Spartak. Рафаэлло Джованьоли
Чтение книги онлайн.
Читать онлайн книгу Spartak - Рафаэлло Джованьоли страница 7
Axşamçağı Taygöz Lutasiyanın yeməkxanasına yeyib-içmək üçün çoxlu qladiator gəlmişdi. Süfrə başında qladiator Kriks oturub qonaqlığa başçılıq edirdi. O öz yoldaşları ilə süfrənin ətrafında oturanda gördü ki, otağın bir küncündə qoyulmuş masada yemək artığı qalıb. Kriks Lutasiyaya sarı çevrilib soruşdu:
– Bu balaca masanın arxasında kim xörək yeyib?
Lutasiya dönüb baxdı və təəccüblə dedi:
– O hara getdi? Masanın da üstünə səkkiz sestertsi pul qoyub… Yediyi xörəyin pulundan da çoxdur.
Lutasiyanın çərənləməsi Kriksi özündən çıxartdı. O çığıraraq dedi:
– Qoca kaftar, bu adamın adını deyəcəksən, ya yox?
– Axmaqlar, deyim də! O masanın arxasında Sabina elindən gəlmiş bir taxıl alverçisi yemək yeyib. Hər gün həmişə eyni vaxtda burda olur.
Qladiatorlar bərk acmışdılar, dinməz-söyləməz yeyirdilər. Bir azdan otaqda tək qalmalarından istifadə edib astadan danışmağa başladılar:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.