Şirürəkli Riçard. Александр Грановский

Чтение книги онлайн.

Читать онлайн книгу Şirürəkli Riçard - Александр Грановский страница 6

Şirürəkli Riçard - Александр Грановский Tarixi yaradanlar

Скачать книгу

ya da gözləri çıxarıldı. Hətta daim mərhəməti, rəhmdilliyi təbliğ edən keşişlər belə Riçardın bu amansızlığı qarşısında fərqli mövqe sərgiləmişdilər: onların fikrincə, muzdlular öz soyğunçu, talançı əməllərinə görə cəzalandırılmışdılar!

      Gənc Henrinin ölümü

      Bu zaman II Henri ilə Gənc Henri arasında xüsusilə də qiyamçılara qarşı münasibətlə bağlı kəskin fikir ayrılıqları yarandı və onların münasibəti xeyli pisləşdi. Nəticədə Riçarda qarşı ədalətsiz davrandığını hiss eləyən II Henri oğlunun könlünü almaq üçün kiçik dəstə ilə Limuzenə tələsdi. Lakin Riçardın dəstəsi Limoj qalası yaxınlığında kralı hücumla qarşıladı. Kral təbəələrindən olan bir cəngavər yaralandı. Tərəflər arasında döyüş Riçardın əsgərləri kralı tanıyana qədər davam etdi.

      II Henri adamları ilə birlikdə Eka qalasına çəkildi. Həmin axşam Gənc Henri özünü təmizə çıxarmaq üçün atasının yanına gəldi. Lakin onların söhbəti alınmadı. Gənc Henri Limoja qayıtdı. Şəhər vikontunun əmri ilə Limoj əhalisi Gənc Henriyə sədaqət andı içdi.

      Bundan sonra Riçard qoşun toplayıb Limojun bir hissəsini tutdu. Həmin vaxt Gənc Henri ilə kral iki həftə ərzində danışıqlar apardılar, lakin aralarındakı mübahisəli məsələlərin həlli barədə razılığa gələ bilmədilər. Gənc Henri baş verənlərə görə peşmançılıq hissi keçirirdi. Lakin artıq gec idi. Onunla kralın arası əməlli-başlı dəymişdi.

      Çox keçmədi ki, II Henri və Riçard birgə hərəkət edərək Limoj qalasını mühasirəyə aldılar. Qarşı tərəf qalanın taxta divarlarını (daş divarlar 1181-ci ildə dağıdılmışdı) mətanətlə müdafiə edirdilər.

      1183-cü ilin baharı yağışlı və soyuq keçirdi. Bu səbəbdən də Limoju mühasirəyə alanlar çadırlarda üşüyür, xəstələnirdilər. Üstəlik, həmin vaxt Burqunduya hersoqu Quqo və Tuluza qrafı Raymundun qoşunları Gənc Henrinin köməyinə gəlmişdilər. Bunun səbəbi var idi. Onlar bəzi torpaqların işğalını II Henri ilə Riçarda bağışlaya bilmirdilər.

      May ayında Limojun mühasirəsini dayandırmaqdan başqa çıxış yolu qalmadı. Hətta döyüşçü çatışmazlığından Eka qalasını qiyamçılara təslim etmək lazım gəldi. Həmin vaxt Tuluza qrafı ilə Provans uğrunda müharibə aparan Araqon hersoqu Alfons ingilis kralıyla oğlunun köməyinə gəlsə də, bunun heç bir xeyri olmadı.

      1183-cü ilin mayın sonlarına doğru gözlənilməz hadisə baş verdi: Gənc Henri bərk xəstələndi və iyunun 11-də vəfat etdi. Onun köhnə dostu Uilyam Marşal can verən dostunun yanına gəldi. Gənc Henri ölümqabağı atasından özünün və anasının bağışlanmasını dilədi, eləcə də Marşaldan xahiş etdi ki, onun əvəzinə Müqəddəs Torpağı (Qüdsü) ziyarət eləsin.

      Gənc Henrinin ölümündən xəbər tutan Burqunduya hersoqu və Tuluza qrafı qoşunları ilə evlərinə qayıtdılar. Limoj vikontu isə Gənc Henrinin cəsədini dəfn etmək üçün Qranmon abbatlığına12 apardılar. Bundan sonra sayca üstünlük qazanan II Henri və oğlu Limoju yenidən mühasirəyə aldılar. İyunun sonlarına doğru vikont qalanı təslim etməli oldu. Qala divarları yenidən dağıdıldı.

