Məhv olmuş gəmilər adası. Александр Беляев
Чтение книги онлайн.
Читать онлайн книгу Məhv olmuş gəmilər adası - Александр Беляев страница 9
Sleyton miss Kinqmanla xüsusi bir iltifatla davranırdı.
– Miss Kinqman, əgər təsadüf sizi bu kədərli adaya atıbsa, onda biz adalılar belə gözəl bir bəxşiş verdiyi üçün taleyə minnətdar olmalıyıq, – Sleyton hətta gülümsəmədən ağır bir kompliment dedi.
– Təəssüf ki, mən belə rəftar edən taleyə təşəkkür etmək fikrində deyiləm, – miss Kinqman cavab verdi.
– Kim bilir, kim bilir? – Sleyton müəmmalı tərzdə cavab verdi. – Burada ilk baxışdan göründüyü kimi həyat elə də pis keçmir, miss. Siz musiqi ilə məşğul olursunuz? Oxuyursunuz?
– Bəli…
– Əla. Gözəl. Siz burada gözəl erar13 royalı və zəngin not kitabxanası tapacaqsınız. Kitab da bəs edər. Adalılarımız arasında maraqlı adamlar var. Götürək elə bu Ternipi. Düzdür, o, xeyli düşüb, ancaq çox görüb, çox bilir, bir vaxtlar vəziyyəti yaxşı olub. İndi geriləyib, amma yenə də maraqlıdır. Biri də bu alman Lüders. O bizim tarixçimiz və alimimizdir. O bizim gəmidüzəltmə tariximizi öyrənir, axı bizim adamız əsl muzeydir, elə deyilmi?
– Gəmidüzəltmə tarixi? Bu maraqlıdır, – Qatlinq dedi.
– Bunun sizin ixtisasınızla əlaqəsi var? – Sleyton qıyılmış gözləri ilə ona baxıb saymazyana soruşdu.
– Bəli, mən gəmidüzəltmə mühəndisiyəm, – Qatlinq cavab verdi.
Miss Kinqman təəccüblə ona baxdı. O bunu bilmirdi.
– Budur, sizin də maraqlı həmsöhbətiniz olacaq, mister…
– Qatlinq.
– Mister Qatlinq… Lüders bizi əhatə edən gəmilərdəki jurnalları və bütün ölənlərin ölümqabağı yazdığı məktubları toplayaraq çox maraqlı bir kitabxana düzəldib. Amma… bu materialları oxumağı məsləhət görmürəm. Düzdür, onlarca yazıçıya bəs edərdi, ancaq çox kədərlidir. Bu kitabxananı oxuyandan sonra Sarqas dənizi sizə Dantenin cəhənnəmindəki qatlardan biri kimi görünəcək.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.