Məhv olmuş gəmilər adası. Александр Беляев

Чтение книги онлайн.

Читать онлайн книгу Məhv olmuş gəmilər adası - Александр Беляев страница 6

Məhv olmuş gəmilər adası - Александр Беляев Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

hərfləri hələ ayırd etmək olurdu.

Görünür, qaz lələyi ilə, quyruqlu və buruq-buruq hərflərlə yazılmışdı:

“Ey bu şüşəni açan kəs, istər xristian ol, istərsə kafir, səndən xahiş edir və səni and verirəm ki, mənim son arzumu yerinə yetirəsən. Əgər ölümümdən sonra məni briqdə tapsan, kapitan kayutunda yerləşən ağ dəri kisədəki 50000 qulden5 qızıl pulu götür. 10000 quldenini özünə saxla, 40000 quldeni isə mənim arvadıma ver. Adı Marta Tesseldir, Amsterdamda, Dəniz küçəsində, öz mülkündə yaşayır. Əgər briq batarsa, yalnız şüşəni dənizdən tapsan, ona göndər. Marta Tesselə, arvadıma mənim son salamımı çatdır. Əgər onu məyus etmişəmsə, qoy məni bağışlasın. Bizimkilər hamısı öldülər. Bütün heyət, matroslarına kimi… Birinci… Kar, Qubert… Hələlik bircə mən sağam. Bir həftədir… heç nə yemirəm… özümü dora bağlayacağam… kimsə görsün deyə… Əlvida… Qustav Tessel. “Marta” adlı Briq, 1713-cü il. Sentyabrın 15-ci günü”.

Qatlinq oxuyub qurtaranda sükut çökdü.

– Necə vahiməli və qəribədir! Biz ölüdən artıq iki yüz ildir ki, məzarda yatan arvadına salam göndərmək haqqında tapşırıq almışıq… – diksinmiş miss Kinqman əlavə etdi. – Bu dəniz özündə necə dəhşətli sirlər gizləyir!

– Əlli min qulden, – Simpkins uzaqlaşan briqi baxışları ilə yola sala-sala öz-özünə dedi. – Bu indiki məzənnə ilə nə qədər eləyir?..

İKİNCİ HİSSƏ

Sakit liman

– Torpaq! Torpaq! Miss Kinqman! Qatlinq! Tez bura gəlin! Biz hansısa bir limana yaxınlaşırıq. Artıq paroxodların dorlarının yuxarı hissəsi və boruları görünür. Bax oradadır. Ora baxın… sol tərəfə!

Qatlinq müşahidə borusundan baxdı.

– Sizin kəşf etdiyiniz limanın çox qəribə görünüşü var, Simpkins. Bu “liman” bir neçə mil məsafədə uzanır: dorlar və borular, sonra yenə dorlar… Amma bir şeyə diqqət edin: bir boru da tüstülənmir, dorlar isə… Onların təchizatı, yelkənlər? Bir baxın, miss Kinqman, – Qatlinq müşahidə borusunu ona verdi.

– Bəli, bu daha çox gəmi qəbiristanlığına oxşayır, – Viviana ucadan dedi. – Dorlar və borular sınıb, yelkənlər isə cırıq-cırıq olub. Bəs… torpaq hanı? Mən heç nə anlamıram.

– Mənə də hər şeyin aydın olduğunu deyə bilmərəm, miss, – Qatlinq cavab verdi, – amma fikrimcə, məsələ belədir: görünür, Sarqas dənizinin, bu durğun bataqlığın, yosunların ləngitdiyi öz axınları var. Ehtimal ki, biz bu axınların birinə düşmüşük, o da bizi, təəssüf ki, bu “sakit limana” gətirib. Təsəvvür edirsinizmi, biz necə bir limana daxil oluruq. Bizi qarşılayanlar bax bunlardır, – o, əli ilə ətrafı göstərdi.

