Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан

Чтение книги онлайн.

Читать онлайн книгу Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан страница 2

Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан Ekranlaşdırılmış əsər

Скачать книгу

ilə haqq-hesabı çürütdüm, iki gün isə müdir özü məni nahara dəvət etdi, üstəlik, onun xərcini mənim borcuma əlavə etməyə icazə vermədi. Bir sözlə, özünü yaxşı oğlan kimi göstərdi. Ancaq bu bestseller ideyası heç xoşuma gəlmədi: axı bestsellerləri bu cür yazmırlar. Hər halda, ümid edək ki, Hansenin istedadı var.

      Üçüncü gün o məni səhər yeməyindən əvvəl bir qədəh içki üçün Rikardonun yanına apardı. Saat 10 idi, nahardan sonra o çıxıb getməliydi.

      Biz son dəfə birlikdə səhər yeməyi yedik. O, bir azdan gedəcək, mən isə bu şəhərlə, bu müştərilərlə qalacam. Hansenlə rastlaşmağım böyük uğur idi, əks halda mənə bir dollarımla çox çətin olardı. Ancaq indi işlər qaydasında gedirdi.

      Bura – Rikardonun yanı olduqca səliqəli, adi və ürəkbulandırıcı idi. Qızarmış soğan və ponçik qoxusu gəlirdi. Piştaxtanın arxasında heç nə ilə nəzərə çarpmayan birisi tənbəl-tənbəl jurnal vərəqləyirdi.

      – Nə əmr edirsiniz? – o soruşdu.

      – İki viski, – Hansen mənə baxdı və sifariş verdi.

      Mən başımla təsdiqlədim.

      Ofisiant iki iri stəkan gətirdi. Onların içində buz üzür və saman çöpü görünürdü.

      – Bu cür xoşuma gəlir, – Hansen izah etdi. – Fikirləşməyin ki, sizi məcbur edirəm.

      – Eybi yox, – mən dedim.

      Əgər sizə saman çöpünün köməyi ilə buzlu viski içmək müyəssər olubsa, onda bilirsiniz: sanki damağınıza alov şırnağı toxunur, üstəlik, bu alov xoşdur.

      – Əladır, – mən təriflədim.

      Bu vaxt özümü qarşıdakı güzgüdə gördüm. Görkəmimdən pərtlik yağırdı. Çoxdan içki içməmişdim. Hansen gülümsədi.

      – Əhvalınızı pozmayın, – o dedi. – Tezliklə öyrəşəcəksiniz. Mən isə gərək bundan sonra içəcəyim yerlərdə digər ofisiantları öz xırda şıltaqlıqlarıma öyrəşdirim.

      – Heyif ki, gedirsiniz.

      O güldü.

      – Əgər mən qalsaydım, onda siz getməli olacaqdız… Yox, – o davam etdi, – yaxşı ki gedirəm. Beş ildən artıqdır… Aman Tanrım!

      O, birnəfəsə içdi və yenə sifariş etdi.

      – Siz tez uyğunlaşacaqsınız, – o, nəzərləri ilə məni süzdü. – Pis adama oxşamırsınız, ancaq sizdə mənim üçün anlaşılmaz qalan nəsə var. Sizin səsiniz…

      Mən dinmədən gülümsündüm. Əcəb tipdir.

      – Sizin çox qalın səsiniz var. Oxumaqla aranız necədir?

      – Bəzən əylənmək üçün oxuyuram.

      Mən çoxdan oxumurdum. Körpə ilə olan əhvalata qədər gitarada çalıb-oxuyurdum. Gitarada improvizə edərək Hendinin1 bluzlarını, Nyu-Orleanın köhnə mahnılarını, özümün mahnılarını səsləndirirdim. Ancaq indi oxumağa heç bir istəyim yoxdur. İndi məni puldan başqa heç nə maraqlandırmır. Fikirləşdiyimi həyata keçirmək üçün mənə çoxlu pul lazımdır.

