Bibilər. Cyriel Buysse

Чтение книги онлайн.

Читать онлайн книгу Bibilər - Cyriel Buysse страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Bibilər - Cyriel Buysse

Скачать книгу

sinəsinə sıxıb sığallayacaq, öpəcəkdi, dodağından öpəcək və boğulan, əsən səsi ilə:

      “Mən xoşbəxtəm, Mari; Mən dünyanın ən xoşbəxt kişisiyəm!” deyəcəkdi.

      Ah, xoşbəxt Mari, bu pərəstiş sözlərini eşidən, üzünə əri tərəfindən onu əsl, mükəmməl şəkildə xoşbəxt edənin özü, yalnız Mari özü olduğu deyilən xoşbəxt qadın…

      Onlar üçü də pəncərənin önündə, lazımsız toy libasında fikirli halda gecənin alatoranlığına baxaraq oturmuşdular. Böyük yemək otağından səslər gəlirdi: masaların təmizlənməsi, büllur və gümüş qabların bir birinə yüngül toxunuş-ları; qədəhlərdə qalan son xoşbəxtliyin səsləri əks-səda verirdi. Hər şey bitmişdi və bir daha geri gəlməyəcəkdi. Hətta bir gün o masanın üstünü yenidən eyni səbəblə bəzəsələr belə yenə bu günkü kimi olmayacaqdır. Çünki keçmiş anı geri qaytarmaq mümkün deyildir.

      Qapı sakitcə döyüldü. Onlar üçü də diksinərək fikirdən ayıldılar.

      Klara dedi:

      – Gələ bilərsiniz.

      – Üzr istəyirəm, xanım, – Marta sakitcə daxil olaraq dedi – şam edəcəksiniz?

      Şam yeməyi? Heç kim bu barədə düşünmürdü. Kimsə daha nəsə yemək istəmirdi. Yox, şam yeməyindən söhbət belə gedə bilməzdi.

      Xidmətçi gəldiyi kimi sakitcə getdi. Amma onun kabusa bənzər görünüşü onları xoş xəyallardan ayırdı. Onlar yenidən xəyallarını kənara qoyub öz banal həyatlarına döndülər.

      Ümidsiz tənhalıqdan və boş, mənasız keçən həyatlarını düşünərkən onların içini dələn bir ağrı hiss etdilər. Yaşadıqları kəndə nifrət edirdilər; yaşamağa məcbur olduqları bu yerə nifrət edirdilər, çünki bu kənd, bu yer onları məhv edirdi.

      Onların yaşlarına və siniflərinə uyğun qadınlar, dostluq edə biləcəkləri kimsə yox idi. Ətrafda heç nə və heç kim yox idi; onlar yaşayan ölü idilər, bədənləri və ruhları məhv olmuşdu.

      Kənd – uzun dar yollarda yerləşən, sanki varlıqlarını gizlədən, ya da onların varlı olduqları görünməsin deyə qapalı evlərdən ibarət idi. Hər həftə kəndin tacirləri eyni vaxtda meyxanalarda toplaşırdılar. Həftədə bir dəfə kənddə yarmarka olurdu. Orada varlı ailələr öz heyvanlarını ya da ərzaqlarını satışa çıxarırdılar; bunun xaricində kənddə həyat yox idi.

      Onların tək təsəllisi kilsə idi. Gündə iki dəfə oranı ziyarət edirdilər: səhər və axşam.

      Kilsədə onlar bütün günahlardan təmizlənirdilər və ruhları dincəlirdi. Orada yalnız bir saat qalmaq olardı.

      Kilsə qadınlar üçün idi, onlar orada özlərini evdəki kimi hiss edirdilər, və qısa müddətdə olsa da o darıxdırıcı dünyalarından uzaqlaşırdılar. Onlar burada olarkən özlərini rahibələrdən biri kimi hiss edirdilər, o rahibələr ki bütün həyatlarını Tanrıya həsr etmişdilər.