Paroxod qeyri-adi limana yaxınlaşdıqca yolboyu dağılmış gəmilərin kədərli mənzərəsinə daha çox rast gəlmək olurdu. Burada bütün ölkə və xalqlara məxsus sındırılmış, şikəst edilmiş, yarıçürümüş gəmilər vardı. Budur, bütöv bir ağac parçasından hazırlanmış qayıq… Bu da balıqçı barkının6 skeleti: xarici üzlük dağılıb, şpanqoutlar çılpaq qabırğalar kimi bayıra çıxıb, kil hissəsi isə balığın bel sümüyünü xatırladır. Daha sonra az-çox salamat qalmış gəmilər: barklar, şxunalar7, tenderlər8, freqatlar9, qaleralar10 görünürdü. Paslı, müasir bir paroxod on altıncı əsrin portuqal karavellası11 ilə yanbayan dayanmışdı. Onun gözəl, əyri gəmi xətləri vardı. Aşağı bort burun və arxa hissədəki tikililərin üzərində yüksəlmişdi. Sükanın oxu bütün arxa tərəfi kəsib keçirdi, bortların ortalarında isə avarlar üçün deşiklər var idi. “Santa-Mariya” sözü bortdan aydınca görünürdü.

– Qəribədir! – Qatlinq qışqırdı. – Kolumb da eynilə bu cür gəmidə üzüb, onun karavellalarının birinin adı “Santa-Mariya”, digər ikisi isə “Pinta” və “Nina” adlanıb. Bir buna baxın, – uzağı yaxşı görən Qatlinq xətt gəmisinin bortundakı sözü oxudu: – “Henri”. Görürsünüz, sonra üçgöyərtəli gəmi gəlir: bortunda “Dənizlər suvereni” və “1657-ci il” yazılıb. Onların arasında isə on doqquzuncu əsrin birinci yarısına məxsus, uzunluğu əlli metrdən çox olmayan təkərli paroxod yerləşir.

Gəmilərin arasındakı paroxod get-gedə daha çox sıxışdırılırdı. Bir neçə dəfə sərt qırıqlara ilişib dayandı, nəhayət, bir-birinə sıxılmış gəmilərin gur yerinə düşüb onlara qoşularaq sanki özünəməxsus bir ada əmələ gətirdi.

Yolçular susurdular. Hamısına elə gəlirdi ki, diri-diri basdırılmaq üçün qəbiristanlığa gətiriliblər.

– Madam ki tale bizi buraya gətirib, bu qeyri-adi ada ilə tanış olmaq lazımdır. Gedək, Simpkins!

Simpkins açıq-aşkar bu qaranlıq qəbiristanlığa ekskursiya eləmək fikrində deyildi.

– Bunun nə mənası var? – deyə boyun qaçırmağa çalışdı.

– Kişi olun, Simpkins. Kim bilir, bu ada özündə nələr gizlədir? Bəlkə, buranın sakinləri də var?

– Qoca holland dənizçilərinin kabuslarımı?

– Buna baxarıq. Hər halda, burada kim yaşayırsa yaşasın, bizim onlardan birinci xəbər tutmağımız yaxşıdır. Bu ada bizim məzarımız da ola bilər, amma bilmək olmaz, bəlkə, nicat yolunu elə burada tapacağıq. Gəmilərə baxmaq lazımdır, bəlkə, üzmək üçün yararlı olanına rast gəldik.

– Gəmilərə baxmaq! – Simpkins içində 50000 qulden olan “Marta” gəmisini xatırladı. O tərəddüd edirdi.

– Bəs miss Kinqmanı necə tək qoyaq?

– Məndən narahat olmayın. Mən kabuslardan qorxmuram, – o cavab verdi.

– Gəlin belə eləyək, miss, – Qatlinq təklif etdi, – gəminin odluğuna küləş doldurun. Sizi bir təhlükə hədələsə, küləşi yandırın. Biz borudan çıxan tüstünü görüb dərhal köməyə gələrik. Gedək.

Qatlinq yaxınlıqda dayanmış gəmiyə çıxdı. Bu, on səkkizinci əsrdən qalma “Viktoriya” adlı üçyelkənli bir gəmi idi. Simpkins könülsüz onun dalınca getdi.

Onlar yavaş-yavaş adanın dərinliklərinə doğru hərəkət edirdilər.

Dünyada çətin ki bu nəhəng qəbiristanlığın mənzərəsindən kədərli mənzərə tapılardı. Dəniz məhv olmuş

Скачать книгу

5

Qulden – Hollandiyada gümüş pul

6

Bark – böyük yelkənli gəmi

7

Şxuna – iki və ya üçdorlu yelkənli gəmi

8

Tender – birdorlu yelkənli gəmi

9

Freqat – üçdorlu hərb gəmisi

10

Qalera – çoxavarlı qədim gəmi

11

Karavella – üç, ya dörddorlu yelkənli gəmi