Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

itab müstəmləkə siyasətinə qarşı yazılmış ən təsirli əsərlərdəndir.

      BIRINCI BÖLÜM

      Mən qəhvə dəllalıyam və Amsterdamda, Laurier Kanal 37 saylı evdə yaşayıram. Mən roman yazmağa, ya bu tip şeylərə öyrəncəli deyiləm. Əziz oxucu, bu səbəbdən də hal-hazırda əlinə götürdüyün kitabı yazmaq üçün bir neçə əlavə kağızı hazır edib yazmağa başlamağa qərar vermək uzun zamanımı aldı. Yəqin ki, qəhvə dəllalı olub-olmamağından asılı olmayaraq bu kitabı bitirəcəksən. Məsələ təkcə onda deyil ki, mən heç ömrümdə romana bənzər bir şey yazmamışam, məsələ ondadır ki, belə şeyləri oxumağı da xoşlamıram, mənimki biznes işidir. İllərdir özümə sual verirəm, belə kitabların faydası nədir? Və şairlərin, yazıçıların çoxunun böyük bir həyasızlıqla sənə heç zaman baş verməyən – baş vermə ehtimalı belə olmayan – əhvalatları danışmağa cəsarət etməsinə hər zaman təəccüblənmişəm. Əgər mənim durumumda – bir qəhvə dəllalını və Laurier Kanal 37 ünvanında yaşayan insanı – biri gedib rəhbərinə, yəni qəhvə satan birinə kiçik bir yalan danışsa – buna isə əksər şeirlərdə və romanlarda rast gəlinir – o, dərhal məni işdən çıxarar və əvəzimə mənim kimi qəhvə dəllalı olan Busselink və Votermanı işə götürər. Amma onların ünvanını bilməsən də olar. Bu səbəbdən də nə bir roman yazmaq, nə də yalançı bəyanatlarla çıxış etmək fikrindəyəm. Hər zaman fikir vermişəm ki, belə edən insanların sonları yaxşı olmur. 53 yaşım var, mübadilə məntəqəsini son 20 ildə ziyarət etmişəm və bu səbəbdən də nə zamansa təcrübəli birinə ehtiyac duysan, sinəmi qabağa verə bilərəm. Tamamilə iflas edən o qədər şirkət tanıyıram ki! Və ümumiyyətlə, onların uğursuzluq səbəblərinə nəzər yetirdikdə görürəm ki, başlanğıcdan səhv getdikləri yolun acısını çəkirlər.

      Mənim həyat devizim indi də, hər zaman da “həqiqət və sağlam düşüncə” olacaq. Əlbəttə müqəddəs sətirlər burada istisna təşkil edir. Bu səhvin kökü, ola bilər, bizim uşaq şeirləri yazan şairimiz Van Alphenə, onun “balaca əziz körpələr” haqda olan ilk sətirlərinə gedib çıxır. Bir qoca centlmenə mənim kiçik bacım, gözləri zəif görən Qertrudanı, yaxud hər zaman burnu ilə oynayan kiçik qardaşımı pərəstiş etməyə nə təhrik edə bilər? Özü də o deyir ki, həmin şeirləri sevgidən ilham alaraq yazıb. Uşaq olanda tez-tez düşünərdim: mənim əziz dostum, mən səninlə bir dəfə görüşmək istərdim, əgər sən səndən istədiyim mərmərlərə rədd cavabı versən, yaxud adımın baş hərflərini şokolad üzərinə yazmasan – adım Batavusdur – mən sənin yalançı olduğuna inanaram. Amma mən heç zaman Van Alpheni görməmişəm. Məncə, o, mənə atamın mənim ən yaxın dostum olan itimin çox minnətdar (biz heç zaman it saxlamırıq, onlar elə çirklidir ki) olduğunu deyəndə ölmüşdü. Hərçənd yaxınlıqda, Batavier küçəsində yaşayan Paul Vinserin heyranı idim.

      Hamısı yalandır! Və təhsil də bu yolla davam edir. – “ Balaca bacı böyük kələmin içində tərəvəz satan qadınla bərabər gəlir. Bütün niderlandlı kişilər cəsur və səxavətlidir.

      Romalılar sevinirdi ki, Batavinalar onlara yaşamağa icazə vermişdi. Alva qrafı bədheybət olmuşdur. Dəniz çəkilməsi (məncə 1672-ci ildə) hər zamankından daha çox davam etdi, səbəb isə sadəcə Niderlandı qorumaq idi.”

      Hamısı cəfəngiyatdır. Hollandiya ona görə Hollandiya qalmışdır ki, ulu babalarımız nəyi necə etmək lazım olduğunu yaxşı bilirdi. Həm də onların gerçək dinləri vardı. Əsl səbəb budur. Sonra yalanlar gəlir. “Qız mələkdir.” Bunu ilk dəfə aşkar edənin bacısı olmamışdır. Sevgi xoşbəxtlikdir. Sən bu və ya digər sevimli əşyanla dünyanın o başına uçursan. Dünyanın sonu yoxdur və belə sevgi də cəfəngiyatdır. Heç kim deyə bilməz ki, mən arvadımla yaxşı yola getmirəm. O, qəhvə dəllalının qızıdır və heç kim bizim evliliyimizdə bir qüsur tapa bilməz. Mən dəbli Artis klubunun üzvüyəm. Və onun dəyəri 7 qulden olan hind şalı var. Amma bununla belə hələ bizi dünyanın o başına uçmağa məcbur edəcək qədər dəli bir sevgi yaşamamışıq. Evlənəndə Haaqaya ekskursiyaya getmişdik. Orada o, mahud parçadan bir köynək almışdı, hələ də bu köynəyi geyinirəm. Və sevgimiz bizi bundan o tərəfə heç zaman aparmayıb. Deyirəm də, bütün bunlar cəfəngiyat və yalandır. Məgər mənim evlilik həyatım sırf sevgi ucbatından vərəmləyən, yaxud saçlarını yolan insanlardan daha az xoşbəxtmi sayılmalıdır? Yaxud bəlkə düşünürsən, 17 il bundan öncə arvadıma şeirlə evlilik təklifi etmişəmsə, mənim ev-eşiyim olmalı olduğundan daha səliqəsiz görünür. Boş söhbət və cəfəngiyat! Lap ola bilər, mən də başqaları kimi belə bir şey etmişəm. Əlbəttə şeir yazmaq fil dişindən nəsə zərgərlik məmulatı düzəltməkdən asandır. Onların qiymətini iki bilyard şarı ilə müqayisə etsən, yetər. Şeirə heç bir etirazım yoxdur. Sözləri sətirlərə düzmək istəyirsənsə, problem yoxdur. Amma həqiqətən başqa heç nə demə! Yəni:

