Fateh Sultan Mehmed. Andre Clot

Чтение книги онлайн.

Читать онлайн книгу Fateh Sultan Mehmed - Andre Clot страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Fateh Sultan Mehmed - Andre Clot Tarixi yaradanlar

Скачать книгу

Haliç tərəfdən də hücum etmək zərurəti yaranırdı. Sultan dərhal Baltaoğluna əmr yollayıb ondan Haliçin girişini kəsən Bizans döyüş gəmilərinə basqın etməyi və zəncirləri qırıb atmağı tapşırdı. Lakin əmrin icrası uğursuzluqla nəticələndi. Bu zaman II Mehmed Haliçin girişində lövbər atmış gəmilərə atəş aça biləcək toplar tökdürməyə qərar verdi. Elə sultanın özünün çəkdiyi çertyoj əsasında ustalar tezliklə topu hazır vəziyyətə gətirdilər. İlk atəşdən sonra düşmən gəmilərindən biri ikiyə bölündü. Lakin bu dəfə də bizanslılar başqa yol tapdılar: gəmilərini top mərmilərinin çatmayacağı uzaqlığa çəkdilər.

      Aprelin 20-də Boğazda üç Genuya gəmisi, bir də üstündə Bizans bayrağı olan başqa bir gəmi göründü. Külək kəsdiyindən gəmilər dayanmağa məcbur olmuşdular. Osmanlı sultanı məsələdən hali olan kimi Baltaoğluna əmr göndərdi: «Bu düşmən gəmilərini ələ keçirməyincə geri qayıtma!»

      Baltaoğlu dərhal hərəkətə keçdi. Tarixin ən amansız dəniz döyüşlərindən biri başladı. Osmanlı donanmasının ardı-arası kəsilmir, mütəmadi olaraq köməyə əlavə qüvvələr gəlirdi. Döyüşün uzandığından xristianlar ümidsizliyə qapılmışdı. Elə bu vaxt birdən-birə güclü bir külək qopdu. Küləyin şişirtdiyi yelkənlər düşmən gəmilərini hərəkətə gətirdi. Onlar sürətlə Haliçin girişinə qədər irəliləyərək böyük bir fəlakətdən qurtuldular.

      Sultan II Mehmed həmin vaxt at belində, sahildə dayanmışdı, vuruşmanı izləyirdi. Həyəcanlı və sevincli görünürdü. Donanmasının düşmən gəmilərini ələ keçirəcəyinə inanırdı. Külək qalxdığını görəndə qan beyninə vurdu, hirsindən yanıb-yaxıldı. Bir söz demədən atını qırmanclayıb geri döndü. Həmin döyüşdə genuyalılar və bizanslılar otuza yaxın adam itirmişdilər. Osmanlı ordusunda isə yüzlərlə ölü və yaralı vardı. Baltaoğlu da yaralılar arasındaydı, gözündən vurulmuşdu.

      II Mehmedin qəzəbi dinmək bilmirdi. Baltaoğlu son iki döyüşdə qarşı tərəflə müqayisədə qat-qat güclü donanmaya sahib olmasına baxmayaraq düşmən qarşısında aciz qalmışdı. Əsəbindən dişi bağırsağını kəsən sultan donanma rəhbərini xəyanətdə suçladı və ona «Başını öz əlimlə kəsəcəyəm!» dedi. Sonra isə əlinə dəyənək alıb Baltaoğlunu döyməyə başladı. Ətrafındakıların yalvarışları olmasaydı, bəlkə də, «Kapitanı-dərya»nı12 öldürəcəkdi.

      Axırda Baltaoğlunu vəzifəsindən azad edən gənc sultan onun yerinə Həmzə bəyi təyin etdi. Həmzə bəy I Mehmedin sədr-əzəmlərindən olmuş Amasyalı Bəyazid paşanın qardaşı idi.

      Aradan bir az keçmiş II Mehmed öz ağıllı məsləhətləri ilə Osmanlı ordusuna dəstək verən Şeyx Ağşəmsəddindən qəribə bir məktub aldı. Ağşəmsəddin sayılıb-seçilən din adamıydı. Eyni zamanda bir çox elmlərlə məşğul idi, dərin biliyə və böyük təcrübəyə sahib idi. Tarixdə II Mehmedin müəllimi olaraq da tanınır.

      Şeyx Ağşəmsəddin tələbəsinə məktubunda hücum əmrlərinin yerinə yetirilməsi, döyüş mövqelərinin düzgün seçilməsi ilə bağlı ciddi əskikliklər olduğunu bildirir, buna görə məsuliyyət daşıyanların niyə mühakimə edilmədiyini soruşurdu. Eyni zamanda əsgərlərə şəhəri ələ keçirəcəkləri təqdirdə talanlara icazə veriləcəyini elan etməyi məsləhət görürdü. Yazırdı ki, belədə onlar daha böyük şövq və şücaətlə Konstantinopol üzərinə yeriyəcəklər. «Əlbəttə, külli-ixtiyar Ulu Tanrının əlindədir. Lakin siz də zəfər qazanmaq üçün hər şeyi eləməlisiniz» – o yazırdı.

