Kor çalğıçı. Владимир Короленко

Чтение книги онлайн.

Читать онлайн книгу Kor çalğıçı - Владимир Короленко страница 5

Kor çalğıçı - Владимир Короленко Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

onun havada necə yüngülcə tərpəndiyini nəşə ilə seyr etdi, yarpaqlarının səsinə qulaq asdı və başını tərpədərək:

      – Axtardığım, demə, burada imiş! – deyə sevinclə donquldandı. Sonra da bu vaxtadək kəsdiyi çubuqların hamısını çaya tulladı.

      İohim söyüdü qurudub ondan tütək hazırladı. Sonra bir həftəyə qədər tütək nazik ipdən asılı qaldı: günəş onu isidir, külək isə yelləndirirdi. Axırda İohim bıçaqla onu yonub şüşə ilə təmizlədi, mahud parçası ilə də bərk-bərk sildi. Onun baş tərəfi girdə idi. Ortasından aşağı düz, cilalanmış kimi görünən cizgilər enirdi, bunların üstünə o, əyri dəmirlə cürbəcür naxışlar vurmuşdu.

      İohim bir neçə dəfə tütəyi tez-tez çalaraq pərdə-pərdə7 səsini sınadı. Bu zaman həyəcanla başını tərpədir, sevinclə gülür, beləcə, tütəkdən məmnunluğunu ifadə edirdi. Axırda tütəyi götürüb yatağının yanındakı xəlvət bir yerdə gizlətdi. O, tütəyi gündüz dilləndirmək istəmirdi. Bunun əvəzində həmin gecə tövlədən lətif, həzin mahnılar və titrək səslər ətrafa yayıldı. İohim öz tütəyindən çox razı idi. Bu tütək elə bil ki, onun canının bir parçası idi. Alətin çıxardığı səslər elə bil ki, İohimin yanıqlı, həssas ürəyindən qopurdu, onun bütün hissləri, duyğuları bu alətdə əks-səda verir, sonra isə ətrafa yayılırdı.

      9

      İohim get-gedə öz sevimli tütəyinə daha çox vurulurdu. Gündüzlər o, işini vaxtlı-vaxtında yerinə yetirir, atları sulamağa aparır, onları qoşur, xanımı, yaxud Maksimi gəzdirirdi. Hərdənbir qəddar Mariyanın yaşadığı qonşu kəndə baxdığı zaman qüssə onun ürəyini didirdi. Lakin axşam olan kimi o, dünyada hər şeyi yaddan çıxarır, tütəyini dilləndirirdi.

      Bir dəfə İohim tövlədə uzanmışdı. Gecə idi. Birdən yanında kiminsə tövşüdüyünü hiss edib yatağından qalxdı. Zəif barmaqlı balaca bir əl onun üzündən, əllərindən sürüşdü, sonra isə tütəyi əlləməyə başladı.

      – İlahi, sən özün qoru! – deyə İohim belə hallarda adət etmiş olduğu bir əfsunu oxuyub üfürdü. – Cinsənmi, insansanmı?

      O bu sualla sanki, doğrudan da, qarşısındakının cin və ya şeytan olub-olmadığını bilmək istəyirdi.

      Elə həmin andaca tövlənin açıq qapısından içəri düşən ay işığı onun yanıldığını göstərdi. Yatağının yanında dayanıb əllərini ona tərəf uzadan – panın kor oğlu idi.

      Bir saatdan sonra anası öz kor oğluna baxmaq üçün qalxdıqda uşağı yatağında tapmadı. Əvvəlcə o qorxuya düşdü, lakin dərhal analıq hissi uşağı harada axtarmaq lazım gəldiyini ona başa saldı.

      Yorğunluğunu almaq üçün dayanan İohim birdən panın arvadının tövlə qapısında dayandığını gördükdə çaşdı. O, görünür, neçə dəqiqədən bəri idi ki, orada dayanıb bir yandan mehtərin çalğısına qulaq asır, bir yandan da yatağın üstündə İohimin yarımkürkünə bürünüb oturaraq yarımçıq qalmış nəğməni dinləyən uşağına baxırdı.

      Həmin gündən oğlan hər axşam tövləyə İohimin yanına gedirdi. Gündüzlər bir şey çalmasını İohimdən xahiş etmək heç yadına da düşmürdü. O, gündüzün səs-küylü və hərəkətli saatlarında belə həzin mahnıların çalına biləcəyini təsəvvür etmirdi. Lakin qaranlıq düşən kimi Petrus İohimin yanına getmək üçün səbirsizləşir, hətta bu səbirsizlik onu əsəbi uşağa çevirirdi.

      Anası çox çalışsa da, balasının yatmaqdan iki saat əvvəl tütəkçinin yanına qaçıb tövlədə oturmasına mane ola bilmirdi. Bu saatlar oğlan üçün ən xoşbəxt anlar idi. Anası bunu getdikcə daha aydın başa düşürdü, hətta hiss edirdi ki, oğlu onu qucaqlayarkən belə İohimin mahnıları haqqında fikirləşir.

      Qadın birdən xatırladı ki, bir neçə il əvvəl Kiyevdə xanım Radeskayanın pansionunda oxuduğu zaman ona «gözəl sənətlər» arasında musiqi də öyrətmişdilər. Doğrudur, bu öz-özlüyündə heç də şirin və xoş xatirə deyildi; çünki həmin xatirə ona Klaps adlı alman müəlliməni yada salırdı. Klaps qocalmış, çox cılız, tez özündən çıxan, acıqlı bir müəllimə idi. Həddindən artıq hirsli olan bu müəllimə öz tələbələrinin barmaqlarını çox məharətlə əyərdi ki, onlara lazımi çevikliyi versin. Lakin unudurdu ki, bununla da o həmin tələbələrdə musiqiyə qarşı olan bütün həvəsi, marağı öldürür. Klapsın yalnız pedaqoji üsullarını deyil, özünü belə xatırlayarkən adamın tükü biz-biz olurdu. Elə ona görə də nəinki pansionu tərk etdikdən, hətta ərə getdikdən sonra da Anna Mixaylovna çalğıçılığı öyrənməyi bir daha ağlına gətirmədi. İndi isə o, tütəkçalan mehtəri dinlədikdə hiss edirdi ki, qəlbində yavaş-yavaş keçmiş musiqiyə həvəs oyanır, alman qızı Klapsla bağlı xoşagəlməz xatirələr isə yaddaşından sürətlə silinir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Oftalmoskop – göz qişasını tədqiq etmək üçün tibbi alət

      2

      Pan – orta əsrlərdə Polşa, Çexiya, Qərbi Ukrayna və Qərbi Belarusda iri feodal

      3

      Mülkədar – torpaq sahibi olan zadəgan

      4

      Cüzeppe Qaribaldi – İtaliyanın milli qəhrəmanı

      5

      Fiziologiya

Скачать книгу


<p>7</p>

Pərdə – bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri. Bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır.