Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 12

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

bu məhsulları ərsəyə gətirmək üçün çəkdiyi əməyin müqabilində layiq olduğu pulu alıb-almadığını soruşsanız, cavabım mənfi olacaq. Hökümət onu məcbur edir ki, bu məhsulları öz sahələrində əkməlisən, əgər fermer məshullarını ona yox, başqa bir adama satırsa, hökümət onu cəzalandırır. Ödəniləcək qiyməti də hökümət özü təyin edir. Nüfuzlu ticarət şirkəti vasitəsilə Avropaya malların daşınması baha başa gəlir, yerli hakimlərə verilən həvəsləndirici pul isə məhsulun maya dəyərini artırır. Və bütün ticarət gəlir verməli olduğundan, həmin gəlir Yavalıya özü və ailəsinin acından ölməməyə yetəcək qədər pul vermək hesabına təmin edilir. Çünki ölsə, millətin istehsal qüvvəsi azalacaq.

      Avropalı məmurlara da istehsala uyğun həvəsləndirici para ödənilir. Bununla da biçarə Yavalının ikiqat güclə sıxıldığı fakta çevrilir. Olur ki, onu çəltik tarlasından qovub çıxarırlar, bu addımın nəticəsi çox zaman aclıq və səfalət olur. Amma məhsulla yüklənmiş gəmilərin bayraqları Hollandiyanı varlı edir və şadyanalıqla Bataviyada, Samaranqda, Soorabayada, Passaroonda, Bezookidə, Probolinqoda, Paticanda, Tjilatjapda dalğalanır.

      “Aclıq” məhsuldar, zəngin torpaqlara sahib Yava ərazisində aclıq və səfalət? Bəli, oxucu, bir neçə il öncə bu ərazilər aclıq səbəbindən boşaldılırdı. Analar yemək müqabilində öz balalarını satmağı təklif edirdi, bəzən analar öz balalarını yeyirdi. Amma o anda ana vətən məsələyə qarışdı. Holland parlamentinin zallarında şikayətlər eşidilməyə başlandı və hakimiyyətdə olan qubernator qərar verdi ki, AVROPA BAZARININ GENİŞLƏNDİRİLMƏSİ ARTIQ ACLIQ VƏ SƏFALƏTİN HƏDDƏN ARTIQ YAYILMASI HESABINA HƏYATA KEÇİRİLMƏMƏLİDİR.

      “Ahh… mələküzlü parlament!”

      Bunları mən içimdəki acılıqla yazıram. Bütün bunları yazan və acı çəkməyən insan haqda nə düşünürsən sən?

      Hələ yerli hakimlərin ixtiyarlarında olan avadanlıqlarından və işçi qüvvəsindən istifadə etməklə sahib olduqları sonuncu və ən əsas gəlir mənbəyi haqqında danışmalıyam. Demək olar ki, bütün Asiyada hökmran olan ümumi ideyaya görə ərazi içindəki hər bir şeylə bərabər şahzadəyə məxsusdur. Həmin şahzadanənin qohum-əqrabası, törəmələri insanların savadsızlığından istifadə etməyi sevir. Bu savadsız insanlar “Tommonqonqun”, “Adhipattinin”, “Pengeranqın” hazırda rəsmən ödənildiyindən xəbərsizdirlər. Naib özünün və onların hüquqlarını müəyyən bir haqq qarşılığında artıq satıb və beləliklə də qəhvə plantasiyalarında, yaxud şəkər çuğunduru tarlalarında çox ehtiyac olan əmək onların daha öncə sahiblərinə verdiyi vergiləri əvəz etməkdədir. Beləliklə də ucqar bir kənddən pul ödənilmədən, naibə məxsus sahələrdə işləmək üçün yüzlərlə ailənin çağırılması heç də qeyri-adi deyil. Ucqar bir ərazidə bu və ya digər evin pul ödənilmədən naibin məhkəmə binasına çevrilməsi də adi haldır. Və əgər naib bir ata, bir qıza, bir öküzə, kasıbın arvadına həsrətli bir baxış atdısa, kəndçinin bu istək qarşısında hər hansı bir rədd cavabı verməsi indiyədək eşidilməmiş olaydır. Ondan nə istəyirsə, kəndçi qeydsiz-şərtsiz gətirib naibə təslim etməlidir. O, “savahları” özününkü kimi əməyə ehtiyac duyan bütün kəndlərin sakinlərini çağırırdı. Və burada alçalma baş verirdi. Bu açlalmanı tamamilə məhv etmək qeyri-mümkündür, çünki bu alçalmanı yaratmaq, yaxud buna vadar etmək yerli əhalinin öz təbiətindədir. Yavalılar səmimi və hörmətcildir, ən əsas da öz rəhbərinə – babalarının itaət göstərdiklərinin törəmələrinə – bağlı olduğunu sübut etmək lazım gəldikdə heç nədən çəkinmirlər. Əgər rəhbərin “Kartoon”na hədiyyəsiz daxil olursa, irsən keçmiş sahibinə qarşı böyük hörmətsizlik etmiş hesab edəcək özünü. Bu hədiyyələrin dəyəri çox zaman elə az olur ki, onları götürməmək qarşıdakını alçaltmaq olardı. Bu durumu zalım despota xərac vermək kimi qəbul etməkdənsə, belə təsvir etmək olar: bir uşaq atasına sevgisini izhar etmək istəyir, belədə atasına kiçik bir hədiyyə təqdim edir.

