Üç gonbul. Юрий Олеша
Чтение книги онлайн.
Читать онлайн книгу Üç gonbul - Юрий Олеша страница 6
– Ah, bədbəxtliyə bir bax!
– Bu gün daha ağır bədbəxtlik oldu, Qanimed xala, silahqayıran Prospero əsir düşdü. Onu dəmir qəfəsə saldılar.
Qanimed xalanın gündüzkü hadisələrdən xəbəri yox idi. O, top səslərini eşitmişdi, evlərin üzərindəki qızartıları görmüşdü. Qonşu qadın ona danışmışdı ki, Məhkəmə meydanında yüzəcən xarrat qiyamçılardan ötrü edam kötükləri düzəldir.
– Mən olduqca dəhşətə gəlmişdim. Pəncərəni örtdüm, qərara aldım ki, evdən bayıra çıxmayım. Mən hər dəqiqə sizi gözləmişəm. Çox həyəcan keçirirdim. Nahar yeməyi soyudu, şam yeməyi buza döndü, sizsə gəlib çıxmırsınız…
Səhər açılırdı. Doktor yatmağa hazırlaşdı.
Onun öyrəndiyi yüzəcən elmdən biri də tarix idi. Onun dəri cildli böyük bir kitabı vardı və mühüm hadisələr barəsində öz fikirlərini bura qeyd edirdi.
– Səliqəli olmaq lazımdır, – deyə doktor barmağını yuxarı qovzadı.
Yorğun olmasına baxmayaraq, doktor öz dəri cildli kitabını götürüb masanın arxasında oturdu və yazmağa başladı: “Sənətkarlar, qazmaçılar, dənizçılər – şəhərin bütün yoxsul adamları Üç Gonbul hakimiyyətinə qarşı ayağa qalxdılar. Qvardiyaçılar qalib gəldilər. Silahqayıran Prospero əsir alındı, amma gimnast Tibul isə aradan çıxdı. İndicə Ulduz meydanında bir qvardiyaçı öz zabitini güllələdi. Bu isə o deməkdir ki, tezliklə bütün əsgərlər xalqa qarşı vuruşmaqdan və Üç Gonbulu müdafiə etməkdən boyun qaçıracaqlar. Buna baxmayaraq Tibulun aqibətindən ehtiyatlanıram…”
Bu vaxt doktor arxada səc-küy eşitdi. Dönüb geriyə baxdı. Arxada divar sobası idi. Sobadan yaşıl plaşlı ucaboy bir adam çıxdı. Bu, gimnast Tibul idi.
İkinci hissə
VƏLİƏHD TUTTİNİN KUKLASI
IV fəsil
ŞARSATANIN QƏRİBƏ MACƏRALARI
Sonrakı gün Məhkəmə meydanında qızğın iş gedirdi. Dülgərlər artıq on dənə edam kötüyü düzəltmişdilər. Qvardiyaçıların keşikçisi işə nəzarət edirdi. Dülgərlər işi həvəssiz yerinə yetirirdilər.
– Biz sənətkarlar və qazmaçılar üçün edam kötüyü düzəltmək istəmirik! – onlar qəzəblə deyirdilər.
– Onlar bizim qardaşlarımızdır.
– Onlar bizim kimi zəhmət adamlarını azad eləmək üçün ölümə getdilər.
– Səsinizi kəsin! – deyə mühafizə dəstəsinin rəisi elə dəhşətlə bağırdı ki, tikili üçün hazırlanmış buradakı taxtalar dağıldı. – Səsinizi kəsin, yoxsa əmr edərəm sizi qamçılayarlar!
Səhər tezdən müxtəlif tərəflərdən gələn camaat Məhkəmə meydanına yığışmağa başladı.
Güclü külək əsir, tozu havaya sovurur, lövhələri yellədir və cırıldadır, şlyapaları başlardan alıb atıla-atıla gedən faytonların təkərləri altına atırdı.