      “Saat dördü vurur.

      Və daha yağış yağmır.”

      Həqiqətən də saat dörddürsə və həqiqətən də yağış artıq kəsibsə, mənim heç bir etirazım olmaz. Amma əgər üçə15 dəqiqə qalıbsa, mən, sözlərini sətirlərə düzməyən biri deyir:

      Saat 14:45-dir və yağış dayanıb. Amma vəznə düşmək üçün şair məcburdur ki, “dayanmaq” sözünü “dörd” sözü ilə qafiyələndirsin. Ya hava, ya da zaman dəyişməlidir və yalan burada nəticədir. Və cavanları yalana təhrik edən yalnız qafiyə deyil. Get teatra, orada da onların sənə danışacağı bütün yalanları dinləyəcəksən. Tamaşanın qəhramanı son anda müflis olma təhlükəsində olan biri tərəfindən xilas edilir. Sonra bizə bildirilir ki, o, sərvətinin yarısını öz xilaskarına verir. Bu iddia həqiqət ola bilməz. İndi sizə göstərəcəyəm. Yaxın zamanlarda külək mənim şlyapamı vurub Prinsen kanalına saldığında, onu götürüb gətirənə iki qəpik verdim və o kifayət qədər məmnun görünürdü. Bilirəm ki, batmaqdan şlyapamı deyil, mənim özümü qurtarsaydı, ona daha çox hörmət etməli idim. Amma əlbəttə bu, mənim sərvətimin yarısı olmazdı. Amma bir şey aşkardır ki, belə bir durumda iki dəfə suya yıxılmaq məni tamamilə məhv edərdi. Bu səhnələrlə bağlı ən pis məqam odur ki, insanlar yalana elə vərdiş edirlər ki, onlar bu yalançılara valeh olmağa və onlara əl çalmağa öyrəşirlər. Bu alqışların hamısını suya tökmək istəyirəm, görəm onlardan neçəsi doğrudan da ürəkdən alqışlayıb. Mən, həqiqət tərəfdarı olan biri kimi istəyirəm biləsiniz, məni sudan çıxarana sərvətimin yarısını verməzdim. Daha az sərvətlə qane olmayacaq biri heç mənə toxunmasın. Bazar günləri bir az çox verə bilərdim. Bunu qızıl bilərziyim və ən yaxşı paltom hesabına edərdim. Bəli, insanların çoxu səhnədə korlanır, nəinki romanları oxumaqdan. Çünki görəndə adam inanır. Buruq-buruq saç və kağızdan kəsilmiş krujevalı paltarlarla hər kəs çox cazibədar görünür. Xüsusən də bu işə alışqan olmayan uşaqlar və kişilər üçün. Və onlar kasıblığı tərənnüm etdikdə belə onların tərənnümü yalan olur. Atası müflis olan qız ailəsini saxlamaq üçün işləyir. Çox gözəl: sən səhnədə ona tamaşa edirsən, işləyir, toxuyur, tikir, naxış qoyur. İndi onun bütün tamaşa boyu qoyduğu yamaqları say. O, danışır, ah çəkir, pəncərəyə doğru qaçır, iş görməkdən başqa hər şey edir. Əminəm ki, belə iş sayəsində yaşayan ailə çox az şeyə ehtiyac duyur. Bu qız əlbəttə, bir qəhrəmandır. O, təqibçilərindən bəzilərini itələyib pilləkənlə aşağı atıb və dayanmadan qışqırır: Ay Ana! Ay Ana! Bununla da fəziləti, əxlaqı tərənnüm edir. Doğrudan da gözəl fəzilətdir: bir corabı toxumağa bir il vaxt gedir. Bütün bunlar sənə fəzilət haqda yalan-palan məlumatlar verməyə xidmət etmirmi? Bir də guya “çörəkpulu qazanmağa” xidmət edir. Hamısı cəfəngiyat və yalan. Sonra isə onun əvvəl sürət köçürmə məmuru indi isə hədsiz sərvət sahibi olan ilk sevgilisi qəfildən geri qayıdır və onlar evlənir. Yenidən yalan. Pulu olan adam heç vaxt müflis olan birinin qızı ilə evlənməz. Düşünürsən ki, belə səhnə tamaşada fövqəladə bir durum yaradır, amma tamaşaçılar istisnanı qayda olaraq qəbul edirlər, bununla da özlərini səhnədəkiləri alqışlamağa vərdiş etdirirlər. Bunu isə hər bir hörmətli dəllal yaxud tacir gülünc, axmaqlıq hesab edir. Mən evlənəndə atamın ofisində 13 nəfər idik – “Last və Ko” şirkətində – və

Скачать книгу