      Amma belə bir gözəl adətin olması pis adətinin ləğv edilməsini çox çətinləşdirir.

      Əgər “aloon-aloon” (rəhbərin malikanəsinin qarşınında gözəl ağaclarla bəzədilmiş meydan) bellənməyibsə, qonşuluqdakı əhali buna görə utanc hissi keçirəcək, onların oranı qamışlıqdan təmizləməsini, naibə yaraşan səviyyədə səliqə-səhman yaratmasını əngəlləmək üçün böyük qüvvəyə ehtiyac olacaq. Buna görə ödəniş etmək hər kəs üçün alçalma kimi qəbul edilir. Amma bu “aloon-aloon”a yaxın, yaxud başqa bir yerdə sahələri şumlamaq çox zaman millərlə uzaqda yerləşən su kanalından su gətirmək üçün “savahlar” gözləyirdi. Həmin “savah”lar naibliyə məxsusdur. O, bütün bir kəndin əhalisini çağırır, onların “savahları” da bu kimi işlərə ehtiyac görür. Budur, bu da sənə alçalma.

      Bu məsələ Hökümətə bəllidir. Funksionerlər üçün qanunlar, təlimatlar, nizamlamalardan ibarət rəsmi sənədləri oxuyan hər kəs onları yaratmağa təsir edən insanlığı alqışlayır. Yavanın içərilərində güc-qüvvə ilə təmin edilmiş avropalıya deyilir ki, onun ilk öhdəliklərindən biri insanların hörmətini qazanmaq və hər kəslə dil tapmaqdır.

      ALTINCI BÖLÜM

      Nəzarətçi Verbruc yaxşı adam idi. Onu manşetlərində və yaxalığında palıd və narıncı budaqlarla işləməli mavi parçadan tikilmiş paltosunda orada oturan gördüyündə biləsən ki, Hind adalarında ondan daha yaxşı Holland tapa bilməzsən. Yeri gəlmişkən, bu tip holland, Hollandiyadakılardan tamamilə fərqlənir. Etməyə bir işi olmadığında asta hərəkətlərlə, çaxnaşmasız filansız – Avropada belə şeyləri təlaş olaraq qəbul edirdilər. Amma iş tələb ediləndə o qeyrətli olurdu. Ətrafındakılara qarşı səmimi və sadə, ünsiyyətcil, kömək etməyə meyilli və qonaqpərvər, sərt olmadan çox nəzakətli, həssas, gözəl təəssürat yaradan, bu hisslərin şahidi olmadan səmimi və içdən olan, hər yerdə özünü evindəki kimi hiss edən biri idi. Bununla belə heç kim risk edib onu öz adı ilə çağırmazdı. Əslində bunu o heç özü də arzulamırdı.

      O, “pendoppo”nun qarşısında, üzərinə ağ örtük sərilmiş, müxtəlif təamlarla bəzədilmiş masaya yaxın dayanmışdı. Ara-sıra böyük bir səbrsizliklə, Xanım Blubeardın sözləri ilə baxılası bir şey varmı deyə “mandooru” xəbər aldı. (Bu adamlar polis rəisi və komendantın əlinin altında çalışan rəsmilər idi.) Sonra o, boş-boş oturmaqdan bezdi, ayağa qalxdı və siqaretini yandırdı və yenidən oturdu. O az danışırdı, amma istəsə, çox danışardı, çünki yalnız deyildi. Mən “pendoppo”da oturub dil-boğaza qoymadan danşan 20-30 yavalı xidmətçidən danışmıram. Gözləmək hər zaman yorucudur. 15 dəqiqə adama bir saat kimi gəlir. Velbruc bundan daha söhbətcil ola bilərdi. Lebakın naibi intelligent, yaşlı bir kişi idi. O, istənilən mövzuda hisslərlə və mühakimə ilə söhbət edə bilərdi. Bir dəfə ona baxmaq kifayət idi ki, onunla ünsiyyət quran avropalıların ondan öyrəniləcək çox şeyi olduğunu başa düşəsən. Əksinə deyildi. Onun aydın qara gözlərinin yanğısı, ağ saçları və yorğun sifət çizgiləri ilə kontrast təşkil edirdi. Onun dedikləri

Скачать книгу