yoxdur; hər kəs hansı yolla xilas olacağını, hansı yolla xoşbəxt olacağını gərək özü özüyçün aydınlaşdırsın. Bu halda insanın seçiminə yol göstərmək üçün müxtəlif faktorlar dövrəyə girəcək. Burada önəmli olan, həmin insanın dış dünyadan nə qədər gerçək həzz ummaq imkanına malik olduğu, dış dünyadan azad olmağa hansı dərəcədə hazır olduğu və son olaraq da, dış dünyanı öz arzularına uyğun olaraq dəyişdirməkdən ötrü lazım olacaq gücün nə qədərinə malik olduğudur. Bu nöqtədə, xarici şərtlərin necəliyindən başqa fərdin psixi quruluşu da önəmli rol oynayacaq. Əsas etibariylə erotizmə meyilli olan insan birinci yerə digər insanlarla quracağı emosional münasibətləri qoyacaq; özünəyetərli narsist isə özünün əsas həzz mənbəyini psixi həyatının daxili proseslərində arayacaq; fəaliyyətə meyilli insan isə öz gücünü sınaya biləcəyi xarici dünyadan vaz keçməyəcəkdir. Bu tiplərin ikincisinə gəldikdəsə, onun öz maraqlarını hansı tərəfə yönəltməsi, istedadının və qabiliyyətlərinin növündən və instinktlərinin nə qədərini sublimasiya edə biləcəyindən asılı olaraq müəyyənləşəcək. Hər ekstrimal seçim insanı, seçmiş olduğu yaşam metodunun yetərsiz qaldığı yerlərdə ortaya çıxacaq təhlükələrlə üz-üzə qoyaraq cəzalandıracaqdır. Necə ki, ehtiyatlı biznesmen bütün kapitalını bircə sahəyə yatırmaqdan yayınırsa, həyat bilgəliyi də bizə məsləhət verir ki, bütün meyillərimizin doyurulmasından doğan həzzin hamısını sadəcə bircə cəhdin bizə bəxş edəcəyini gözləməyək. Bir metodun uğurlu olacağı heç bir zaman mütləq deyil, çünki bir metodun uğurla həyata keçməsi xeyli sayda faktorun bir araya gəlməsindən, bəlkə də ən əsası, şəxsi psixi quruluşun öz funksiyalarını həzz almaq məqsədilə çevrəsinə uyğunlaşdıraraq, bu çevrədən yararlanmağı nə qədər bacaracağından asılıdır. Xüsusən də əlverişsiz libido quruluşuna sahib olan və həzz almaq üçün zəruri olan libido strukturunu düzgün şəkildə yeniləməyi bacarmayan insan özünün xarici vəziyyətindən çətinliklə xoşbəxtlik əldə edə biləcək, ələxsus da çətin problemlərlə qarşı-qarşıya qaldıqda. Ona ən azından əvəzləyici məmnunluq vəd edən sonuncu yaşam metodu isə nevrotik pozğunluğa qaçışdır; bu qaçış da adətən gənc yaşlarda gerçəkləşdirilir. Xoşbəxt olmaq səylərinin fiaskoya uğradığını daha yuxarı yaşlarda görənlər isə xroniki kefləndirici sərxoşluqdan həzz alaraq təsəlli tapır, ya da çarəsiz bir üsyan olan psixoza sığınırlar.10
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
“Liluli” [1919, 1923] – “Ramakrişnanın həyatı” (1929) və “Vivekanandanın həyatı” (1930) adlı kitabların işıq üzü görməsindən sonra, mətndə barəsində söhbət açdığım dostumun Romen Rollan olduğunu gizlətməyimə gərək qalmadı [qeyd 1931-ci ildə əlavə edilib]
2
D. Kristian Qrabbe, “Hannibal”: “Bəli, bu dünyadan düşəcək deyilik. Əbədiyyən burdayıq”.
3
Bu mövzuyla bağlı, Ferençinin “Gerçəklik duyğusunun inkişaf mərhələri” kitabındakı (1913) çoxsaylı araşdırmalarına və P.Federnin məqalələrinə (1926, 1927 və sonrakılara) baxın.
4
Mənbə kimi “The Cambridge Ancient History”rəhbərliyiylə Hyu Lastın “Romanın qurulması”ndan istifadə edilmişdir.
5
Höte, “Yumuşaq epiqramlar”, IX (Poetik irs).
6
Bunu daha kiçildilmiş tərzdə Vilhelm Buşun “Mömin Yelena”sında görürük: “Dərdi olanın likörü də vardır” (“Wer Sorgen hat, hat auch Likör”).
7
Höte hətta xəbərdarlıq edir: “Ard-arda gələn gözəl günlər qədər dözülməz olan heç nə yoxdur”.
8
Xüsusi qabiliyyətlərin və həyati maraqların əməyə hansı tərəfə yönəlməyini diktə etmədiyi durumlarda, hər kəsə uyğun olan, professional, siravi iş Volterin müdrik öyüdünə əsasən öz yerini tuta bilər. Əməyin libidonun rasional sərfiyyatındakı önəmini qısa bir icmal içindəcə hərtərəfli şəkildə işıqlandırmaq və dəyərləndirmək mümkün deyil. Fərdi reallığa, ən azından reallığın aşkar bir parçasına- insan cəmiyyətinə ən çox bağlayan həyat tərzi əməkdir. Libidonun narsistik, aqressiv və erotik elementlərinin əsaslı hissəsini iş həyatına və onunla bağlı olan insani münasibətlərə köçürtmək imkanı əməyə böyük dəyər qatır, hansı ki, insan bunun əsasında cəmiyyət içində öz varlığını möhkəmlədir və ona haqq qazandırır. İstəklə seçilən, yəni vücud tərəfindən gücləndirilən instinktiv meyilləri sublimasiya yoluyla yararlı edən professional fəaliyyət xüsusi məmnunluq bəxş edir. Lakin bütün bunlara rəğmən, çox sayda insan iş fəaliyyətinə əməyə və həzzə aparan yol kimi dəyər vermir və instinktiv meyillərini doyurmaq üçün işləməkdənsə, digər həzz imkanlardan istifadə etməyə daha çox üstünlük verir. İnsanların böyük əksəriyyəti yalnızca məcburiyyətdən işləyir və ən ağır ictimai problemlər də işləməkdən duyulan bu təbii ikrahdan qaynaqlanır.
9
Z.Freyd. “Psixi prosesin iki prinsipinin formulə olunması” (1911) və “Psixoanalizə giriş barədə mühazirə”yə (1917) baxın.
10
Yuxarıdakı açıqlamalara dair bir boşluğu doldurmaq üçün əlavə etməliyəm ki, insanın xoşbəxtliyə yetmək imkanları, narsisizmin obyektə yönəlik libidoyla olan münasibəti nəzərə alınmadan araşdırılma
Yuxarıdakı açıqlamalara dair bir boşluğu doldurmaq üçün əlavə etməliyəm ki, insanın xoşbəxtliyə yetmək imkanları, narsisizmin obyektə yönəlik libidoyla olan münasibəti nəzərə alınmadan araşdırılmamalıdır. Öz daşıyıcısına yönəlməyin rasional libido üçün hansı önəm daşıdığını öyrənməyimiz zəruridir [1931-ci ildə əlavə olunmuş qeyd].