Üç gonbul. Юрий Олеша

Чтение книги онлайн.

Читать онлайн книгу Üç gonbul - Юрий Олеша страница 3

Üç gonbul - Юрий Олеша Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

gəlir? Ona yazığın gəlməsin. O bizə pislik eləmək istəyib. Bax gör necə gözəl qızılgüldür…

      İri qızılgüllər acıtəhər su ilə və yarpaqlarla ağzınacan dolu olan kasalarda qu quşu kimi aramla üzürdü.

      – Bu da sənə üç qızılgül. Ağlamaqsa lazım deyil. Onlar qiyamçılardır. Əgər onları dəmir qəfəslərə salmasalar, bizim evimizi, paltarlarımızı və qızılgüllərimizi əlimizdən alacaqlar, özümüzü də doğrayacaqlar.

      Bu vaxt onların yanından balaca bir oğlan uşağı qaçaraq keçdi. Əvvəlcə xanımın ulduzlu plaşından, sonra qızın hörüyündən dartdı.

      – Eybi yoxdur, qrafinya! – deyə oğlan qışqırdı. – Silahqayıran Prospero qəfəsdə olsa da, gimnast Tibul azadlıqdadır!

      – Ah, sırtığın biri!

      Xanım ayaqlarını yerə vurdu və çantası yerə düşdü. Gülsatan qadınlar cingiltili səslə gülüşdülər. Tosqun faytonçu aranın qarışmasından istifadə edib xanıma faytona minməyi təklif elədi. Xanım və qızı faytona minib getdilər.

      – Ey, dingiş, bir dayan! – gülsatan qadın oğlanın dalınca qışqırdı. – Bir bura gəl! Danış görüm, nə bilirsən.

      İki sürücü qozladan düşdü və ayaqları çiyinlərinə saldığı örtüyə ilişə-ilişə gülsatan qadına yanaşdı.

      “Bax qamçı buna deyərəm! Qamçı belə olar!” – deyə oğlan sürücünün əlində yellədiyi uzun qamçıya baxıb fikirləşdi. Oğlan çox istəyirdi ki, onun da belə qamçısı olsun, lakin bu bir çox səbəblərə görə mümkün deyildi.

      – Sən nə danışırsan? – sürücü yoğun səslə soruşdu. – Gimnast Tibul azadlıqdadı?

      – Belə deyirlər. Mən limanda idim…

      – Məgər onu qvardiyaçılar öldürmədilər? – başqa sürücü də yoğun səslə soruşdu.

      – Yox, atacan… Ay gözəl, mənə bircə dənə qızılgül bağışla da!

      – Bir dayan, səfeh. Yaxşı olar ki, danışasan…

      – Deməli, belədir… Əvvəlcə hamı elə fikirləşirdi ki, onu öldürüblər. Sonra onu meyitlərin arasından tapmadılar.

      – Bəlkə, onu kanala atıblar? – sürücü soruşdu.

      Söhbətə dilənçi qoşuldu.

      – Kimi kanala atıblar? – deyə soruşdu. – Gimnast Tibul pişik deyil ki, onu suda boğasan. Gimnast Tibul sağdır. O qaçıb aradan çıxıb!

      – Yalan deyirsən, dəvənin biri dəvə! – sürücü dedi.

      – Gimnast Tibul sağdır! – gülsatanlar şövqlə qışqırdılar.

      Balaca oğlan dartıb bir qızılgül götürdü və qaçmağa üz qoydu. Yaş gülün damcıları doktorun üzünə çiləndi. Doktor damcını acı göz yaşları kimi üzündən sildi və yaxına gəldi ki, görsün dilənçi nə danışacaq.

      Söhbət bəzi səbəblərdən yarımçıq qaldı. Küçədə qeyri-adi təntənəli mərasim göründü. Qabaqda əllərində məşəl iki atlı gəlirdi. Məşəllər odlu şölələrlə yanırdı. Dalınca qara gerbli karet asta-asta hərəkət edirdi.

