Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Чтение книги онлайн.
Читать онлайн книгу Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан страница 5
Gitaranı əlimə götürdüm. Bu, yaraşıqlı «Edifon» idi, ancaq otun üzərində oturub çalmaq narahatlıq yaradırdı, odur ki Dikə dedim:
– Qulaq as, avtomobildən yastıq götürsəm olar?
– Mən sənə kömək edərəm, – Ciki dedi və budaqların arasından anqvil kimi sürüşüb çıxdı. Onun hələ formalaşmaqda olan bədəninin yeni ulduzu xatırladan görkəmi qamışlığın əhatəsində çox yaraşıqlı görünürdü. Ciki xeyli irəliyə qaçdı və mən maşına yaxınlaşanda o artıq ağır dəri oturacağı özü ilə daşıyırdı.
– Ver mənə, – təklif etdim.
– Özüm keçinərəm! – Ciki səsini qaldırdı.
Bu zaman Cikinin fəryadına məhəl qoymadan onu arxadan əllərimlə tutdum. O, yastığı əlindən saldı və müqavimət göstərməyi dayandırdı. Həmin an meymunla olmağa belə razı idim. Görünür, Ciki bunu hiss etdi və yenidən müqavimət göstərməyə başladı. Mən qəhqəhə çəkdim. Bu ürəyimcə idi. Ciki əllərimin arasından çıxıb otun üstü ilə sürüşdü. Otlar hündür və hava ilə doldurulmuş döşək kimi yumşaq idi. Biz otun üzərində vəhşilər kimi sürüşürdük. O, döş gilələrinə qədər gündən qaralmışdı və lifçiyin izi olan, qızların çılpaq haldakı görünüşünü korlayan ağ zolaqlardan məhrum idi. Ərik kimi hamar, körpə kimi çılpaq Ciki onu yenidən ələ keçirərkən heç də bir o qədər körpə olmadığını nümayiş etdirdi.
Əllərimlə onun belinin necə hamar, yanbızının isə qarpız kimi möhkəm olduğunu hiss etdim. Ancaq bütün bunlar cəmi on dəqiqə davam etdi və Ciki yuxulayan adam görkəmi aldı, ondan aralananda isə məni özündən itələyərək çaya doğru qaçdı.
Mən də onun ardınca getdim. Düz sahilin qurtaracağında yüyürərək suya baş vurdu.
– Oho, siz artıq çimirsiniz?
Bu, Cudinin səsi idi. O, beli üstə uzanmışdı, əllərini isə başının altına qoyub ot saplağını çeynəyirdi. Dik yanında sərələnib onun budlarını sığallayırdı. Elə oradaca boş şüşə atılıb qalmışdı.
– İkinci şüşəyə əl vurmamışıq, – baxışlarımdan nə demək istədiyimi başa düşən Cudi güldü.
Onun sözlərinin doğruluğuna əmin oldum və ikinci şüşəni götürüb suya cumdum. Su isti idi, özümü əla hiss edirdim. Böyük sürət yığaraq çayın ortasında Cikiyə çatdım. Dərinlik elə də böyük deyildi, çayın axını hiss olunmurdu.
– Nədir, içmək istəyirsən? – suyun səthində qalmaq üçün bir əlimlə hərəkət edərək soruşdum.
– Rodeoda qalib gələnlər qədər zirəksən.
– Yaxşı, beli üstə uzan.
O çevrildi və mən onun altından üzərək bir əlimlə qucaqladım, ikinci əlimlə viskini uzatdım. Ciki şüşəni tutdu, mən isə yavaş-yavaş ayaqlarını aralayaraq ikinci dəfə və suda onunla oldum. O, üstümə çıxdı və biz suyun dibinə getməmək üçün ara-sıra tərpənərək uzun müddət bu vəziyyətdə qaldıq.
