Üç gonbul. Юрий Олеша

Чтение книги онлайн.

Читать онлайн книгу Üç gonbul - Юрий Олеша страница 9

Üç gonbul - Юрий Олеша Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

style="font-size:15px;">      O başını qaldırıb Gonbullara baxdı. Yaxında oturanlar geriyə çəkildilər. Qonaqlardan birinin qışqırığı eşidildi. Bu, ölkənin ən varlı dəyirmançısı idi.

      – Niyə onu bura gətirdiniz? Mən ondan qorxuram!

      Dəyirmançının ürəyi gedib yıxıldı və onun burnu kisel qabının düz içinə girdi. Bəzi qonaqlar özlərini girişə doğru atdılar. Bu vaxt tort heç kimin yadına düşmürdü.

      – Siz məndən nə istəyirsiniz? – Prospero soruşdu.

      Birinci Gonbul cürətə gəlib dedi:

      – Biz sənə tamaşa eləmək istəyirik. Məgər sənə kimin əlinə əsir düşməyin maraqlı deyil?

      – Sizi görən gözüm yoxdur.

      – Tezliklə sənin başını bədənindən ayırarıq. Bununla da bizi görməməkdə sənə köməklik göstərərik.

      – Qorxum yoxdur. Mənim başım bir dənədir. Xalqın isə yüz minlərlə başı var. Siz onların başını bədəndən ayıra bilməyəcəksiniz.

      – Bu gün Məhkəmə meydanında edam olacaq. Cəlladlar sənin yoldaşlarına divan tutacaqlar.

      Qarınqulular bir az sakitləşdilər. Dəyirmançı özünə gəldi və hətta yanağından üzüaşağı süzülən çəhrayı rəngli kiseli dili ilə yalamağa başladı.

      Prospero dedi:

      – Sizin beyninizi piy basıb. Qarnınızdan uzaq heç nə görə bilmirsiniz…

      İkinci Gonbul incidi:

      – Buyurun deyin görək! Biz nəyi görməliyik ki?

      – Öz nazirlərinizdən soruşun. Onlar ölkədə nə baş verdiyini yaxşı bilirlər.

      Dövlət kansleri aydın olmayan tərzdə vaqqıldadı. Nazirlər barmaqları ilə boşqabları taqqıldatmağa başladılar.

      Prospero təkrar elədi:

      – Onlardan soruşun, özləri sizə danışarlar.

      O dayandı. Hamı diqqətlə ona qulaq asırdı.

      – Onlar sizə danışarlar ki, ruzisini əlindən aldığınız, ağır zəhmətlə çörək qazanan kəndlilər mülkədarlara qarşı çıxırlar. Onların malikanələrini yandırır, öz torpaqlarından qovub çıxarırlar. Mədən qazmaçıları ona görə kömür çıxarmaq istəmirlər ki, siz onlara yiyələnməyəsiniz. Fəhlələr maşınları sındırırlar ki, sizin varlanmağınız üçün işləməsinlər. Dənizçilər sizin yüklərinizi dənizə tökürlər. Əsgərlər daha sizə xidmət etmək istəmirlər. Alimlər, məmurlar, hakimlər, aktyorlar xalqın tərəfinə keçirlər. Əvvəllər sizin üçün işləyənlərin hamısı – zavallılar, evsiz-eşiksizlər, ac-yalavaclar, arıq-uruqlar, yetim-yesirlər, əlillər, dilənçilər siz piylənmişlərə, varlılara, ürəyi daşadönənlərə qarşı çıxırlar…

      Dövlət kansleri söhbətə müdaxilə elədi:

      – Mənə elə gəlir ki, o, ağzına gələni danışır.

      Lakin Prospero sözünə davam elədi:

      – Mən on beş ildir xalqa öyrədirəm ki, onlar sizə və sizin kimilərə nifrət bəsləsinlər. Bilsəniz neçə vaxtdır ki, gücümüzü toplayırıq! İndi isə sizin axırınız çatıb…

      Üçüncü Gonbul ciyildədi:

      – Kifayətdir!

      İkinci Gonbul təklif elədi:

      – Onu təzədən qəfəsə salmaq lazımdır.

      Birinci Gonbul dedi:

      – Gimnast Tibul tutuluncaya qədər sən öz qəfəsində qalacaqsan. Sizin ikinizi də bir yerdə edam edəcəyik. Xalq da sizin meyitlərinizi görər və bizimlə döyüşməyə də həvəsi ölər.

      Prospero susurdu. O, yenə də başını aşağı saldı.

      Gonbul sözünə davam elədi:

      – Sən kimə qarşı vuruşduğunu unutmusan. Biz Üç Gonbul güclüyük, qüdrətliyik. Hər şey bizə məxsusdur. Mən – Birinci Gonbul bizim torpaqların yetişdirdiyi bütün taxılın sahibiyəm. İkinci Gonbul bütün kömür mədənlərini, Üçüncü Gonbul bütün dəmirləri ələ keçirib. Biz hamıdan varlıyıq. Ölkədə ən varlı adam bizdən yüz dəfə yoxsuldur. Biz qızıllarla nə istəsək ala bilərik.

      Belə olanda qarınqulular özlərindən çıxdılar. Gonbulun dedikləri onları cürətləndirdi.

      – Onu qəfəsə salın! Qəfəsə! – onlar qışqırmağa başladılar.

      – Vəhşi heyvanların yanına!

      – Qəfəsə!

      – Qiyamçı!

      – Qəfəsə!

      Prosperonu apardılar.

      – İndi isə tort yeyəcəyik, – Birinci Gonbul dedi.

      “Axırım çatdı!” – deyə şarsatan düşündü.

      Bütün nəzərlər ona zilləndi. O, gözlərini yumdu. Qarınqulular nəşələnirdilər.

      – Ho-ho-ho!

      – Ha-ha-ha! Necə də gözəl tortdur! Şarlara bir diqqət eləyin!

      – Çox gözəldir.

      – Bir bu sir-sifətə baxın!

      – O, gözəldir!

      Hamı torta sarı cumdu.

      – Bu gülməli müqəvvanın içindəki nədir? – deyə kimsə soruşdu və şarsatanın alnına bərk bir çırtma vurdu.

      – Yəqin, konfet olar.

      – Ya da şampan şərabı…

      – Çox maraqlıdır! Çox maraqlıdır!

      – Gəlin əvvəlcə bu başı kəsək, görək nə alınır…

      – Vay!

      Şarsatan daha dözə bilmədi və olduqca açıq-aydın şəkildə “Vay!” eləyib gözlərini açdı.

      Maraqlananlar yerlərindən atıldılar. Bu vaxt aynabənddə bərkdən uşaq qışqırığı eşidildi:

      – Kuklam!

Скачать книгу