Gələcəyə ön söz. Qulu Məhərrəmli

Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 17

Автор:
Жанр:
Серия:
Издательство:
Gələcəyə ön söz - Qulu Məhərrəmli

Скачать книгу

xəncərə işarə ilə «bəs bu belindəki nədən ötrüdür?» sualına bizim qəhrəman özünü itirmədən «yaman günün yarağıdır» cavabını verir. Hə… xəncər də, ordu da yaman gündə gərəkdir, xalqın, Vətənin, millətin yaman günündə…

29.06.2013

      Həqiqətin bahalaşan qiyməti

      Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir.

Ə.Fətəlibəyli-Düdənginski

      Kim nə deyir-desin, həqiqətin qiyməti getdikcə artır, çünki onu demək çətinləşir. Həm də həqiqəti söyləyənlərin sayı azalır. Sayı azalan bir şey isə həmişə qiymətli olur. İndi Azərbaycan cəmiyyətində həqiqət belə bir bahalı mənəvi-sosial sərvətə çevrilib. Yox, söhbət çayxana və kuluarlarda danışılan həqiqətdən getmir, onun ictimai miqyasda söylənməsindən, mətbuatın, televiziya və radionun həqiqətə nə dərəcədə sadiq qalmasından gedir.

* * *

      Xalq hərəkatının başlandığı ilk illərdə kiçik vərəqələrdə, senzuradan gizli buraxılan əl nəşrlərində həqiqətin isti nəfəsi yavaş-yavaş insanları qızdırırdı. Sonra «Azərbaycan», «Gənclik, «Azadlıq», daha sonra «Yeni Müsavat», «Müxalifət», «Aydınlıq», «Yeni fikir», «Rezonans», «Avropa», «Monitor», «Ayna», «Zerkalo», «Gün səhər» kimi qəzet və jurnalların səhifələrindən qanad açaraq yayılmağa başladı. Amma onlardan çox-çox əvvəl bu həqiqəti xarici radiostansiyalar misqal-misqal sızdırırdı. Bəli, o vaxtlar da həqiqət ört-basdır ediləndə, yalanlar ayaq açıb yeriyəndə və insanlar dəqiq məlumat almaq ehtirası ilə yaşayanda «Azadlıq» və «Amerikanın səsi» kimi radiostansiyalar kara gəlirdi. 1990-cı ilin məşum yanvar gecəsindən sonra səsimiz heç yana yetməyəndə, baş-başa qaldığımız tranzistorlarda bir-birinə qarışmış dalğalar arasında biz «Azadlıq» radiosunun xışıltılarla gəlib çatan tanış və doğma səsini axtarırdıq.

      Həmin radionun Azərbaycan xidməti öz tarixi missiyasını bugünkü şəraitdə də davam etdirir, həqiqətin və demokratik dəyərlərin yayılmasına öz töhfələrini verir, «onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır». Mötəbər məlumat mənbəyi olan radionun proqramlarını ölkə əhalisinin əhəmiyyətli hissəsi dinləyir. Təsadüfi deyildir ki, ən populyar vaxtında FM dalğasından çıxarılsa da, bu gün «Azadlıq» internetdə ən çox dinlənilən radiolar sırasındadır.

      Multimedia imkanlarından bəhrələnən radio, artıq bir neçə aydır ki, ayrıca telexəbər bülleteni də hazırlayaraq peyklə yayımlayır. Amma nə etməli ki, Azərbaycan həqiqətlərini əks etdirən bu yığcam xəbər bülleteni hakimiyyətdəki bəzi zəkası sönük məmurların xoşuna gəlmir. Ona görə də həmin bülletenin efirdə olduğu vaxtda peyk kanalı hücuma məruz qalır, səs və görüntü yararsız vəziyyətə salınır, bir sözlə, verilişlər vurulur. Beynəlxalq telekommunikasiya qaydalarına zidd olan bu hərəkətləri kimin törətdiyini ABŞ-da yaxşı bilirlər. «Ağ ev» in sözçüsü bu davranışı «soyuq müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi praktika» kimi səciyyələndirib.

