Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Чтение книги онлайн.
Читать онлайн книгу Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан страница 8
– Bəs gözəlçələr? Fikirləşirsən ki, onlar bizə qoşulacaqlar?
– Ümumən, Dik onlarla tanışdır… – bunu söyləyib Dikə qıyğacı baxdım.
Adətən, olduğundan daha az axmaq kimi görünən Dik budlarını şappıldatdı:
– Əhsən sənə, Li. Vaxtı hədərə vermirsən.
– Bəs mənə kim pıtraq deyirdi?
– Görünür, sən elə də ziyansız bitki deyilsən.
– Ondansa o zərif məxluqları axtar və buraya gətir. Onları mənim, ya da istəyirsənsə, özünün sınıq-salxaq arabana mindirə bilsən, daha yaxşı.
– Hansı bəhanə ilə?
– Dik, yəni o yelbeyinləri dilə tutmaq üçün, doğrudanmı, sənin heç bir uşaqlıq xatirən yoxdur?
O, bir qədər məyus oldu, ancaq yenə də özünü o yerə qoymadı və irişərək binaya yollandı. Ciki isə, sadəcə, dinləyir və mənə gülürdü. İşarə ilə çağırdım, o yaxınlaşdı.
– Qulaq as, Cudini və Billi tap, özünlə yeddi-səkkiz şüşə içki də götür.
– Hara yollanacağıq?
– Ona baxarıq.
– Bu gün valideynlərim evdə olmayacaq, – Ciki dedi. – Təkcə kiçik qardaşım evdədir. O da ki artıq yatıb. Gedək bizə.
– Ciki, sən bu işlərdə ustasan. Hindu sözü deyirəm.
O, səsini azaltdı.
– Bəs səninlə mən məşğul olacağıq?
– Nəylə?
– Necə yəni nəylə, Li?
– Hə, başa düşdüm. Əlbəttə, Ciki, əlbəttə! – mən dedim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.