      Şeyx Ağşəmsəddinin tövsiyələri, yəqin ki, gənc sultanın beyninə batmışdı. Odur ki, son hücumdan bir gün öncə əsgərlərinə şəhəri üç gün boyu yağmalamağa izin verəcəyini bildirəcəkdi…

      Gəmilərin qurudan yeridilməsi

      Osmanlılar dəniz döyüşlərində özlərini qurudakı qədər rahat və güclü hiss eləmirdilər. Bu səbəbdən o zamanlar belə bir məşhur söz də yaranmışdı: «Tanrı qurunun hökmdarlığını türklərə, dənizlərin hökmdarlığını isə kafirlərə verib». Lakin vaxt gələcəkdi ki, «Qanuni» ləqəbli Osmanlı sultanı Süleyman nəinki quruda, «Barbarossa» (italyan dilindən tərcümədə «qırmızı saqqal» deməkdir) ləqəbli Xeyrəddin paşa13 sayəsində Aralıq dənizində belə hökm edəcəkdi…

      Hələliksə, II Mehmed belə bir ağıllı, cəsur, məharətli donanma başçısından məhrum idi və bu gənc sultanı narahat edir, düşündürürdü. O bilirdi ki, Osmanlının ən önəmli əskiklərindən biri dəniz müharibələrində təcrübəsizliyidir. Əslində Baltaoğluna son anda mərhəmət göstərməsinin bir səbəbi də bu idi. Bütün məsuliyyəti sadəcə «Kapitanı-dərya»nın üzərinə yükləmək nə qədər doğrudur?

      Lakin bir həqiqət də dəyişməz olaraq qalırdı: Konstantinopol üzərinə müdafiəsi zəif təşkil olunmuş Haliç istiqamətindən hücuma keçmək ən doğru yol idi. Buna görə də öncə onu ələ keçirmək lazım idi. Osmanlı donanmasının qarşısını dəniz tərəfdən zəncirlər və xristian gəmiləri kəsdiyindən Haliçə ancaq qurudan girmək mümkündü. Bəs bunu necə etməli?

      Çox götür-qoydan sonra II Mehmed dünya tarixinin ən ağlasığmaz qərarlarından birinə imza atdı: hərbi gəmilərindən bir qismini quru yolla Haliçə keçirmək fikrinə düşdü! Özü də arada nə az, nə çox, düz dörd kilometr yarımlıq məsafə olduğu halda! Lakin gənc sultanın niyyəti qəti idi. O, çoxsaylı döyüşçünü bu dörd kilometr yarımlıq məsafəni təmizləmək üçün səfərbər etdi. Saysız-hesabsız əsgər ərazidəki çala-çuxurları doldurdular, ağacları kəsdilər. Ardınca kəsilmiş ağacları bir-birinə möhkəm bağlayıb şpal şəklində düzdülər və genuyalılardan alınmış yağlar vasitəsilə sürüşkən hala gətirdilər. Yeri gəlmişkən, Konstantinopolun fəthi zamanı genuyalılar gah bizanslılara, gah osmanlılara kömək edirdilər.

      Daha sonra gəmiləri quruda yeritməyə – atlara, öküzlərə qoşub həmin şpalların üzəri ilə Pera təpələrinə qədər çəkməyə başladılar. Ardınca yetmiş iki ədəd iki kürəkli gəmi bir neçə böyük gəmidən ibarət donanmanı həmin yüksəklikdən aşağı endirdilər. Şahidlərin sonralar yazdığına görə, gəmilər sanki dənizdəymiş kimi hərəkət edirdilər.

      Qala divarlarının üstündəki bizanslılar heyrət içində idilər: onlar gözlərinə inana bilmir, qarşılarındakı mənzərəni təəccüb və çarəsizlik içində izləyirdilər!

      Artıq qala divarlarının ən zəif yerləri osmanlıların aramsız atəşi altındaydı. Bizanslılar vəziyyətdən çıxış yolunu rəqib donanmasına od vurmaqda gördülər. İtalyan kadırğalarından birinin kapitanı Giakomo Koko könüllü olaraq komandanlığı öz üzərinə götürdü. Aprelin 28-də səhər tezdən iki gəmi yun və pambıqla yükləndi. Bununla yanaşı, içərisində barıt və digər partlayıcı, eləcə də alışqan maddələr olan üç kiçik gəmi limandan

Скачать книгу


<p>12</p>

Kapitanı-Dərya – Osmanlı dövlətində donanma başçılarına verilən ad

<p>13</p>

Xeyrəddin Paşa – Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və donanma başçısı və Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanıdır.