Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 8

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

style="font-size:15px;">      • Mən “Şallı kişi”yə kağız, qələmlər və mürəkkəb göndərməliyəm. (Stern buna görə çox israr etdi.)

      Kitabı bitirmək istədiyim üçün hər şeylə razılaşdım. Artıq növbəti səhər Stern ilk bölümü bitirmişdi və burada, əziz oxucu bir qəhvə dəllalının (“Last və Ko”da çalışan, Laurier Kanal 37 ünvanında qalan) necə kitab, romana oxşar bir şey yazması sualına cavab tapmış oluruq.

      Amma Stern kitaba elə yenicə başlamışdı ki, çətinliklər onu haqladı. Hər an üzləşdiyi materialları seçmək, onları düzüb-qoşmaq çətinliyi ilə bərabər onun əlyazmada başa düşmədiyi, hətta mənim özümü də çaş-baş salan söz və ifadələr mövcud idi. Bunlar çox zaman yava, yaxud malay dilində idi. Eyni zamanda orda-burda aça bilmədiyimiz qısaltmalar da vardı. Belə başa düşdüm ki, biz “Şallı kişi”ni çağırmalı olacağıq. Və cavan bir oğlanın bizim kampaniyaya düşməsini uyğun görmədiyimdən onu gətirmək üçün nə Sterni, nə Fredi göndərdim. Son məclisdən sonra qalan iki cananı (çünki mən hər zaman hər şey haqqında düşünürəm) götürüb onun axtarışına çıxdım. Onun yaşayışı əlbəttə ki, möhtəşəm deyildi. Amma bütün insanların bərabərliyi, evlərinin bərabərliyi bir xəyaldır. Onun özü də “Xoşbəxtlik iddiaları” risaləsində bu barədə söhbət açır. Bundan əlavə, hər zaman narazı olan insanları sevmirəm. Bu, Lange-Leidsche Dwaraatraatın arxa otağında olmuşdur. Zirzəmidə fincanlar, boşqablar, mebellər, köhnə kitablar, stəkanlar, Van Speykin portretlərini və s. satan dənizçi dükan sahibi yaşayırdı. Ehtiyatlı olmağa çalışırdım ki, heç nə sındırmayım, çünki belə adamlar nəsə sınanda hər zaman həmin şeylərin dəyərindən daha artıq pul tələb edirlər. Evin qarşısındakı pilləkəndə balaca qız oturmuşdu. O, gəlinciyini geyindirirdi. Cənab “Şallı kişi”nin burada yaşayıb-yaşamadığını xəbər aldım. O qaçıb getdi, anası göründü.

      – Bəli cənab, o, burada yaşayır. Hörmətli cənab yalnız yuxarı qalxsa yetər, oradan birinci meydançaya çatar, sonra ikinciyə, sonra üçüncüyə və hörmətli cənab o yaşadığı yerə yetişər. Minni, get de bir cənab gəlib. Kim gəlib desin, cənab?

      Dedim desin ki, Laurier Kanalı 37 ünvanında yaşayan qəhvə dəllalı, cənab Dristubl gəlib. Amma dedim özüm-özümü təqdim etmək istərdim. Onlar deyən qədər yuxarı dırmaşdıqdan sonra, üçüncü meydançada oxuyan bir uşaq səsi eşitdim: Atam tezliklə gələcək, şirin atam. Qapını döydüm və bir qadın, yaxud xanım onu açdı. Onun haqda nə düşünəcəyimi bilmirdim. O, çox solğun görünürdü və sifət cizgilərində yorğunluq nişanəsi vardı. O, mənə arvadımın paltar yuma günü bitəndə olan halını xatırlatdı. Əynində dizlərinə kimi uzanan, belində ipi olmayan uzun ağ xalatı vardı. Xalatın yaxalığı öndən qara sancaqla sancaqlanmış-dı. Hörmətli ətək əvəzinə o, altdan güllərlə örtülmüş qara parça geyinmişdi – sanki bu parça onun bədəninə, budlarına, dizlərinə tarım sarılmışdı. Qadın olduğunu xatırladan heç bir qabarıq nəsə, çıxıntı yox idi. Fredi göndərmədiyimə sevindim. Çünki onun geyimi fövqəladə qeyri-adi idi və geyimin qəribəliyi onun lətafətli hərəkətləri ilə ucalırdı. Sanki belə özünü tamamilə haqlı hesab edirdi, sanki başqa qadınlar kimi görünmədiyindən tamamən xəbərsiz idi. Həmçinin, mənim gəlişimin onda çaşqınlıq yaratmadığını anladım, o, nəyisə masanın altına dürtmədi, stulları çəkmədi, bir sözlə, evə qəfildən hörmətli bir cənab girəndə hər zaman edilən şeyləri etmədi.