III
Sentyabra qədər bu cür davam etdi. Bu yeniyetmələrin dəstəsinə daha beş-altı oğlan və qız qoşuldu: gitarasını götürdüyümüz, yöndəmsiz və daim ətir qoxuyan Bi-Ci, Cikidən daha iri olan sarışın Syuzi Enn, başqa bir xurmayısaçlı, səhərdən axşama kimi rəqs edən yaraşıqsız qız. Oğlanlar elə axmaqdırlar ki, bundan betərini təsəvvür də edə bilməzsiniz. Artıq şəhərətrafına birgə səfər kimi səfehlikdən əl çəkmişdim – əks halda tezliklə buradan çıxıb getməli olardım. Biz çayın kənarında görüşürdük, viski və cinin mənbəyi isə sirrin etibarlı qarantı idi.
Növbə ilə bu yeknəsəq qızların hamısı ilə oldum. Artıq bezməyə başlamışdım. Onlar bu işlə elə-belə məşğul olurdular, sanki sağlamlıq üçün dişlərini təmizləyirdilər. Sırtıq, acgöz, səs-küylü və şəhvətli meymun sürüsü. Eybi yox, bu məni hələlik qane edirdi.
Bəzən gitarada çalır və başa düşürdüm ki, bunun özü belə həmin burnu fırtıqlıları yerində otuzdurmaq üçün kifayətdir. Onlar isə, öz növbəsində, mənə citterbaq və jayv öyrədirdilər, iş o yerə çatdı ki, axırda onlardan daha yaxşı rəqs etməyə başladım: bu mənim üçün heç də çətin deyildi.
Ancaq tezliklə yenidən Körpə ilə bağlı xatirələr güc gəldi və gecələr pis yatmağa başladım. Bu müddət ərzində Tomla cəmi iki dəfə görüşdüm. O özünü möhkəm tuturdu, odur ki həmin hadisədən bircə dəfə də söz açmadıq. Həmkarları da məktəbdə onu rahat buraxmışdılar, mənimlə qarşılaşmağa isə, sadəcə, imkanları olmamışdı. Atası Enn Moranı bizim dairədəki universitetə yollamışdı, qardaşı isə atası ilə qalırdı. Tom məndən işim haqqında soruşdu, lovğalanaraq bank hesabımdakı məbləğin 120 dollara çatdığını söylədim. Doğrudan da, alkoqolu çıxmaq şərtilə hər şeydə qənaət edirdim, satış isə pis getmirdi, üstəlik, yayın sonunda məvacibimin artırılacağını gözləyirdim. Tom mənə dini vəzifələrə barmaqarası yanaşmamağı məsləhət gördü. O, Tanrıya inanırdı. Mən isə çoxdan Tanrıdan uzaqlaşmışdım, ancaq özümü elə aparırdım ki, bu başqalarının diqqətini çəkməsin. Hər halda, nə vaxtsa Hansenin mənə tövsiyə etdiyi kimi bazar günləri kilsəyə yollanırdım, baxmayaraq ki Tanrıya inanmaqla sağlam ağılı qoruyub saxlamağın qeyri-mümkün olduğuna əmin idim, sağlam ağıl isə mənə heç vaxt olmadığı qədər gərəklidir.
Kilsədən sonra yenə çaya gedirdim. Orada daha utancaqlıq hissi keçirmədən qızları, adətən, bir-birimizə ötürürdük – lap yaz dövründə cütləşən üfunətli meymun dəstəsi kimi.
Və budur, yay bitdi, yağışlar başladı. Mən Rikardoya tez-tez baş çəkirdim. Bəzən aptekdə yerli qızlarla parketin üstündə atılıb-düşürdük və sonunda onların jarqonunda özlərindən də yaxşı danışmağı öyrəndim.
Yay istirahətindən sonra imkanlı adamlar Baktona qayıtmağa başladılar. Bura Floridadan, Santa Monikadan, digər dəbdəbəli yerlərdən gəlir, bütün yayı çayın sahilində keçirən bizlərdən heç də çox qaralmır və geri dönürdülər. Bu adamlar mağazama baş çəkir, tədricən mağazanı görüşlər üçün kluba çevirirdilər.
Onların heç biri mənimlə tanış deyildi, buna vaxtım olacaqdı və mən tələsmirdim.
IV
Elə həmin vaxtlarda Dekster peyda oldu. Hələ onun gəlişindən əvvəl barəsindəki söhbətlər qulaqlarımı əməllicə dəng eləmişdi. Dekster şəhərin