İtmiş dünya. Артур Конан Дойл

Чтение книги онлайн.

Читать онлайн книгу İtmiş dünya - Артур Конан Дойл страница 3

İtmiş dünya - Артур Конан Дойл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

heç gülən oğlanlara oxşamır. Qorxuram, payınız başqa şey olsun… Odur ki məktubunuza cavab verməsəydi, daha yaxşı olardı.

      III FƏSİL

      BELƏ DƏ ADAM OLAR?

      Dostumun gümanı düz çıxmadı. Çərşənbə günü onun yanına gələndə stolun üstündə məktub gördüm. Məktubun üstünə səliqəsiz xətlə mənim adım yazılmışdı. Məzmunu aşağıdakı kimi idi:

      “Ser, məktubunuzu aldım. İrəli sürdüyüm fikrə şərik çıxdığınızı yazırsınız, halbuki yürütdüyüm mühakimənin doğruluğu nə sizdən, nə də bir başqasından asılıdır. Sizin hələ cəsarətiniz də çatır ki, darvinizmlə əlaqədar qaldırdığım məsələyə təhqiramiz don geyindirib onu “mərəkə” adlandırırsınız. Məktubu oxuyub qurtarandan sonra məlum oldu ki, siz bunu bilərəkdən etməyibsiniz. Buna səbəb sizin avamlığınız və kütbeyinliyinizdir, ona görə də günahınızdan keçdim. Siz məruzəmdən sitat gətirib həmin sitatı başa düşməkdə çətinlik çəkdiyinizi qeyd edirsiniz. Mənə belə gəlir ki, elə aydın cümləni ancaq insan nəslindən olmayan məxluq başa düşməz, bununla belə, təklifinizi qəbul edirəm. Qonaqpərvər olmasam da, təyin etdiyiniz vaxtda sizinlə görüşməyə razıyam. Gələndə məktubu Ostinə göstərməyi unutmayın, çünki o məni müxbir adlanan fırıldaqçı yaramazlardan qoruyur.

Hörmətlə,Corc Edvard Çellencer”.

      Məktubu alıb oxuyanda saat on birin yarısı idi. Tələsik taksi tutub saat on bir olmamış oraya çatdım. Əyninə qara jaket geymiş qarabuğdayı kişi qapını üzümə açdı. O, açıq-mavi gözlərini mənə zilləyib dedi:

      – Sizi gözləyirlər?

      – Bəli. Mənə görüş təyin ediblər, – dedim.

      – Zəhmət olmasa, məktubu göstərin.

      Bir az əvvəl aldığım məktubu ona verdim.

      Onun arxasınca düşüb uzun dəhlizlə irəliləyərkən qonaq otağının qapısı qəflətən açıldı və alçaqboylu bir qadın mənə yaxınlaşdı:

      – Mümkünsə deyin, ser, siz qabaqlar ərimlə görüşübsünüz?

      – Xeyr, xanım, görüşməmişəm.

      – Onda bəri başdan sizdən üzr istəyirəm, çünki ərimin çox pis xasiyyəti var. Tamamilə dözülməz adamdır. İndidən bunu deyirəm ki, işinizi tədbirli tutasınız.

      – Təşəkkür edirəm, xanım.

      – Savaşmaq istəsə, cəld otaqdan çıxın. Nəbadə mübahisə edəsiniz. Bəzi adamlar sözümə əhəmiyyət vermədikləri üçün zərər çəkiblər. Söhbəti çox uzatmayın. Bir təhlükə baş versə, zəng çalın və mən gələnədək ona yaxın durmayın.

      Bundan sonra yenidən Ostini dabanbasaraq izləyib dəhlizin qurtaracağınadək getdim. Qapını döydük. İçəridə öküz səsinə oxşar donqultu eşidəndə otağa girdim.

