Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

Sonra o, mənə gicbəsər baxışı ilə baxıb köks ötürdü. Sonra qəfildən paltomun düymələrinin birindən yapışdı:

      – Əziz Dristabl, – o dedi. Mən səndən bir şey xahiş etməliyəm!

      Başdan ayağa canımdan əsinti keçdi. Saatın neçə olduğunu bilmirdi, amma məndən nəsə xahiş edirdi. Əlbəttə cavabım belə oldu:

      – Vaxtım yoxdu, mübadilə məntəqəsinə getməliyəm. Hərçənd axşam idi. Amma 20 ildən artıqdır ki, mübadilə məntəqəsinə gedib gəlirsənsə, bir adam saatın neçə olduğunu bilmədən səndən nəsə xahiş edirsə… Düyməmi onun əlindən qurtardım, nəzakətlə – çünki mən hər zaman nəzakətliyəm – xudahafiz dedim və Kapelsteq küçəsi – başqa vaxt bunu heç zaman etməzdim, çünki bura ilə getmək dəblə uyuşmurdu, dəblə uyuşmağı ilə mən hər şeydən çox sevirəm – ilə yoluma davam etdim. Ümid edirəm ki, məni heç kim görmədi.

      ÜÇÜNCÜ BÖLÜM

      Növbəti gün, mübadilə məntəqəsindən qayıtdığımda Fred mənə dedi ki, kimsə zəng vurub mənimlə danışmaq istəyib. Əlamətlərin təsvirinə görə bu Şalman idi. O, məni necə tapa bilmişdi axı? Hə, bildim. Kart!

      Bu durum məni məcbur etdi ki, uşaqlarımı məktəbdən götürmək haqqında düşünüm. Çünki 20-30 il sonra palto əvəzinə şala bürünən, saatın neçə olduğunu bilməyən bir sinif yoldaşın tərəfindən narahat edilmək çox bezdiricidir. Mən həmçinin, köşklər qoyulduğu müddətdə Vestern Marketə getməyi qadağan etmişdim.

      Növbəti gün böyük bir bağlamada məktub aldım. Dərhal açıb oxumağa başladım.

      “Əziz Dristubl, (məncə o, cənab yazmalı idi, mən axı dəllalam!) Dünən bir şey xahiş etmək üçün evinə zəng vurmuşdum. Güman edirəm ki, durumun yaxşıdır. (Bu doğrudur, ofisdə 13 nəfərik.) Və mən sənin durumundan istifadə edərək mənim üçün çox önəmli olan bir xüsusu sənin nəzərinə çatdırmaq istərdim. (Yəqin yaz hərracları üçün mənə əlavə komisyon faizi verəcəyini düşünmürsən.) Başıma gələn bədbəxtliklər fonunda hazırda bir qədər pula ehtiyacım var. (Bir qədər! Əynində köynəyi yoxdur, bir qədər yazıb.) Həyatı yaşanıla bilən etmək üçün zəruri olan hər şeyi arvadıma verə bilmirəm, uşaqlarımın təhsili isə maddi sıxıntılardan dolayı istədiyim kimi getmir. (Həyatı yaşanıla bilən etmək? Uşaqlarımın təhsili? Nə düşünürsən, arvadına operaya mövsümlük bilet istəyir, yoxsa övladlarını Cenevrədəki gimnaziyaya yerləşdirmək düşüncəsindədir?) Payız idi, hava çox soyumuşdu, o isə sobasız çardaqda yaşayırdı. Ondan məktubu alanda bundan xəbərsiz idim, amma sonradan yanına getdim. Və hələ də məktubunu yazdığı axmaq tərzə görə ona acıqlıyam. Bu nə axmaqlıqdır! Hansı kasıb belə şey deyər? Kasıb adamlar olmalıdır da! Bu, cəmiyyət üçün vacibdir. Əgər o, əl açıb ianə ummursa, heç kimi bezdirmirsə,onun yoxsulluğu vecimə deyil. Amma məsələni maskalamaq çox yersizdir. İndi gəlin görək başqa nə yazıb. “ Mən öz ailəmi dolandırmağa məcburam. Mən, məndə olduğunu düşündüyüm istedaddan istifadə etməyə qərar vermişəm. Mən şairəm. (Paah, böyük iş olub, oxucu, özün bilirsən də, mən və başqa düşüncəli insanlar bu barədə nə düşünür.) Həm də yazıçıyam. Uşaqlıqdan mən öz hisslərimi misralarla ifadə etmişəm, sonradan da buna davam etmişəm. Mən qəlbimin hisslərini şeir misralarına tökmüşəm. Düşünürəm ki, bəzi qiymətli işlər ortaya qoymağı bacarmışam və özümə naşir axtarıram. Çətinlik bundadır. Mən geniş oxucu kütləsinə tanış deyiləm, naşirlər isə adamı yazdığının məzmununa görə deyil, reputasiyasına görə qiymətləndirirlər. (Biz də qəhvəni məhz belə qiymətləndiririk: onun ticarət markasına görə.) Mənim işimin məziyyəti yalnız “nəşr” olunandan sonra formalaşa bilər. Kitab satıcıları isə bütün xərcləri qabaqcadan tələb edirlər. (Bu məsələdə onlar tamamilə haqlıdır.) Bu durum isə hazırda mənə heç uyğun deyil. Mən isə öz növbəmdə elə əminəm ki, işim bütün xərcləri qarşılayacaq. Mən söz verirəm, bu barədə istənilən adamı əmin edirəm.Və mən bizim srağagünkü görüşümüzdən ilhamlanmışam. (O, bunu “ilhamlanma” adlandırır. Mən qərara gəlmişəm ki, sən mənim üçün kitabsatanlara zamin dayanarsan. Yalnız ilk nəşr üçün, lap kiçik bir kitab olsa belə. Göndərdiyim bağlamada sən bir neçə əlyazma da görəcəksən, həmin əlyazmalardan sən mənim nə düşündüyümü, nə üzərində işlədiyimi və nələr yaşadığımı böyük ölçüdə öyrənmiş olacaqsan. (Onun necə bir işlə məşğul olması haqqında heç zaman eşitməmişdim.) Və əgər məndə “özünü ifadə etmək” istedadı varsa, istəmirəm ki, mənim özümü ifadə etmə bacarığım, istedadım itib-batsın. Səndən xoş cavab alacağıma ümid edirəm. Sənin keçmiş sinif yoldaşın. (Və yazının sonunda adını yazıb, amma adını sirr kimi saxlamaq istərdim, çünki heç kimi faş etməyi xoşlamıram.)

