Yerin mərkəzinə səyahət. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Yerin mərkəzinə səyahət - Жюль Верн страница 4
Daha sözüm qalmadı. Təslim oldum.
– Ancaq heç kəsə heç nə demə ha, – dayım təntənəylə dedi. – Yerin mərkəzinə birinci biz enməliyik.
4
Dayımın gətirdiyi dəlillər məni inandırmışdımı, yoxsa təsir altınamı salmışdı? Doğrudanmı professor Lidenbrokun fikirlərinə ciddi yanaşmaq lazımdı? Bunlar bir sərsəmin fantaziyalarıydımı, ya bir dahinin gəldiyi elmi nəticələr idimi?
Çox keçmədi ki, mənim sevimli Qretxenim Hamburqa qayıtdı. Mən ona bir neçə kəlməylə hər şeyi danışdım.
– Bu çox gözəl səyahət olacaq, Aksel, – o dedi. – Bu, alimin bacısı oğluna layiq bir səyahətdir.
– Deməli, sən mənim Yerin mərkəzinə getməyimə etiraz eləmirsən?
– Yox, Aksel, əgər zərif cinsin nümayəndəsi olmasaydım, mən də sizinlə birlikdə gedərdim.
– Ciddi deyirsən?
– Ciddi deyirəm.
Mən nələr eşidirdim? Zərif bir qız mənə təhlükəli səyahətdə iştirak etməyi məsləhət görür. Belə romantik macəralar onu zərrə qədər də qorxutmur. O məni sevsə də, dayımla getməyimi istəyir. Açığını desəm, xəcalət çəkdim.
– Sən sabah fikrini dəyişməyəcəksən ki, Qretxen? – soruşdum.
– Mənim sözüm sözdür, əziz Aksel.
Mən evə gələndə professor artıq səfərə hazırlaşırdı. Qulluqçuya əmrlər verirdi, yazıq Marta başını itirmişdi. Evə müxətlif cihazlar, alətlər, elektrik aparatları daşınırdı.
– Haralarda gəzirsən? – dayım məni görcək dedi. – Gəl, yola hazırlaşmağımıza kömək elə. Birisi gün səhər tezdən yola düşürük.
Dayım səyahət üçün lazım olan bütün avadanlığı almaqla məşğul oldu. Evin həyəti nərdivanlar, məşəllər, külünglər, kərkilər, suqabılarıyla dolu idi. Mən ondan soruşdum:
– Başa düşə bilmirəm, biz niyə tələsirik? Axı indi mayın axırıdır, iyulun əvvəlinə hələ çox var.
– Elə bilirsən İslandiyaya getmək asandır? Paroxod Kopenhagendən Reykyavikə ayda bir dəfə gedir. Biz İslandiyaya çatmaq üçün əvvəlcə gərək Danimarkaya gedək. Əgər geciksək, Skartarisin kölgəsinin Snayfelds kraterinə düşdüyünü görə bilməyəcəyik.
Qretxen mənim əşyalarımı sevinclə hazırlayırdı. Bu səyahəti öz gələcək əri və hamisi üçün böyük bir qələbə hesab edirdi. İnadkar professor isə dostu Danimarka konsulundan tövsiyə kağızı aldı. Bu kağızla biz İslandiya qubernatorluğuna asanlıqla müraciət edə bilərdik.
Elə yorulmuşdum ki, axşam yuxuda dərin uçurum gördüm. Hiss elədim ki, professorun güclü əli məni qaldırıb aşağı tulladı. Sürətlə uçuruma düşməyə başladım və hövlnak yuxudan ayıldım.
Səhər tezdən yola düşdük. Dayım evin idarəçiliyini Qretxenə həvalə etdi. Qretxenlə vidalaşmaq məni mütəəssir elədi.
– Get, Aksel, get, – o dedi. – Sənin damarlarında professor Otto Lidenbrokun qanı axır. O, cəsur alim, qorxmaz insandır. Mən əminəm ki, siz öz məqsədinizə çatıb sağ-salamat geri dönəcəksiniz. Sən adaxlını tərk edirsən, geri dönəndə isə arvadını qarşılayacaqsan.