* * *

      Sovetlər birliyinin ideoloqları, həqiqətən, «soyuq müharibə mələkləri» adlandırdıqları xarici radiostansiyalardan çox qorxurdular. Ən böyük qorxu bu radiolarda həqiqətin söylənməsi idi. Qərb radioları rok musiqisi vasitəsilə sovet dinləyici auditoriyasına tilov atır, sonra qısa xəbərlərlə həqiqətləri çatdırırdı. Bu, II Dünya müharibəsindən sonra Çörçilin məşhur Fulton çıxışı ilə başlanan «soyuq müharibə»nin əsas psixoloji taktikası idi. Qərb avtoritar sovet sisteminin ən böyük qorxusunun həqiqət sarıdan olduğunu yaxşı bilirdi. Bu sistem geniş xalq kütləsinin həqiqətdən xəbər tutmaması üçün çox çalışır, xarici radiodalğaları vurmaq üçün milyardlar xərcləyirdi. Amma xeyri yox idi.

      50-ci illərdə ABŞ Senatı federal büdcədən maliyyə ayırdıqdan sonra yayıma başlayan iki radiostansiya – «Azad Avropa» (1950) və «Azadlıq» (1953) radioları sovet işğalı altında olan respublikalarda insanlara öz ana dillərində fərqli xəbər almaq, həqiqəti bilmək imkanı yaradırdı. Var gücü ilə işləyən radiolar arasında konkret vəzifə bölgüsü var idi: «Azad Avropa» daha çox Şərqi Avropanın sosialist ölkələrini, «Azadlıq» isə (ilk vaxtlar «Qurtuluş» adlanırdı) SSRİ-ni hədəfə almış, onun bütün respublikalarının dillərində verilişlər yayımlamağa başlamışdı. Getdikcə qol-qanad açan bu stansiyaların dünyanın azı 100 ölkəsində 240 məlumat mərkəzi, 200-dən çox kitabxanası yaradıldı. Təkcə SSRİ xalqlarının 23 dilində həftədə 2 min saatdan çox veriliş hazırlanırdı. Əməkdaşların sayı qısa müddətdə 350-dən 1500-ə çatdırılmışdı.

      1953-cü ilin martından «Azadlığ»ın Azərbaycan redaksiyası da fəaliyyətə başlamış, bu redaksiyanın ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli – Düdənginski və Ceyhun Hacıbəylinin səyləri sayəsində Azərbaycanın siyasi mühacirləri üçün əsl tribunaya çevrilmişdi. Vətəndə «xain» adlanan bu adamlar Azərbaycan həqiqətlərini öz doğma dillərində həmvətənlərinə çatdırır, onları sovet rejimi ilə gizli mübarizəyə ruhlandırırdılar.

* * *

      «Azadlıq», elə həmin «Azadlıq» dır. Yenə də həqiqətin və demokratiyanın yanındadır. Yenə də bu missiyasına görə avtoritar düşüncə sahibləri onu sevmir, FM-dən çıxarır, verilişlərini topa tutur, peykdəki yayımına əl uzadırlar. Deyəsən, yenə də xeyri yoxdur. İnsanlar azadlıq və həqiqət təşnəsindədir. Yalanlar çoxalanda adamlar həmişə həqiqətə, doğrunu söyləyənlərə tərəf boylanır. Bu, dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da belədir. Buna görə bizdə də düşünən, özünə dəyər verə bilən insanların çoxu tarixən həqiqət carçısı olmuş «Azadlığ»a üz tuturlar. Bu radionun ağzına əsgi basmaq, onun yaydığı proqramları peyk siqnalları ilə vurmaq, həqiqətlərin qarşısına fəza səddi çəkmək mümkünsüzdür. Çünki həqiqət maddi olan deyil, o ruha bağlıdır və mütləq dalğa sədlərinin arasından keçib onun həsrətində olan ünvana çatacaq. Lap sovet dönəmində olduğu kimi…

06.07.2013

      Qızın iki adaxlısı olanda

      vəziyyət xeyli qəlizləşir, şübhələr və bədgümanlar çoxalır

      Azərbaycan kimi qəribə məmləkətdə yaşamağın adama mənəvi rahatlıq verən çox böyük üstünlükləri də var. Hələm-hələm avropalının anlamayacağı ən böyük üstünlük bizdə başını kola soxub, arxasını çöldə qoyan adamların sayca artması və bir də çoxlarının yavaş-yavaş bu tərzə öyrəncəli olmasıdır. Ətrafdan xəbər tutmayan belə adamlar üçün həqiqət, yalnız başlarını kəmali-ehtiramla dincə qoyduqları kolun dibindəkilərdən ibarətdir. Məsələn, bu həftə mətbuat şurasına daxil olan və barmaqla (amma barmağın arxasında pul və ev kimi şirnikləndirici vasitələr də var ha!) idarə edilən qəzet, jurnal işçilərinin qurultayı oldu. Qurultayda dedilər, güldülər, kol dibində boy atan jurnalistikanın

Скачать книгу