      O, üstü kitab və dəftərlərlə, xəritə və cədvəllərlə dolu olan nəhəng masanın arxasında, fırlanan kürsüdə oturmuşdu. Zahiri görkəmi elə idi ki, istər-istəməz udqundum. Həm zəhmli idi, həm də nəhəng və yekəpər. Bu cür qüvvətli şəxsiyyətlə tək qalanda adamın qəlbi uçunur. Başı hədsiz dərəcədə yekə idi. Papağını başıma qoysaydım, inanın ki, çiynimə düşərdi. Sifəti və saqqalı Assuriya öküzünü xatırladırdı. Qalın qaşların altından boylanan bir cüt boz göz qəzəblə parlayır, adamın canına vəlvələ salırdı. Camaat arasında pis ad qazanmış professor Çellencerin məndə yaratdığı ilk təəssürat belə oldu.

      – Görüşməyə razı olduğunuz üçün təşəkkür edirəm, – məktubu göstərəndən sonra titrək səslə dedim.

      – Demək, aydın ingilis dilini başa düşməyən tələbə sizsiniz? Səhv etmirəmsə, irəli sürdüyüm fikrə şərik çıxırsınız?

      – Bəli, ser, irəli sürdüyünüz fikrə tamamilə şərikəm, – ehtirasla dedim.

      − Məktubunuzdan belə başa düşdüm ki, siz mənim fikrimə nəsə əlavə etmək istəyirsiniz.

      Yaranmış vəziyyət qənaətbəxş olmadığından müvəqqəti olaraq özümü adi tələbə kimi aparmaq qərarına gəldim. Professor Çellencer zəhmli gözlərini üzümə dikib ucadan dedi:

      – Hə, noldu?

      – Mən adi tələbəyəm, – deyə naəlac gülümsündüm. – Əlimdən ancaq soruşub öyrənmək gəlir. Mənim fikrim belədir ki, siz Vaysmana qarşı çox sərt mövqe tutubsunuz. O vaxtdan bəri az müddət keçməmişdir. Bu müddət ərzində alimlərin ortaya çıxartdığı bəzi dəlillər onun təliminin doğruluğunu sübut etmirmi?

      – Məsələn, hansı dəlil sübut edir? – deyə o, qorxunc səslə soruşdu.

      – Əlbəttə, elə bir ayrıca dəlil yoxdur, amma müasir elmi fikrin inkişaf istiqamətini yada salmaq kifayətdir.

      O irəli əyildi.

      – Zənnimcə, – dedi, – kəllə əmsalının amil olması sizə məlumdur1.

      – Bəli, – dedim.

      – Bu teleqoniyanın hələlik elm aləmində mübahisə doğurduğu da.

      – Şübhəsiz.

      – Rüşeymli protoplazmanın isə partenogenetik yumurtadan fərqləndiyini də bilməlisiniz.

      – Əlbəttə, – deyə qışqırdım.

      Doğrusu, bu dərəcədə həyasız olduğumu indiyədək bilmirdim.

      – Bəs bu nəyi sübut edir? – o, mehribanlıqla yavaşcadan soruşdu.

      – Hə, nəyi sübut edir? – deyə burnumun altında mızıldandım.

      – Bu onu sübut edir ki, – qəflətən səsini dəyişib qəzəblə qışqırdı, – sən savadsız, kütbeyin müxbirsən! Murdar adamsan!

      O, əllərini stolun kənarına dayayıb irəli uzandı və qışqırdı:

      – Cəfəngiyyat! Səncə, biz bayaqdan elmi mübahisə edirdik? Yox, əzizim, cəfəngiyyat danışırdıq, boşboğazlıq edirdik. Yoxsa yerfındığı boyda beyninlə mənə kələk gəlmək istəyirsən? Gözlərini aç, yaxşı-yaxşı bax! Müştəbeh! Görürəm, sənə pis dərs keçməyiblər, təlimatçın peşəkar adamdır. Allaha and olsun ki, səni bir də burda görsəm, dərinə saman təpəcəyəm. Hər şeyi boynuna al, mənim əziz cənab Melounum.

      – Qulaq asın, ser, – otağın qapısını açandan

Скачать книгу


<p>1</p>

Anlayışları qəsdən təhrif edən prof. Çellencer bununla müsahibinin yalanını tutmaq istəyirdi.