      Əziz oxucu, yəqin misralara gömülən bir dəllal kimi necə axmaq göründüyümü təsəvvür edə bilirsən. Əminəm ki, əgər “Şallı adam” – onu belə adlandırmağa davam edəcəyəm – məni gündüz vaxtı görsəydi, o, məndən belə bir xahiş etməzdi. Çünki ehtişam və ləyaqəti gizlətmək olmaz. Amma axşam vaxtı idi deyə mən etiraz etmədim.

      Əlbəttə, bu cəfəngiyata baş qoşmaq mənlik deyildi. Onun harada yaşadığını bilmirdim, onun haqqında heç nə eşitməmişdim. Onun ya xəstə, ya ölmüş olduğunu sanırdım. Keçən həftə Rozemeyrdə – şəkər çuğunduru dəllalları – bir məclis vardı. Fred ilk dəfə bizimlə gəldi. Onun 16 yaşı var və mənim fikrimcə, onun yaşında bir cavan gərək dünyanı görə, bilə. Yoxsa ya Vester Marketə, ya da ona bənzər bir yerə gedəcək. Qızlar piano çalır və oxuyurdu, desert gələn vaxt isə biz eyvanda oynayarkən onlar da bir-birlərini qıcıqlandırmağa başladı. Bu, Fredi narahat edirdi.

      – Hə, hə, Luisa, – Betsi Rozemeyr dedi, – sən ağladın. Ata, Fred Luisanı ağlatdı.

      Arvadım dedi ki, Fred belə dəcəldirsə, bir də gərək bizimlə çıxmasın. O, Fredin Luisanı çimdiklədiyini, ya buna bənzər nəsə etdiyini düşünmüşdü. Bu isə heç də qəbuledilən davranış deyil. Mən də həmçinin bu barədə nələrsə deməyə özümü hazır etmişdim. Bu anda Luisa dedi:

      – Yox, yox. Fred nəzakətli idi. İstəyirəm yenidən etsin bunu.

      – Sonra nə? O, qızı çimdikləməyib. O, əzbər şeir deyirdi. Vəssalam. Əlbəttə ev sahibəsi desert vaxtı istəyir hamı desin-gülsün. Bu kompaniyanı canlandırır. Xanım Rozemeyr Luisanı ağladan şeyin bizi əyləndirdiyini düşünmüşdü. Bu səbəbdən də hind quşu saqqalı kimi qıpqırmızı olan Freddən onu təkrarlamağı xahiş etdi. Onun nə etdiyini başa düşə bilmədim. Bu həqiqətdir, həmin yaşda qız çox tez hönkürtü ilə ağlayır.

      – Gəl Fred! Zəhmət olmasa bunu et! Və Fred başladı. Mən oxucunun marağını uzatmaq istəmədiyimdən burada qısa bir şey deyim ki, onlar evi tərk etməzdən öncə “Şallı kişi”nin bağlamasını açdılar və Fredlə Meri hərəsi oradan mənə sonradan böyük problem yaradacaq bir parça sentimentallıq çıxartdı.

Скачать книгу