Dəfinələr adası. Роберт Льюис Стивенсон
Чтение книги онлайн.
Читать онлайн книгу Dəfinələr adası - Роберт Льюис Стивенсон страница 6
– Əvvəlcə gəlin dəftərə baxaq, – deyə həkim təklif etdi.
Birinci səhifədə cürbəcür cızma-qara sözlər var idi. Sanki kimsə qələminin ucunu yoxlamaq üçün səhifəni qaralamışdı. Amma kapitanın qoluna döydürdüyü "Billi Bonsun arzusu yerinə yetsin", "Şturman, mister U.Bons", "Bəsdir, o qədər rom içdin" kimi mənası anlaşılmayan cümlələr də var idi.
Həkim:
– Bu səhifədən bir şey anlamaq olmur, – deyib o biri səhifəni çevirdi.
Bundan sonrakı on-on iki səhifə mühasibat hesabatlarına oxşar səhifələr idi. Sətrin bir başında tarix, o biri başında isə pulun məbləği qeyd olunmuşdu. Arabir yer adları, uzunluq və en dairələri qeyd olunmuşdu. Tarixlərdən görünürdü ki, bu hesabat təxminən iyirmiillik bir müddətdə aparılmışdı. Lap axırda isə beş və ya altı yanlış hesablama pozulub təzədən düzəldilmiş, nəticə yekunlaşdırılmış və "Bonsun qazancı" sözü yazılmışdı.
Həkim Livsi:
– Mən buradan bir şey başa düşmürəm, – dedi.
– Hər şey gün kimi aydındır! – deyə skvayr dilləndi. Bu həmin yaramazın haqq-hesab dəftəridir. Gəlin indi də o birisinə baxaq.
Zərf bir neçə yerindən möhürlənmişdi. Həkim möhrü üsulluca qırdı. İçindən bir adanın xəritəsi çıxdı. Burada adanın uzunluq və en dairəsini, dənizin sahilə yaxın yerlərində dərinliyi göstərən rəqəmlər, limanların, təpələrin və burunların adları qeyd olunmuşdu.
Ada on beş kilometr uzunluğunda, 8 kilometr enində idi. Özü də dal ayaqları üstünə qalxmış bir əjdahanı xatırladırdı. Hər cür fırtına və qasırğadan qorunan iki körfəz və bu körfəzlərin arasında – "Müşahidə borusu" adlanan bir təpə nəzərimizi cəlb etdi.
Xəritədə sonradan qoyulmuş müxtəlif işarələr var idi. Qırmızı mürəkkəblə edilmiş üç xaç işarəsindən biri adanın şimalında, biri isə cənub-qərbində idi. Üçüncü xaç işarəsinin yanında isə aydın, xırda hərflərlə bu sözlər yazılmışdı: "Dəfinənin əsas hissəsi buradadır".
Xəritənin arxa tərəfində isə izah verilmişdi:
"Müşahidə borusu"nun şimal yamacında uca bir ağac. Şimal-şərq istiqamətində.
Skelet adasında. Cənub-şərqə sarı on fut.
Gümüş külçələr. Şimal cinahdakı çalada, şərq tərəfdəki təpənin döşündədir. Üzü qayaya sarı dursan, Qara Qayadan cənuba doğru on sajin getmək lazımdır.
Silahları Şimal burnunun şimal ucunda qumsal təpədə tapmaq olar. Bunun üçün dörddə bir kompas şimala meyil edərək şərqə getmək lazımdır. C.F."
Məlumat bununla bitirdi.
Skvayr dedi:
– Livsi, mən sabah səhər Bristola gedirəm. On gündən sonra bütün İngiltərədəki ən yaxşı gəmilərdən biri öz seçmə heyəti ilə birlikdə bizim ixtiyarımızda olacaq. Houkins də bizimlə gedəcək. Siz gəminin həkimi, mən isə admiral olacağam. Biz Redrutu, Coysu və Günteri də özümüzlə götürərik. Bu xəritənin köməyi ilə dəfinəni tapmaq o qədər çətin olmayacaq. Biz qızıl pullar içində üzəcəyik.
Həkim dedi:
– Treloni, mən sizinlə getməyə hazıram. Güman edirəm ki, Cim də etiraz etməz. Amma mən bir şeydən qorxuram…
– Nədən? – deyə skvayr ucadan soruşdu.
Həkim dedi:
– Mən sizdən qorxuram, çünki sizin ağzınızda söz qalmır. Bu kağızların varlığı barədə bizdən başqa bilənlər də var. Onlar dəfinəyə sahib olmaq üçün əllərindən gələni edəcəklər. Əgər bizim məqsədimizi bilsələr, hansı təhlükələrlə üzləşəcəyimizi təsəvvür edirsinizmi? Biz yola düşənə kimi evdən çölə tək çıxmamalı, çox ehtiyatlı olmalıyıq. Mən Cimlə burada qalıram, siz isə Coysla Günteri götürüb Bristola gedin. Bu barədə heç kimə bir kəlmə belə demək olmaz.
Skvayr dedi:
– Livsi, siz həmişə olduğu kimi, yenə də haqlısınız. Mən dilimə qıfıl vurub lal-kar olacağam. Mən Bristola gedirəm.
Mən Bristola gedirəm
Yol hazırlığına skvayrın fikirləşdiyindən daha çox vaxt getdi. Planlarımızda xeyli dəyişiklik oldu. Livsi özünü əvəz edəcək həkim tapmaq üçün Londona getməli oldu. Skvayr Bristolda idi. Mən isə qoca ovçu Redrutun nəzarəti altında ev dustağı olmuşdum. Kəşf olunmamış adalar və dəniz macəralarının xəyalı ilə yaşayırdım. Xəritə qabağında o qədər durmuşdum ki, onu əzbərləmişdim.
Beləcə, həftələr ötüb-keçirdi. Nəhayət, həkim Livsiyə bir məktub gəldi. Zərfin üzərində bir qeyd var idi: "Əgər həkim Livsi qayıtmamışsa, zərfi Tom Redrut və ya Cim Houkins açsın". Məktubu açıb aşağıdakını oxuduq:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.