Onu bağrıma basıb karetə əyləşdim.
Saat yeddinin yarısında vağzalda olduq. Bütün əşyalarımız baqaj vaqonuna yükləndi. Saat yeddi tamamda qatar yola düşdü. Dəniz vağzalı dənizin lap yaxınlığında yerləşirdi. Dayım yüklərimizin paroxoda aparılıb gəmi anbarına yerləşdirilməsini həyəcanla izləyirdi.
Paroxod gecə yola düşdü. Gəmi qaranlığa qərq olmuş sularla sürətlə üzməyə başladı. Saat yeddidə Zelandiyanın şərq sahilində yerləşən kiçik bir şəhərə çatdıq. Burada paroxoddan düşüb təzədən qatara mindik. Üç saatdan sonra Danimarkanın paytaxtına çatmalıydıq. Dayım gecə gözünü də yummadı. Mənə elə gəldi ki, o, səbirsizlikdən ayaqlarıyla qatarı itələməyə də hazırdır.
Nəhayət, səhər saat yeddidə Kopenhagenə çatdıq. Baqajla birlikdə otellərdən birinə yerləşdik. Dayım özünü səliqəyə salandan sonra qapıçıdan Şimala məxsus qədim əşyalar muzeyinin yerini öyrəndi. Bir çox qiymətli əşyalar toplanmış bu muzeyin mühafizi məşhur alim professor Tomson idi. O, Hamburq konsulunun dostuydu.
Dayım konsulun yazdığı tövsiyə məktubunu ona verdi. Təbii ki, səyahətimizin əsl məqsədi barədə ona heç nə demədi. Səfərimizin rəsmi məqsədi adi turistlər kimi İslandiyaya baş çəkmək idi. Cənab Tomson bizi çox yaxşı qarşıladı. Biz onunla dəniz kənarına gedib münasib gəmi axtarmağa başladıq. Axırda iyun ayının ikisi İslandiyaya yola düşəcək bir gəmidə yer aldıq. Kapitan bizə səhər saat yeddidə limanda olmağı tapşırdı. Sonra cənab Tomsona təşəkkür edib şəhəri gəzməyə çıxdıq. Ancaq muzeylər, abidələr, heykəllər, şəhərin görməli yerləri dayımı maraqlandırmırdı. Biz başqa tərəfə, sahildə yerləşən Admirallığa tərəf getdik. Dar küçələrdən keçib Xilaskar məbədinin yanına çatdıq. Məbədin hündür zəng qülləsi professorun diqqətini cəlb etdi, lap yuxarı qalxan dəmir pilləkəni göstərib dedi:
– Gəl qülləyə qalxaq.
– Bəs başhərlənməsi?
– Öyrəşərsən. Başla.
İtaət etməli oldum. Biz yuxarı qalxmağa başladıq. Dayım irəlidə gümrah addımlarla gedirdi. Mən arxada qorxa-qorxa gedirdim, çünki başım hərlənirdi. Əsəblərim professorun əsəbləri kimi möhkəm deyildi. Əvvəlcə hər şey yaxşı getdi. Ancaq zəng qülləsinin meydançasına çataçatda havanın üzümə zərblə çırpıldığını hiss etdim. Buradan pilləkən açıq səma altında qalxır, həm də getdikcə daha ensiz olurdu. Yeganə dayaq onun yüngül məhəccərləriydi.
– Gedə bilmirəm, – qışqırdım. – Gedə bilmirəm!
– Sən bu qədərmi qorxaqsan? Yoluna davam elə! – rəhmsiz professor dedi.
Mən onun pencəyinin ətəyindən yapışmalı oldum. Başımın hərlənməsi gücləndi, əvvəlcə dizi üstə, sonra qarnı üstə sürünməyə başladım. Dayım boynumun ardından tutub məni qüllənin lap qurtaracağına gətirdi.
– İndi