Qəhvəyi kostyumlu kişi. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Qəhvəyi kostyumlu kişi - Агата Кристи страница 5
– Çatdırın da, – əsnəməyimi saxlayaraq razılaşdım.
– Bəs bunu necə edək? Vəziyyət çox qarışıqdır.
– Poçtla göndərin.
– Əzizim Pedler, adi poçtla?!
– Əgər poçtla istəmirsinizsə, onda adamlarınızdan biri ilə göndərin.
– Bu mümkün deyil. Əmin olun ki, ehtiyat etməyə əlimizdə tam əsas var. Ciddi əsas.
– Bütün bunlar son dərəcə maraqlıdır, ancaq bağışlayın, tələsirəm…
– Bir dəqiqə, əzizim Pedler. Bu yaxınlarda Cənubi Afrikaya getməyə hazırlaşdığınız düzdürmü?
– Bəli, iki həftədən sonra.
– Bir az tez gedə bilməzsinizmi? Tutalım bir həftədən sonra?
– Mənə poçtalyon rolunu tapşırmaq istəyirsiniz?
– Bayaqdan elə bu barədə danışmaq istəyirəm. Üstəlik, sizin qeyri-rəsmi şəxs vəziyyətində olmağınız… Ümidvaram ki, hər şey əla olacaq.
– Nə deyim… Etiraz etmirəm.
– Sizdən çox razıyam, Pedler, lap çox! Şəxsən generala. Əldən-ələ, başa düşürsünüz? “Kilmorden qəsri” şənbə günü yola düşür. Gözəl gəmidir.
Axşam eşikağası Yarvis mənə yaxınlaşıb dedi:
– Ser, bir centlmen sizi görmək istəyir. Deyir ki, şəxsi işdir, adını bildirməkdən də imtina etdi.
Təbii ki, gözlənilməz qonağı Peycetin yanına göndərmək olardı, lakin o, həmin vaxt mədəsi ilə əlləşirdi. Mən gələn şəxsi qəbul etmək istəmədim. Amma Yarvis tezliklə geri qayıtdı.
– Ser Yustas, centlmen deyir ki, onu mister Milrey göndərib.
Bu, işi dəyişirdi. Bir qədər sonra günəşdən qaralmış, gözəl üzü bir neçə çapıqla korlanmış möhkəm bədənli gənc qarşımda dayanmışdı.
– Eşidirəm, – dilləndim.
– Mister Milrey mənə əmr edib ki, sizi Cənubi Afrikaya qədər müşayiət edim. Katib simasında.
– Lakin, əzizim, mənim katibim var və ikincisinə ehtiyac duymuram.
– Buna şübhəm var, ser. Yeri gəlmişkən, katibiniz haradadır?
– O bir balaca kefsizdir. Qastriti var.
– Əminsinizmi ki, onun xəstəliyi qastritdir?
– Əlbəttə ki, – cavab verdim, – həmişə çalışqan gənclərdə qastrit olur.
– Qastrit ola da bilər, olmaya da. Bunu zaman göstərər. Yeri gəlmişkən, mister Milrey öyrənsə ki, katibinizi aradan götürmək istəyirlər, qətiyyən təəccüblənməz. Yox-yox, həyəcanlanmayın! Şəxsən sizi heç bir təhlükə gözləmir. Ancaq mister Milrey təkid edir ki, sizi mən də müşayiət edim və xahiş edir ki, pasportumun qayğısına qalasınız. Amma bunu elə etmək lazımdır ki, guya məni özünüz dəvət etmisiniz.
– Yaxşı, – razılaşdım və gəncin getməyə hazırlaşdığını görəndə istehzayla əlavə etdim: – Əgər katibimin adını bilsəydim, yəqin ki, daha yaxşı olardı.
– Harri Reyborn. Münasib addır, deyilmi?
VIII fəsil
(Annanın hekayətinin davamı)
Qəhrəmanların dəniz xəstəliyinə tutulmasında nəsə bir ləyaqətsizlik var. Şəxsən mən ilk yırğalanmaqdan özümü pis hiss etdim və bütün sirlərə marağımı itirərək üç gün kayutdan bayıra çıxmadım. Nəhayət, dəniz sakitləşdi və birtəhər göyərtəyə qalxıb özümü şezlonqa yıxdım. Bir az özümə gələn kimi ətrafıma nəzər salmağa başladım. Qadınlardan biri məni xüsusilə maraqlandırdı. Zahirən ona otuz yaş vermək olardı. Bəstəboy, mavigözlü idi və aşkar Paris üslubunda yüksək zövqlə tikilmiş paltar geyinmişdi. “Özümə gələn kimi onunla tanış olaram,” – deyə fikirləşdim.
Günortaüstü Madeyra limanına çatdıq. Məftunedici qadın hündürboylu, qarabuğdayı kişinin müşayiəti ilə sahilə endi. Kişiyə qırx yaş vermək olardı. Saçları çallaşmışdı. Məncə, o, gəmidəki kişilərin ən qəşəngi idi.
– Kimdir o qadın? – qulluqçudan soruşdum.
– Ledi Klarens Bler.
Bundan sonra naməlum qadına marağım daha da artdı. Səhərisi isə təəccüblü olsa da, missis özü mənə yaxınlaşdı.
– Hə, daha özünüzü yaxşı hiss edirsinizmi? – təbəssümlə soruşdu.
– Təşəkkür edirəm, bu gün, doğrudan da, vəziyyətim yaxşıdır.
– Dünən elə kökə düşmüşdünüz ki, polkovnik Reyslə fikirləşdik, dənizdə bizi dəfn mərasimi gözləyir. Amma siz bizi heyrətləndirdiniz.
– Təmiz hava kömək etməlidir, – mən gülümsəməyə çalışdım.
– Bu kayutların dustaqxana həyatı kimi desən öldürər. Ümidvaram ki, pəncərəniz dənizə baxır.
– Xeyr.
– Əzizim, kayutu niyə dəyişmirsiniz? Boş kayutlar ki var. Madeyrada xeyli sərnişin düşdü. Gedin kapitanla danışın.
– Yerimdən qalxmaq istəmirəm.
– Çətin olsa da, durun. Gəzmək sizə xeyirdir.
Missis Bler və polkovnik Reysin müşayiəti ilə göyərtədə gəzinməyə başladım. Okean gözəl olduğundan missis Bler fotoaparat dalınca getdi. İki-üç kadr çəkəndən sonra o, məyusluqla dedi:
– Plyonka qurtardı. Ancaq eybi yoxdur. Mənim ehtiyatda bir kasetim də var. Budur o!
Elə bu vaxt gəmi yırğalandı, müvazinətini itirən Bler sürahidən yapışdı və kaseti əlindən saldı.
– Bu niyə belə oldu? Yəni kaset suya düşdü?
– Çətin ki, – polkovnik gülümsədi. – Çox güman ki, kaset aşağı göyərtəyə, hansısa uğursuz stüardın