      Arxada isə dülgərlər gəlirdi. Onlar yüz nəfər olardı.

      Dülgərlər qolları çırmanmış halda, əyinlərində önlük, əllərində mişar və rəndə, qoltuqlarında yeşik işləməyə hazır idilər. Təntənəli mərasimin hər iki tərəfində atlı qvardiyaçılar gəlirdi. Onlar şahə qalxmaq istəyən atları saxlamağa çalışırdılar.

      – Bu nədir? Bu nədir? – deyə yoldan keçənlər narahat oldular.

      Gerbli qara karetdə Üç Gonbul Şurasının məmuru oturmuşdu. Gülsatan qadınlar bərk qorxdular. Yanaqlarını ovuclarına alıb onun şüşə qapıdan görünən başına baxırdılar. Küçə parlaq işıqla işıqlandırılmışdı. Parik qoyulmuş qara baş cansız halda yırğalanırdı. Elə bil karetdəki quş idi.

      – Kənara çəkilin! – qvardiyaçılar qışqırdılar.

      – Dülgərlər hara gedirlər? – balaca gülsatan qız qvardiyaçıların başçısından soruşdu.

      Qvardiyaçı elə sifətlə onun üstünə qışqırdı ki, qızın başındakı tükləri biz-biz oldu:

      – Dülgərlər edam kötüyü düzəltməyə gedirlər! Başa düşdün? On dənə edam kötüyü düzəldəcəklər!

      – Hə!

      Gülsatan qız kasanı əlindən saldı. Qızılgüllər kompot kimi yerə dağıldı.

      – Onlar edam kötüyü düzəltməyə gedirlər! – deyə doktor dəhşətə gəlmiş halda təkrar elədi.

      – Edam kötüyü! – qvardiyaçı qışqıraraq geriyə dönüb çəkməyə bənzər bığlarının altındakı dişlərini qıcadı. – Bütün qiyamçılarçün edam kötüyü! Hamısının boynu vurulacaq! Kim ki Üç Gonbul hakimiyyətinə qarşı çıxmağa cəsarət edəcəksə, hamısının!

      Doktorun başı gicəlləndi. Ona elə gəldi ki, özündən gedəcək.

      “Bu gün həddən artıq həyəcan keçirdim, – doktor öz-özünə dedi, – həm də acam, bərk yorulmuşam. Evə tələsmək lazımdır”.

      Doğrudan da, doktora dincəlmək lazım idi; gördüyü və eşitdiyi bütün hadisələrdən elə həyəcanlanmışdı ki, hətta qüllədən aşağı uçaraq şlyapasını, plaşını, əlağacını və ayaqqabılarının dabanını itirdiyinə o qədər də əhəmiyyət vermədi. Əlbəttə, ən pisi də o idi ki, eynəksiz qalmışdı.

      O, fayton tutub evinə yollandı.

      III fəsil

      ULDUZ MEYDANI

      Doktor evinə qayıdırdı. O, faytonla salonlardan da daha parlaq işıqlandırılmış, asfalt döşənmiş geniş küçələrdən keçir, yan-yana zəncirvarı sıralanmış fənərlərin işıqları onun başı üzərində səmaya qalxırdı. İçərisinə ağappaq qaynar süd doldurulmuş şarlara bənzəyən fənərlərin ətrafında mığmığalar vızıldaşır və yanaraq yerə tökülürdülər. O, sahil küçəsi ilə, daş hasarların boyunca gedirdi. Orada bürünc şirlər pəncələrində qalxan tutmuş, uzun dillərini bayıra çıxarmışdı. Aşağıda aramla qatran kimi qapqara və parıltılı gur su axıb gedirdi. Şəhərin əksi başı üstə suya düşür, suya qərq olunmuş kimi görünür, üzmək istəyir, amma üzə bilmir, yalnız zərif qızılı ləkələrə çevrilirdi. O, tağ

Скачать книгу