      Həmin qələbənin ardından II Henri Anjuya qayıtdı. Riçardla Alfons isə qiyamçıların axırına çıxmaq üçün Limuzenin cənubuna doğru hərəkət etdilər. Onlar qiyamçıların tərəfinə keçmiş Bertran de Borna məxsus Otfor qalasını ələ keçirib trubadurun özünü qoca kralın yanına göndərdilər. Kral ona rişxəndlə dedi: «Bu gün ağıl sənə çox lazım olacaq».

      «Hökmdar, – Bertran cavab verdi, – indi məndə ağıl deyilən şey yoxdur».

      «Xeyir ola?» – kral soruşdu.

      «Hökmdar, – Bertran dedi, – cəsur oğlunuz öldüyü gün mən ağlımı, düşüncəmi itirdim».

      Oğlu haqqında bu sözləri eşidən kral huşunu itirdi. Ayılanda gözyaşları içində qışqırdı: «Bertran! Bertran! Doğru deyirsən ki, oğluma görə ağlını itirmisən, çünki dünyada hamıdan çox səni istəyirdi. Ona olan sevginə görə sənə azadlıq verirəm, mülkünü, qalanı özünə qaytarıram».

      Gənc Henrinin vəfatından sonra II Henrinin varisi Riçard oldu…

      V FƏSİL

      Tanınmayan varis

      1183-cü ilin sentyabrında II Henri iki oğlunu – Riçardla İoanı Normandiyaya öz yanına çağırdı. O, Riçarda təklif etdi ki, Akvitanyanı qardaşına, yəni İoana versin. Eyni zamanda İoandan sədaqət andı qəbul etsin. Formal olaraq hər şey düzgün idi: artıq hakimiyyət pilləsində Riçard atasının, İoan isə onun yerini tuturdu. Ancaq II Henrinin təklifi Riçarda vurulan zərbə idi. Belə görünürdü ki, kral böyük oğlunu varis elan etmək istəmirdi. Riçard Akvitanyanı qardaşına verib hersoqluğu itirsə, atasından tamamilə asılı vəziyyətə düşəcəkdi.

      Hər şeyi götür-qoy eləyib dostları ilə məsləhətləşmək üçün Riçard bir neçə gün möhlət istədi. Ardınca isə qalanı müharibəyə hazırlamaq məqsədilə Puatyeyə getdi. Elə yoldaca atasına xəbər göndərdi ki, hersoqluğu heç vaxt heç kimə verməyəcək, səkkiz il nahaq yerə ondan ötrü vuruşmayıb. Hüquqları bərpa olunmuş digər qardaş Joffrua isə İoanın Akvitanya hersoqu olacağını eşidib Anju qraflığının dərhal Bretana birləşdirilməsini tələb etdi. Şübhəsiz ki, bu məsələdə o, gizli müttəfiqi olan Fransa kralına bel bağlayırdı.

      Gənc Henri öləndən sonra II Filip onun arvadı Marqaritanın cehizini – Normandiya Veksenini geri istədi. Əslində, II Henrinin həmin torpaqları birdəfəlik özünə birləşdirmək üçün müxtəlif imkanları var idi. Lakin o, bu imkanları dəyərləndirməmişdi. Belə etməsi səhv idi, bunun cəzasını da Riçard çəkəcəkdi…

      1183-cü il dekabrın 6-da II Henri ilə II Filip arasında müqavilə bağlandı. Müqaviləyə görə Marqarita ərə gedənə qədər ona illik pensiya kəsilir; Normandiya Vekseni Alisanın cehizi olur və «onunla evlənən ingilis kralının oğullarından birinə verilir». Joffrua evli olduğundan və arvadının mirasını – Bretanı aldığından, söhbət ancaq Riçardla İoandan gedə bilərdi. Riçard isə artıq on beş ildi Alisa ilə nişanlı idi. Bəs onda nə baş verirdi?

      Bu yerdə geri qayıdıb II Henrinin Riçardı sevməməsinin səbəbini izah etməli olacağıq. Hələ 1176-cı ildə Anju kral sarayında II Henrinin Alisa ilə gizli əlaqəsi barədə şayiələr dolaşırdı. Riçard buna biganə yanaşırdı, çünki, əslində, Alisa ilə evlənmək fikrində deyildi. II Henri də Aisanı ərə vermək istəmirdi, çünki onunla özü evlənmək niyyətində idi. Görünür, II Henri səmimi olaraq anlamır ki, necə olur, o, VII Lüdovikdən sonra Eleanora ilə evlənə bilir, lakin Riçard ondan sonra Alisa ilə evlənə bilmir. Başqa adaxlı tapmaq lazım idi. Yeganə alternativ – İoan idi. İonanın Alisadan yeddi yaş kiçik olması, yeddi ildir Qloster qraflığının

Скачать книгу


<p>12</p>

Abbatlıq – katolik kilsəsi. Bu kilsələr abbat tərəfindən idarə olunur.