      Saçını çinlilər kimi geriyə daramışdı və başının arxasında düyünəbənzər bir şəklə salmışdı. Sonradan öyrəndim ki, paltarı hind kostyumunun bir növüdür, Hindistanda bu paltara saronq və kabaai deyirlər, amma məncə çox çirkin idi.

      – Sən “Şallı kişi”nin arvadısan? – mən xəbər aldım.

      – Kiminlə danışmaq şərəfinə layiq görülürəm? – o soruşdu. Və soruşduğu tondan belə başa düşdüm ki, mən də gərək şərəf deyərdim.

      Bilirsiniz, mən komplimentləri xoşlamıram. “Müdirlə” bu məsələ bir qədər fərqlidir və mən vəzifəmi bilmədən biznes adamı olmuşam. Amma üçüncü mərtəbədə özümə çox zülm verməyi vacib hesab etməmişdim. Belədə qısaca adımın cənab Dristubl olduğunu söylədim. Dedim ki, Lauirier Kanalı 37 ünvanında qəhvə dəllalı işləyirəm və onun əri ilə söhbətləşmək niyyətindəyəm.

      Balaca bir stulu mənə işarə etdi və həyətdə oynayan balaca qızı dizləri üstünə aldı. Bayaq oxuduğunu eşitdiyim balaca oğlan səbatlı baxışlarla mənə baxır, başdan-ayağa məni süzürdü. Cəmi altı yaşı olmasına baxmayaraq, o da çaşqın görünmürdü. Çox qəribə geyimi vardı, enli şalvarı güclə baldırına çatırdı və ayaqları topuq hissədən çılpaq idi. Çox nalayiq! – mən düşündüm.

      – Atamla danışmağa gəlmisiniz? – o, qəfildən soruşdu.

      Və dərhal pis tərbiyə aldığını bildim, yoxsa mənə “cənab” deyə müraciət edərdi. Mən hər şeyi üzdən keçmək istədiyim-dən və danışmaq istəmədiyimdən belə cavab verdim:

      – Hə, oğlum. Bura atanla danışmaq üçün gəlmişəm. Səncə tez gələr?

      – Bilmirəm, mənə bir qutu rəng almaq üçün pul axtarmağa çıxdı.

      – Sakit ol, oğlum. – qadın dedi. Öz şəkillərinlə, ya da oyuncaq tamaşa ilə oyna.

      – Bilirsən, ana? O cənab dünən hər şeyi götürüb getdi.

      Son dəfə bir cənab gəlibmiş və hər şeyi aparıbmış – “nə xoş bir ziyarət.” Qadın nəsə problemi varmış kimi göründü, çünki gizlincə göz yaşlarını sildi və balaca qızı qucağında qardaşının yanına gətirdi.

      – Bax, burada bir az Nonni ilə oyna.

      Qəribə addır. Və o, oynamağa başladı.

      – Hmm. Gözəl xanım, – mən xəbər aldım. Ərini bu dəqiqələrdə gözləyirsənmi?

      – Bilmirəm, – o cavab verdi.

      Bacısı ilə oynayan balaca oğlan onu tərk etdi və məndən soruşdu:

      – Cənab, anamı niyə “gözəl xanım” çağırdın?

      – Nə olar ki, elə deyəndə oğlum? – mən dedim. Ona necə müraciət etməliyəm ki?

      – Necə? Başqaları kimi. Sən “gözəl xanım” aşağıda nəlbəki satan xanıma deməlisən.

      Hə, mən Laurier Kanalı 37 ünvanında işləyən qəhvə dəllalıyam, ofisdə 13 nəfər işçiyik, maaş almayan Sterni də saysaq, 14 nəfərik. Heç mənim arvadım madam deyil, indi durub bu varlığı madam adlandırmalıyam mən? Bu mümkün deyil. Hər kəs öz yerində olmalıdır. Bundan əlavə, məhkəmə icraçıları hər şeyi götürüblər.

      Mənim

Скачать книгу