Ögedey. Əkbər N. Nəcəf

Чтение книги онлайн.

Читать онлайн книгу Ögedey - Əkbər N. Nəcəf страница 8

Автор:
Жанр:
Серия:
Издательство:
Ögedey - Əkbər N. Nəcəf Tarixi yaradanlar

Скачать книгу

böyük xan seçilməsi və Elçigideyi Muğana göndərməsinə qədər yerinə yetirdi.

      Buna baxmayaraq, Baycu bölgədə uzun müddət qaldı – Elxanilər dövlətinin qurucusu Hülakü xanın gəlişinə qədər Azərbaycan, Anadolu, İraq-i Əcəm və Xorasandakı fəaliyyətlərini davam etdirdi…

      Qərbə axın

      Monqolların 1235-ci il qurultayı yeni hərbi səfərlər haqqında qərarların alınması üçün də böyük əhəmiyyət daşıyırdı. Ögedeyin böyük xan seçildiyi həmin qurultayda Çinin fəthinin tamamlanması, Qıpçaq ölkələrinin, rus knyazlıqlarının və Şərqi Avropanın ələ keçirilməsi, qərarlaşdırılmışdı. Qurultayda böyük sərkərdə Subutayın hesabatı dinlənilmişdi. Bu da səbəbsiz deyildi: Subutay hələ 1229-cu ildə Ögedeyin əmri ilə qərb bölgələrinə kəşfiyyat xarakterli səfərlər təşkil etmişdi. Bu səfərlər Avropanın mərkəzinə qədər uzanacaq yeni fəthlərə hazırlıq məqsədi daşıyırdı.

      Qıpçaq ölkəsini, rus knyazlıqlarını və Avropanı əhatə etməli olan yürüşə rəhbərlik Cuçinin ikinci oğlu Batıya tapşırılmışdı. Çünki həmin torpaqlar onun atasının mülkü hesab edilirdi.

      Batının əmrində 50 minlik ordu var idi. Bu orduya sonradan Subutay, Cuçinin digər üç oğlu – Orda, Bərkə və Şibək, eləcə də Ögedeyin iki oğlu – Göyük ilə Kadan, Cağatayın oğlu Baydarla nəvəsi Börü, Tuluyun iki oğlu – Məngü və Arıq-Buğa da öz orduları ilə qoşuldular. Beləcə, monqol əsgərlərinin ümumi sayı 120 min nəfərə çatdı.

      Qərbə səfər bir çox cəhətdən əhəmiyyətli idi. Belə ki, monqol şahzadələri arasında ilk narazılıqlar, düşmənçiliklər məhz bu səfər zamanı ortaya çıxmışdır.

      Bundan başqa, orduda Çingiz xanın iki əsas sərkərdəsinin – Subutay ilə Boroltayın yer alması Ögedeyin həmin səfərə nə qədər böyük önəm verdiyini göstərir. Hətta bəzi mənbələr böyük xaqanın özünün belə bu səfərə rəhbərlik etmək istədiyini yazırlar.

      Monqollar səfər planını əvvəlcədən hazırlamışdılar. Həmin plana əsasən ordu iki qoldan hərəkət edirdi. Batı və Subutayın rəhbərlik etdiyi qoşunlar İdil-Bolqar xanlığı29 üzərinə, Məngü ilə Arıq-Boğanın başçılıq elədiyi qoşunlar isə Cənubi Volqa istiqamətində qıpçaqlar ölkəsinə yeriməkdə idi. İlk hədəf İdil Bolqar xanlığı idi. Müsəlman-türk ölkəsi olan İdil-Bolqar xanlığı eyni zamanda Orta Asiya, Şimali və Şərqi Avropa bölgələri arasında ən böyük ticarət mərkəzi idi. Monqollar İdil-Bolqarın paytaxtı Bolqar şəhərini hədəf seçmişdilər. Bunda məqsəd Orta Asiya, Rusiya, Dəşti-Qıpçaq və Avropa ölkələri arasındakı ticari-strateji bağı qoparmaq idi.

      1236-cı ilin payızında İdil-Bolqar xanlığı monqolların əlinə keçdi. Bolqar şəhəri30 isə xarabazara çevrildi. İşğal edilən ərazilərin əhalisinin bir hissəsi monqol hakimiyyətini qəbul edərək indiki tatarların formalaşmasında mühüm rol oynadılar. Qalanları isə qaçıb canlarını qurtardılar. Onların çoxu rus knyazlıqlarına sığınaraq Rusiyanın mələzləşmə31 (metisləşmə) prosesinə səbəb oldular.