      – Bu cür səsiniz varsa, heç bir qadın sizə etiraz etməyəcək, – Hansen söylədi.

      Mən çiyinlərimi çəkdim.

      – Bu sizi maraqlandırmır?

      O, əli ilə kürəyimə vurdu.

      – Qarşı tərəfdəki aptekə baş çəkin. Bəlkə, kimisə özünüzə bənd edə bildiniz. Onların barında alkoqol verilmir, odur ki daha çox kluba bənzəyir. Azyaşlılar… Qırmızı corab geyənlər və Frenk Sinatraya məktub yazanlar… Aptek – onların baş qərargahıdır. Siz buna artıq diqqət etməliydiniz. Yox? Hə də, axı siz bütün bu günlər ərzində mağazadan çölə çıxmamısınız.

      Mən yenə viski sifariş etdim. Onun təsirini artıq bütün bədənimdə duyurdum.

      Bizim tərəflərdə belə şeylərə rast gələ bilməzdiniz. Yəqin ki, buna görə indi ürəyim onları çox istəyirdi. Bədənlərinə yapışmış idman köynəklərindən qabarıb çıxan dik döş gilələri ilə xüsusilə öyünən on beş–on altı yaşlı yeniyetmələr və corabları. Parlaq sarı və ya parlaq yaşıl corablar; dabansız ayaqqabılar; al-əlvan yubkalar; yumru dizlər; ayaqlarını çarpazlayıb otların üzərində elə otururlar ki, ağ rəngli tumanları görünür.

      Bəli, mənim ürəyim onları, bu corablı qızları çox arzulayırdı.

      Hansen mənə baxdı.

      – Hamısı hazırdırlar, – o dedi. – Siz heç nəylə risk etmirsiz. Onlar sizi çəkib aparmaq üçün bir yığın yer tanıyırlar.

      – Siz məni donuz yerinə qoymusunuz?

      – Yox, mən rəqs etməyi nəzərdə tuturdum.

      O gülümsündü. Şübhəsiz, görkəmimdən aydın sezilirdi ki, ürəyimdən nə keçir…

      – Onlar məzəlidirlər, – o dedi. – Mağazaya da baş çəkəcəklər.

      – Onların orada nə işi var?

      – Onlar, adətən, aktyorların fotolarını alırlar, bir də guya təsadüfən psixoanalizlə bağlı kitabları, yəni tibbi kitablar demək istəyirdim. Onların hamısı təbabətə vurulublar.

      – Yaxşı, – mən donquldandım. – Baxarıq.

      Görünür, bu dəfə özümə biganəlik görkəmi verməyi bacardım və Hansen söhbəti başqa mövzuya yönəltdi. Səhər yeməyini bitirdik və o, günorta saat 2-də yola düşdü.

      Mən mağaza ilə baş-başa qaldım.

      II

      On beş gün keçəndən sonra artıq darıxmağa başlamışdım. Bütün bu müddətdə mağazadan çölə çıxmamışdım.

      Ticarət yaxşı gedirdi; kitablar sürətlə satılırdı; reklam necə lazımdırsa qurulmuşdu. Şirkət hər həftə yeni kitablarla bərabər illüstrasiyalı reklam bukletləri göndərir, mən də onları uyğun kitabların yanında elə yerləşdirirdim ki, dərhal nəzərə çarpırdılar. Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün mənə bir qayda olaraq kommersiya resenziyasını oxumaq və beş-altı səhifəni gözdən keçirmək bəs edirdi. Hər halda, parlaq üz qabığına və müəllifin bukletdəki fotosuna aldanan bəxtsizlərin suallarını cavablandırmaq üçün bunlar yetərli idi.

Скачать книгу


<p>1</p>

Uilyam Kristofer Hendi (1873–1958) – amerikalı bəstəkar və bluz-caz ifaçısı