Bir yerdə küləyin əsməsindən tamamilə qeyri-adi bir hadisə baş verdi: uşaq şarları satan şarlarla birgə havaya qalxdı.
– Ura! Ura! – deyə uşaqlar bu fantastik uçuşu müşahidə edərək qışqırışdılar.
Onlar əl çalırdılar: əvvəla, tamaşa öz-özlüyündə çox maraqlı idi, ikincisi, şarsatanın xoşagəlməz uçuşu uşaqların xoşuna gəlmişdi. Uşaqların bu şarsatana həmişə paxıllıqları tuturdu. Paxıllıq isə yaxşı şey deyil. Amma nə etmək olar! Qırmızı, göy, sarı şarlar olduqca gözəl idi. Uşaqların hamısı istəyirdi ki, onların da belə gözəl şarları olsun. Satıcının isə xeyli belə şarı vardı. Lakin möcüzə baş vermirdi! Şarsatan indiyəcən nə sözəbaxan bir oğlana, nə də diqqətcil bir qıza şar bağışlamışdı: nə qırmızısından, nə göyündən, nə də sarısından.
İndi isə tale bu daşürəkliliyin əvəzini çıxaraq onun cəzasını verirdi. O bağladığı şarların ipindən sallanaraq şəhərin üzəri ilə uçurdu. Sonsuz göyümtül səmada bərq vuran bu şarlar rəngarəng sehrli üzüm salxımına bənzəyirdi.
Şarsatanın heç nəyə ümidi gəlməsə də, ayaqlarını havada yellədərək qışqırırdı:
– Kömək edin!
Onun ayaqlarında samandan toxunmuş, ayağına çox böyük olan başmaqlar vardı. Yerdə yeriyəndə hər şey qaydasında olurdu. Başmaqlar ayaqlarından çıxmasın deyə səkidə ayaqlarını sürüyə-sürüyə yeriyirdi. İndi isə havaya qalxdığına görə artıq bu fəndgirliyə əl ata bilmirdi.
– Səni lənətə gələsən!
Külək bir yığın şarı qıvrıldaraq və cırıldadaraq ağzına alıb aparırdı.
Axır ki, başmaqların biri ayağından çıxdı.
Aşağıda qaçışan uşaqlar qışqırırdılar:
– Ora baxın! Çin qozu! Çin qozu!
Doğrudan da, aşağıya düşən başmaq lap Çin qozunu xatırladırdı.
Bu vaxt küçədən rəqs müəllimi keçirdi. O, olduqca yaraşıqlı görünürdü. Boyu uzun idi, balaca girdə başı, nazik qılçaları vardı; ya skripkaya, ya da cırcıramaya bənzəyirdi. Onun qulağı fleytanın ələmli səsinə və rəqqasların incə səsli danışığına vərdiş elədiyinə görə həyət uşaqlarının bərk hay-küyünə və şən qışqırtılarına dözə bilmədi.
– Bəsdir qışqırdınız! – deyə o hirsləndi. – Məgər belə də qışqırmaq olar! Valehedici, gözəl, melodik ifadələrlə danışmaq lazımdır… Bax, məsələn…
O, duruş vəziyyəti aldı, lakin nümunə göstərə bilmədi. Başqa rəqs müəllimləri kimi o da, əsasən, aşağı, ayaqlarına baxmağa alışmışdı! Amma heyif! Onun yuxarıda olanlardan xəbəri yox idi.
Şarsatanın başmağı düz onun təpəsinə düşdü. Onun başı balaca olduğuna görə iri saman başmaq şlyapa kimi onun başına keçdi.
Belə olanda şıq geyimli rəqs müəllimi tənbəl öküzü haylayan çodar kimi bağırdı.
Başmaq onun sifətinin bir tərəfini tutmuşdu.
Uşaqlar qarınlarını tutub uğundular:
– Ha-ha-ha! Ha-ha-ha!
Rəqs