      Eyni tarixdə Məngü ilə Arıq-Boğa isə Volqanın cənubunda yerləşən türk tayfalarını məğlub etdilər. Qıpçaqlar ilə müharibədə monqollar bir o qədər də çətinlik çəkmədilər. Qıpçaqların xaqanı Baçman canını birtəhər qurtarıb Volqa çayında bir adaya qaçdı. Lakin monqollar bu çayı da rahatca keçərək həmin adanı tutdular. Məngünün əmri ilə Baçman öldürüldü. Bundan sonra qıpçaqların bir hissəsi qərbə, digərləri isə Azərbaycana, Gürcüstana, oradan da Suriya və Misirə qaçdılar. Ancaq onu da vurğulamaq lazımdır ki, qıpçaqların əsas hissəsi monqol hakimiyyətini qəbul elədilər, bununla da sonrakı dövrdə monqolların türkləşməsinə səbəb oldular. Belə ki, 1240-cı ildə Batı xan Qızıl Orda dövlətinin əsasını qoymuş, lakin həmin dövlət daha çox «Qıpçaq xanlığı» adlandırılmağa başlanmışdı.

      1237-ci ilin dekabr ayında Subutayın planı üzrə hərəkət edən monqol ordusu buz bağlamış Volqa çayını keçərək rus knyazlıqlarına məxsus torpaqlara soxuldular. Həmin dövrdə rus knyazlıqları arasında ən güclüsü Suzdal ilə Kiyev hesab edilirdi. Suzdalın başında knyaz Yuri, Kiyevin başında isə knyaz Mixail dayanırdı. Monqolların planı iki knyazlıq arasında mövqe tutaraq Suzdal ilə Novqorodu, Kiyev ilə Çerniqovu bir-birindən ayırmaq idi. Bunun üçün isə slavyanlara qabaqcadan yaxşıca dərs vermək lazım idi. Odur ki ilk hədəf olaraq Ryazan knyazlığı seçildi. Monqollar bu knyazlığa təklif göndərdilər ki, onların hakimiyyətini qəbul etsin və ildə ümumi gəlirin 10 faizi həcmində vergi ödəsin. Lakin Ryazan knyazı nəinki bu təklifi qəbul etmədi, üstəlik, monqollara olduqca kobud cavab verdi. Bu isə sözün həqiqi mənasında fəlakətlə nəticələndi. Monqollar təhqiramiz davranışına görə knyazı çox ağır cəzalandırdılar. Dekabrın 21-də knyazlığın mərkəzi mühasirəyə alındı. Monqollar şəhər ətrafındakı meşələri kəsib tonlarla odun yığdılar. Sonra çinli və müsəlman mühəndislərin hazırladığı mancanaqlarla32 beş gün boyunca şəhər divarlarına zərbə endirməyə başladılar. Nəhayət, mühasirənin beşinci günü şəhərə soxulmağı bacaran monqollar nəinki insanları, itlər daxil olmaqla şəhərdəki bütün canlıları qılıncdan keçirdilər. Üstəlik, canlarını qurtaranları təqib etmədilər ki, onlar şəhərdə şahid olduqları vəhşəti başqa yerlərdə danışsınlar, beləliklə, digər knyazlıqlar da baş verənlərdən məlumat tutub dərs çıxarsınlar, qorxuya düşsünlər.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Merkitlər türk əsilli olub, xristianlığın nəsturilik məzhəbini qəbul etmişdilər. Çingiz xan dövründə Monqolustan ərazisinin ən güclü tayfası sayılan merkitlər bir neçə qola ayrılırdılar.

      2

      Ulu

Скачать книгу


<p>29</p>

İdil Bolqar xanlığı – Bolqar xanlığının kökü Attilanın kiçik oğlu İrnəkin soyuna gedib çıxır. 600-cü ildə formalaşan bu xanlıq daha sonra üç yerə bölündü. Birincisi İdil və ya Volqa Bolqariyası adlanırdı. İkincisi Dunay Bolqar xanlığı idi. Daha sonra xristianlığı qəbul edən və slavyanlaşan Dunay Bolqariyası indiki bolqarların ortaya çıxmasına səbəb oldu. Nəhayət, üçüncüsü Şimalı Qafqazda yaranan Kuban Bolqar xanlığı idi. 1223-cü ildə İdil Bolqar xanlığı Subutayın ordusuna məğlub olduqdan sonra tarix səhnəsindən silindi.

<p>30</p>

Bolqar şəhərinin xarabalıqları indiki Rusiya ərazisində yerləşən və Tatarıstanın paytaxtı olan Kazan şəhərinin 115 km cənubunda, Volqanın sol sahilindən 7 km uzaqlıqda yerləşir. Həmin yerdə qədim Bolqarskoye, indiki Uspenskoye kəndi mövcuddur.

<p>31</p>

Mələz – müxtəlif irqdən törəmiş

<p>32</p>

Mancanaq – qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını