Spartak. Рафаэлло Джованьоли
Чтение книги онлайн.
Читать онлайн книгу Spartak - Рафаэлло Джованьоли страница 5
Qladiatorlar bir qədər susdular. Sonra Kriks Spartakdan soruşdu:
– Bəs Katilina?
– O bizə qoşulmayacaq.
– Deməli, onun yaxşı adam olması barədə deyilənlər yalandır?
– Yox, o, pis adam deyil, lakin deyəsən, o, vəhşi qanunları deyil, indiki hakimiyyəti dəyişmək istəyir. Bu axşam onun yanına gedəcəm. Ümumi hərəkət planı ilə bağlı razılığa gəlməyə çalışacam.
– Sirrimiz Katilinaya və dostlarına məlumdur?
– Onlardan bizə təhlükə gəlməz. Razılığa gəlməsək belə, bizi ələ verməzlər.
Kriks pıçıltı ilə dedi:
– Ah, Spartak, əgər özünü həsr etdiyin bu çətin işi sona çatdırsan, onda sirkdə xilas elədiyin həyatımdan daha artıq sənə minnətdar olacam.
Spartakla Kriks küçə ilə addımlamağa başladılar. Onlar birdən qəşəng geyimli bir cavan qadın gördülər. Kriks onu görüb mat qaldı, tanımadığı bu qadına baxıb dedi:
– Bax buna gözəl deyərəm!
Spartak da başını qaldırıb qıza baxdı. Qız Kriksin tərifini qulaqardına vurub yunanca dedi:
– Spartak, allahlar səni pənahında saxlasın!
Spartak bu sözdən karıxdı:
– Təşəkkür edirəm, ay qız!
Qız Spartaka yaxınlaşaraq pıçıldadı:
– İşıq və azadlıq, şanlı Spartak!
Frakiyalı bu sözü eşidib diksindi:
– Gözəl qız, bu nə zarafatdır…
– Bu, zarafat deyil, özünü bilməzliyə qoyma. Mən kurtizan Evtibidayam, mən də məzlumlardanam.
Qladiator diksinib pıçıldadı:
– Gizli parolumuzu bilir!..
Spartak bir az susub qızın üzünə baxdı:
– Allahlar səni hifz eləsin, – dedi.
– Mən Müqəddəs küçədə qalıram. Gəl bizə. Başladığın işə mənim də xeyrim dəyə bilər.
Spartak:
– Gələrəm, – dedi.
Kurtizan qız latınca dedi:
– Salamat qal!
Spartak da:
– Salamat qal, – deyə cavab verdi.
Kriks yerində donub-qalmışdı. Spartak onun çiynindən tutdu:
– Biz burdan gedəcəyik, ya yox?
Qall özünə gəlib frakiyalının yanınca yeriməyə başladı. Bu an Valeriyanın qullarından biri özünü onlara yetirib soruşdu:
– Spartak hansınızsız?
Frakiyalı cavab verdi:
– Mənəm.
– Bacın Mirtsa gecə səni Valeriyanın evində gözləyəcək. Səninlə təcili bir iş barəsində danışmaq istəyir.
– Deyilən vaxtda onun yanında olacam.
Qul qayıdıb getdi. İki dost yoluna davam elədi.
Beşinci fəsil
Katilinanın yemək otağı və Valeriya ilə görüş
Katilinanın evi təpənin döşündə idi. Yemək otağının dəbdəbəsi bütün Romada məşhur idi. Axşam idi, Lutsi Sergi Katilina qonaqlıq düzəltmişdi, öz dostları ilə yeyib- içirdi.
Katilina və qonaqları taxtlarda balışlara dirsəklənib uzanmışdılar. Yemək otağı adamlarla dolu idi. Onlar Romanın çox da xeyirxah vətəndaşları deyildi, heç də münasib işlər və hərəkətlər üçün bura yığışmamışdılar.
Mavi geyimli qullar qonaqlara quluq edirdilər. Onlar şərəfli taxtın qarşısında durmuşdular və ilk işarə ilə qonaqların hər arzusunu dərhal yerinə yetirməyə hazır idilər.
İçməkdən sərxoş olmuş qonaqlarsa yoxsulluqdan və hakimiyyətdən şikayətlənirdilər.
Bir azdan zala bir qul girib ev sahibinə yaxınlaşdı və onun qulağına astadan bir neçə söz söylədi.
Katilina sevincək dilləndi:
– Axır ki, gəlib çıxdı. Gətir onu bura, qoy yoldaşı da onunla gəlsin.
Sonra əlavə elədi:
– Onlara lazımınca qulluq edin. Ayaqlarını yuyun, bədənlərinə ətir sürtün, əyinlərinə qonaqlıq paltarı geyindirin, başlarına çələng qoyun.
Çox keçmədi ki, xidmətçilər onları gətirdilər. Təzə qonaqların əynində ağ qonaqlıq paltarları, başlarında da qızılgül çələngi vardı.
Onlar Spartakla Kriks idi. Katilina yerindən qalxıb qonaqları qarşıladı. Spartakın əlindən tutub uzandığı taxta tərəf gətirdi, Kriksi şərəfli taxtın qabağında qoyulan skamyada oturtdu, özü də onun yanında əyləşdi.
Katilina təzə gələn qonaqları da şəraba qonaq edib sözünə başladı:
– Bəli, şanlı cavanlar, mən sizi bura bir məsələni müzakirə etmək üçün çağırmışam. İşimizin xeyri üçün Spartakla, onun qladiatorları ilə birləşməyimiz necə olardı? Ali hakimiyyət qorxunc zadəganların əlindədir. Onlara qarşı çıxmaq istəsək, gərək haqqını qorumağı bacaran adamlarla birləşək. Qulların ağalara qarşı müharibəsi bizim də müharibəmiz olmalıdır.
Qonaqlar narazı halda deyindilər. Katilinanın nitqi çoxunun xoşuna gəlməmişdi. Spartak həyəcan içində Katilinaya qulaq asırdı, həm də cavan patrisiləri diqqətlə müşahidə edirdi. Onun rəngi qaçsa da, sakit ifadə ilə dedi:
– Siz azad adamlarsız, amma bununla belə, sizi dövlət işlərini idarə etməkdən kənarda saxlayırlar. Buna görə də sizin üçün bircə şey mühümdür: indiki hökmdarların yerini tutmaq! Amma biz bədbəxt qladiatorları tamamilə başqa şeylər narahat edir. Hamı bizə “rəzil adam” deyə həqarətlə baxır. Məğrur romalıları əyləndirmək üçün bizi bir-birimizlə vuruşmağa, bir-birimizi öldürməyə məcbur