* * *

      Alatoranlıq yerini gecəyə vermişdi. Küçənin qaranlığı fonunda yekə pəncərələr daha qaranlıq görünürdü. Sadəcə, bir neçə evdə zəif işıq görünürdü. Bu qaranlıqda bacılar hələ də dayanıb pəncərədən baxırdılar, bəzən bir-iki kəlmə nəsə danışıb yenidən fikrə dalırdılar. Bəs onların taleyi necə olacaqdı? Yoxsa bibiləri kimi onların da qismətləri bağlı idi? Bəlkə də artıq onlar bunu qəbullanmalı idilər. Amma yox, onlar ümidlərini itirməmişdilər. Necə Maks öz qismətini tapıb evləndi, eləcə də kimsə onları tapacaqdı. Lakin onlar çox qorxurdular, xoşbəxt olmaları üçün maneələr çox idi. Nəhayət, kimsə gəlməli idi, çünki onlar yetərincə gözləmişdilər. Klaranın otuz, Adrianın iyirmi səkkiz, Edminin isə iyirmi beş yaşı var idi. Bəzən onlar özlərini yaşlı hiss edirdilər. Getdikcə bibilərinə bənzəməyə başlamışdılar. Klara Klemens bibiyə oxşayırdı və gün keçdikcə bu bənzərlik daha da artırdı; Adrian nəzakətli Estel bibiyə bənzəyirdi; bir tək Edmi onların heç birinə bənzəmirdi,lakin onun da sağlığında problemlər olduğu üçün o da yaşlı görünürdü. Zəif görən gözləri və kədərli siması onu həmişə yuxusuz birinə bənzədir, sanki o heç vaxt doyunca yata bilmirdi.

      Nə vaxtsa qocalıb bibiləri kimi olacaqlarını düçünəndə dəhşətə gəlirdilər. Onlar bu qorxunc fikirdən qaçmaq üçün mübarizə aparsalar da bacara bilmirdilər. Məsələ bunda idi ki, heç kim dilinə gətirib bu barədə nəsə deməsə də, bu üç bibinin öz qardaşları qızlarının üzərində hökümləri var idi. Onlar çox imkanlı idilər və bütün pullarını qardaşlarının uşaqlarına xərcləyirdilər. Və buna görə də üç gənc qız bibilərini acıqlandıracaq və onların nüfuzlarına xələl gətirəcək nəsə edə bilməzdilər. Məsələn, əgər bibilərin razılığı olmasa idi Maks heç vaxt Mari ilə evlənə bilməzdi. Bibilərinin razılığı olmadan ərə getmək qızlar üçün ağlasığmaz hərəkət idi. Bu, Dufour ailəsi üçün dəyişilməz qanun idi. Bibilər hakimiyyəti bütövlüklə ələ almışdılar.

      Otağın qapısı açıldı, zəif yanan lampa işığı cənab Dufourun üzünə düşdü.

      – Bu nədir? Niyə hələ də qaranlıqda oturmusunuz? – o, təəccüblə soruşdu. – siz yemək yemisiniz?

      – Heç birimiz ac deyildik. – Klara sakitcə dedi.

      – Yeməklər dadlı idi, elə deyil? – cənab Dufour lovğalanaraq soruşdu.

      – Çox dadlı idi, – onlar sakitcə cavab verdilər.

      – Nəhayət ki, o gözlənilən gün baş verdi – cənab Dufour dedi. – Maks çox əla seçim etdi – o davam edirdi. – imkanlı və gənc gözəl bir qız, əla seçimdir!

      Qızlar daha heç nə demədilər, onların da ümidləri var idi, bircə reallaşması qalırdı. Atalarının belə həvəslə danışması onları qıcıqlandırdı, xüsusilə də sözünü deməkdən çəkinməyən Klaranı.

      – Mən ümid edirəm ki, bizim də nə vaxtsa bəxtimiz gətirəcək!

      Cənab Dufour özünü itirdi.

      – Sizin hələ vaxtınıza var, vaxtınız çoxdur, – o, etiraz etdi.

      – Hə, əlbəttə, – Klara özündən çıxdı, – bizə gələndə həmişə vaxta var! Bir ya da iki il, nə fərqi var axı? Amma bunu bil ki, mənim otuz, Adrianın iyirmi səkkiz, Edminin isə iyirmi beş yaşı var, amma Marinin heç iyirmi üç yaşı tamam olmayıb.

      – Nə olsun? Bu nəyi sübut edir axı? – cənab Dufour çiyinlərini çəkərək dedi.

      – Burada bizim üçün heç nə yoxdur, heç nə! – Klara göz yaşlarına hakim olmayıb ağlayaraq dedi.

      Hamı təəccüblə ona baxırdı.

Скачать книгу