Bibilər. Cyriel Buysse

Чтение книги онлайн.

Читать онлайн книгу Bibilər - Cyriel Buysse страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Bibilər - Cyriel Buysse

Скачать книгу

almağa başladılar və bir az sonra onlar iç vuraraq ağlamağa başladılar. Onlar üçü də Maks və Mari haqqında düşünüb daha da qəzəbləndilər.

      İkinci Hissə

      Təzə evlənənlərdən teleqramlar, açıqcalar və məktublar gəlirdi. İlk teleqram Brüselə sağ-salamat çatmaları haqqında idi; ikinci isə Parisdə olduqlarını xəbər verirdi. İki məktub var idi; biri cənab Dufour üçün, digəri isə bacılar üçün idi.

      Maks və Mari xoşbəxt idilər, həm də çox xoşbəxt idilər. Onlar düşünə bilməzdilər ki, yer üzündə iki insan bu qədər mükəmməl şəkildə bir-birini tamamlaya və xoşbəxt ola bilərlər. “Maks mənə qarşı o qədər mehriban, o qədər yaxşıdır ki” Mari məktubda baldızlarına yazırdı. Sonda isə Maks əlavə etdi: “Belə mələk kimi həyat yoldaşına necə mehriban, şirindil davranmayasan axı.”

      – Ümid edirəm ki, onlar bibilərinə məktub yazmağı unutmayıblar – cənab Dufour fikirli halda dedi.

      Parisdən şən əhval-ruhiyyəli açıqca və məktublar gəlirdi. Mari çox gözəl don sifariş etmişdi (bunu toydan əvvəl planlayırdı) dərzinin məsləhəti ilə ona uyğun şlyapa da seçmişdi. Paris haqqında nə qədər danışsan da bitməzdi. Aktiv və çox əyləncəli həyat tərzi olan şəhər idi! Orada onlar demək olar ki, dayanmırdılar. Bir yerdən digər yerə gedirdilər. Bəzən onlar axşam o qədər yorğun olurdular ki, teatra belə getmirdilər. Cənab Dufourun narahatlığına heç bir əsas yox idi; onlar bibiləri ilə də yazışırdılar; bibilərinə iki məktub və bir açıqca göndərmişdilər.

      – Parisdə etdiyiniz hər şey barədə yazmasanız daha yaxşı olar, – cənab Dufour onlara tövsiyyə etdi.

      Bacılar məktubları oxuduqca bir-birinə zidd hisslər keçirirdilər. Bəzən onların xoşbəxt olmalarına, xoş zaman keçirmələrinə sevinir şad olurdular, bəzən isə öz darıxdırıcı, mənasız həyatlarını onların gənc, sevgi dolu həyatları ilə müqayisə edib kədərlənirdilər. Onlar özlərini vecsiz, heç kimə lazım olmayan biriləri kimi hiss edirdilər.

      Yeni evli cütlüklər yollarına davam edirdilər; onlar Parisdən Riveraya getdilər. Oradan göndərdikləri məktubda hələ yer üzündə insanların görmədikləri möcüzələrdən bəhs edirdilər. Daha sonra onlar Monte-Karloya getdilər, Maks kazinoda qumar oynadı və bəxti gətirdi, o, üç yüz frank pul uddu.

      – Bu ki axmaqlıqdır! Axmaqlıq! – cənab Dufour deyinərək dedi – onlar bunu etməməli idilər. Ayıb olsun ona!

      – Onun nəyə görə belə etdiyini bilirəm. Əgər mənim ora getmək şansım olsa idi, mən də eynisini edərdim! – Klara inadkarcasına dedi.

      – Siz bütün pullarınızı itirəcəkdiniz, çünki bütün qumarbazlar sonda uduzur, – cənab Dufour bədbin şəkildə dedi.

      Onlar Genuya və Florensiyaya getdilər. Çox gözəl mənzərəsi və təbiəti var idi, onlar məktubda yazırdılar, lakin çox çirkli şəhər idi. İtalyanlar pinti və çox etibarsız insanlar idi.

      Alış-veriş edəndə və pul dəyişəndə çox ehtiyatlı olmaq lazım idi. Həmişə hesabla bağlı səhvlər olurdu, lakin bu heç vaxt sizin xeyrinizə həll olunmurdu.

