək üçün «Orion» gəmisinə göndərilmişdi.
17 noyabr 1823-cü ildə Tulon qəzetində belə bir xəbər dərc edildi: “Dünən “Orion" gəmisində işləyən bir katorqalı təhlükəyə düşmüş matrosu xilas edərkən dənizə düşüb batmışdır. Meyiti tapmaq mümkün olmamışdır. Bu adam həbsxana siyahısında 9430 nömrə ilə qeyd olunmuşdu. Adı Jan Valjan idi".
II HİSSƏ
KOZETTA
VATERLOO
1815-ci il iyunun 17-dən 18-nə keçən gecə güclü yağış yağdı. Bu yağış Vaterloo döyüşündə Napoleonun məğlubiyyətinə səbəb oldu. Yollar xarab olduğundan topları vaxtında gətirmək mümkün olmadı. Son atəşlər susduğu zaman bütün düzənlik, yarğanlar meyit və at leşi ilə dolu idi.
Müharibənin bir çox eybəcərlikləri var. Bunun ən murdar şəkli meyitlərin qarət edilməsidir.
…Gecəyarısı ayın işıq saldığı Vaterloo düzü ilə bir adam sürünürdü. Sanki meyit iyi duymuş goreşən idi. Bəzən dayanır, yerdəki meyiti əlləşdirir, sonra belini düzəldir, xəlvətcə uzaqlaşırdı. Birdən o dayandı. Arxadan, meyitlərin qalaqlandığı yerdən inilti səsi eşitdi. Bu zaman bir əlin onun ayağından yapışdığını hiss etdi.
– Aha, deyəsən, sağ qalanlar da var, – Goreşən mızıldandı.
O, yaralını meyitlərin arasından çıxarıb yolun qırağına sürüdü. Deyəsən, yüksəkrütbəli zabit idi, qızıl epoletləri görünürdü. Qana bulaşmış üzündə qılınc zərbəsindən çapıq vardı. Gözləri qapalı idi. Yaxasında gümüş “Fəxri legion” xaçı görünürdü.
Goreşən xaçı qoparıb öz şinelinin dərin cibinə dürtdü. Yaralının ciblərini yoxlayıb saat, pul kisəsi tapdı. Onları da mənimsədi.
Yaralı zabit birdən gözlərini açdı. Zəif bir səslə:
– Kim qalib gəldi? – deyə soruşdu.
Soyğunçu cavab verdi:
– İngilislər.
Zabit dərindən köks ötürüb dedi:
– Siz məni ölümdən xilas etdiniz. Kimsiniz?
Uzaqdan ayaq səsləri gəlirdi. Qarovul dəstəsi yaxınlaşırdı. Soyğunçu tələsik pıçıldadı:
– Mən də sizin kimi fransız ordusunda xidmət edirəm. Lakin bu saat sizi tərk etməyə məcburam. Mən sizi ölümdən xilas etdim. İndi özünüz başınızı bəladan qurtarın.
– Rütbəniz nədir?
– Serjantam.
– Soyadınız?
– Tenardye.
– Bunu unutmayacağam. Siz də mənim soyadımı yadda saxlayın. Ponmersi…
MİLAD AXŞAMI
Monfermeyldə 1823-cü ilin Milad bayramı çox şən keçirdi. Meyxanalara dolan müştərilər kəndin sakit həyatını şənləndirirdi.
Bayram axşamı bir neçə arabaçı və alverçi Tenardyenin meyxanasında əyləşib içirdi. Tenardyenin arvadı axşam yeməyi hazırlayırdı. Meyxana sahibi isə qonaqlarla oturub içir, siyasətdən danışırdı.
Tenardyenin 50 yaşı yenicə tamam olmuşdu. Arvadının isə 40 yaşı olardı. Ətli-canlı, irisifət, diribaş bir arvad idi. Meyxananın işləri ilə özü məşğul olurdu. Onun yeganə xidmətçisi Kozetta idi. Madam Tenardyenin səsindən pəncərə şüşələri titrəyərdi. Məharətlə söyüş söyər, yumruğu ilə qoz qırar və bununla fəxr edərdi. Tenardyelərin iki qızından sonra bir oğlu da olmuşdu. Ər-arvad bu uşağı heç sevmirdilər. Onu yuxarıdakı otaqlardan birinə atmışdılar. Körpə uşaq saatlarla ağlayaraq çığırır, amma harayına gələn olmurdu.
Kozettanın