      İtaliya onları məyus etdi və əgər Roma və Papa olmasa idi, onlar orada bir dəqiqə belə olsun qalmazdılar. Dürüst olsaq Roma elə də əhəmiyyətli deyildi. Amma Papa – ah, onlar onu uzaqdan bir saniyəlik olsa da görməli idilər. Romaya getməklərinin yeganə səbəbi bu idi.

      Və bir gün məktub gəldi; onlar onu görmüşdülər! Onlar onu kardinallarla əhatə olunmuş taxtında oturarkən görmüşdülər; əynində ağ paltar, başında çalma və barmağında ulduz kimi parıldayan yekə üzük var idi. Mari demək olar ki, az qaldı huşunu itirsin, ürəyi tez-tez döyünürdü və ona baxmağa cəsarət belə etmirdi. Lakin Maks ona diqqətlə baxa bildi.

      Papanın balaca boyu, arıq bədəni və yekə qara gözləri var idi. Bir anlıq Papa arxaya çevrilib düz Maksın gözlərinə baxdı və çevrilib yenidən irəli baxdı. O an Maksın sevincdən gözləri doldu və utanaraq başını aşağı saldı və daha sonra baxdıqda onu görə bilmədi. Mərasim onlara unudulmaz təsir bağışladı. Maks keçirdiyi bütün xoş anları Papanın ona yenidən baxması üçün qurban verməyə hazır idi.

      Onlar geri dönürdülər. Geri dönərkən Parisə qisamüddətli səyahət planlayırdılar. Mari oradan alış-veriş etmək istəyirdi. Bir neçə həftədən sonra isə evə gedəcəkdilər. Mari, bəzən, özünü yaxşı hiss etmirdi və çox yorulurdu, Maks məktubda yazırdı, amma hər şey yaxşı idi narahat olmağa əsas yoxdur o, onları inandırırdı; gəldikdən sonra sizə hər şeyi danışacam.

      Bacılar məktubu böyük həyəcanla oxudular. Papanın baxışı! Bu, onların təsəvvür edə bilməyəcəkləri bir şey idi. Onlar Marinin orada necə özündən getməsini, Papanın Maksa necə baxdığını xəyallarında canlandırmağa çalışırdılar. Belə bir şan-şöhrətdən onların başı döndü.

      Artıq günorta idi və onlar dizlərində məktub möhtəşəm hisslərlə oturmuşdular. Əgər köhnədəbli fayton qapının ağzında dayanmasa idi onlar sonsuza qədər oturub bunu müzakirə edə bilərdilər.

      Gələn bibilər idi!.. Bacılar tez ayağa qalxıb çölə çıxdılar. Cənab Dufour artıq faytonun yanında idi və bacılarına oradan enməyə kömək edirdi.

      – Bu, doğrudur? – Klemens bibi evə girmədən soruşdu.

      – Bəli, bibi, doğrudur! Doğrudur! – bacılar üçü də xorla cavab verdilər.

      – Necə də xoş, necə də möhtəşəm hadisədir, – Estel bibi sevinərək dedi.

      Viktuar bibi heç nə demədi, amma onun solğun yanağında təbəssüm var idi, bu da onun ən dərin emosiyaları idi.

* * *

      Onlar nahardan sonra qardaşı qızları ilə kofe içməyə qaldılar, lakin bu mövzudan başqa heç nə haqqında danışmadılar.

      – Onlar gərək bu yaşadıqları anı bir ömür yadda saxlasınlar ki, xoşbəxt və firavan həyat sürə bilsinlər – deyə Klemens bibi bəyan etdi.

      – Şübhəsiz ki, bu belə də olacaq! – cənab Dufour onu inandırdı.

      – Lakin çox təəssüf ki, onlar Parisdə çox yersiz bir səhv etdilər! – gözlənilmədən Viktuar bibi dedi.

      Onlar çaşqınlıqla ona baxdılar.

      – Gəncdilər, belə şeylərin olması normal haldır, – cənab Dufour onu sakitləşdirməyə çalışdı.

      – Onlar geri dönərkən yenə Parisdə qalmağa qərar veriblər, – Viktuar bibi deyinərək dedi.

      – Ola bilsin ki, Viktuar çox sərt reaksiya verdi bu məsələyə, – Klemens bibi dedi, – lakin, onun sözlərində həqiqət var, onların

Скачать книгу