Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 15

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

– və qalanları sənin ixtiraçılığına buraxılır – yenidən başlayır üyüdüb-tökməyə, onun sözləri məğlub edilmiş ordunun geridə qalan sınıq-salxaq əsgərləri kimi yenidən axır ağzından. Və sənə elə gəlir, sən onun sözünü kəsirsən, bu düşüncə isə hər zaman xoşagəlməzdir. Seranq ictimaiyyəti və hökümət işində işləməyən insanlar onun söhbətini incə adlandırırdılar. Amma hökümət işində işləyənlər daha səmimi idilər. Bu sözün gözəl olduğunu düşünmürəm, amma etiraf etməliyəm ki, bu söz komendantın bəlağətini çox gözəl təsvir edirdi. Hələ bu vaxta kimi Maks Havelaar və onun arvadı haqqında bir kəlmə də deməmişdim. Çünki o ikili faytondan komendantdan sonra öz övladları və “babeo” ilə birgə düşdülər. Ola bilər, onların xarici görünüşünün təsvirini sənin güclü xəyal gücünə və hadisələrin sonrakı axarına buraxmaq yaxşı olardı. Amma bir halda ki, hazırda təsvirlərlə məşğulam, bir şeyi də deyim ki, madam Havelaar gözəl biri deyildi, amma həm danışığında, həm görünüşündə gözəl nələrsə vardı və rəftarının sadəliyi ilə dünya gördüyünü və üst sinfi təmsil edənlərin yanında özünü suda balıq kimi hiss etdiyini nümayiş etdirirdi. Özünü “cırıb-dağıdıb” xoşagəlməz snobluq nümayiş etdirmək, hər şeydən çəkindiyini göstərmək, “seçilən” olduğunu nümayiş etdirmək üçün gərginliyi və xoşagəlməzliyi yox idi. Və başqa qadınların haqqında çox düşündüyü xarici görünüş haqqında da narahat deyildi. Paltarında da sadəlik nümunəsi olduğu sezilirdi. Mavi saya çit parçadan Caodjoe və mavi Cordeliyer geyinmişdi. Məncə buna Avropada “peignoir” deyirlər, səfər kostyumunun rəngi məhz belə idi. Boynunda nazik, ipək parçadan şarf vardı, oradan iki balaca medalyon asılmışdı, bu medalyonlar görünməz idi, çünki onun paltarının qatlarının altında qalırdı. Saçında çələng vardı “a la Chinoise idi.” Kondek onun geyim dəstini tamamlayırdı.

      Mən dedim ki, o gözəl deyil, amma onun çirkin olduğunu düşünməyini də istəmirəm. Ümid edirəm ki, onu sənə göstərmək şansım olan kimi sən onu gözəl hesab edəcəksən. Söhbət onun Maksından gedəndə “dahiyə məhəl qoymama” adlandırdığı anlarda qəzəblə yanırdı. Yaxud da məsələ onun övladının rifah halı ilə bağlı olduqda belə olurdu.

      Tez-tez deyirlər ki, sifət qəlbin aynasıdır, bizim üçün tərpənməz sifət haqda xoş sözlər danışmaq o deməkdir ki, həmin ürəyin əks etdirməyə bir şeyi yoxdur. Hə, onun nəcib ürəyi vardı, əlbəttə onun simasını gözəl hesab etməyən əri kor idi. Çünki üzünə baxanda onun ürəyini oxumaq olardı.

      Havelaar təxminən 35 yaşlarında bir kişi idi. O arıq və hərəkətlərində qıvraq idi, bircə istisna hədsiz ifadəli və qısa üst dodağı, bir də iri, solğun gözləri idi. O, sakit əhvalda olduğunda bu gözlər xəyalpərəst ifadə alırdı, böyük düşüncələrlə çalışıb-vuruşanda isə onlar alışıb yanırdı. Xarici görkəmində xüsusi diqqətçəkici bir şey yox idi. Açıq düz saçları gicgahını örtürdü və mən inana bilərəm ki, sən əgər onu ilk dəfə görsən, qarşındakı insanın həm baş, həm ürək etibarı ilə nadir keyfiyyətlərə sahib olan biri olduğu qənaətinə gələ bilərsən. O, ziddiyyətlərlə dolu biri idi. Ülgüc kimi iti, qız kimi yuxaürəkli, acı sözlərinin təsir edib yaraladığı ilk insan elə özü olurdu. Və o, yaralanandan daha çox özü əziyyət çəkirdi. Tükü-tükdən seçən idi, ən yüksək və ən həssas məsələləri həmin andaca başa düşür, çətin məsələlərin həlli ilə özünü əyləndirirdi. Və bütün təhsilini, məşəqqətini və səylərini bu kimi işlərə sərf edirdi. Hə, tez-tez olurdu ki, uşağın belə ona izah edə biləcəyi ən sadə məsələləri başa düşmürdü. Ədalətə, düzgünlüyə böyük sevgi duyduğundan çox zaman ədalətsizliyə dərman olmaq üçün daha çox mübarizə aparır, daha çox səy göstərirdi. O, cəngavər və igid idi, amma çox zaman Don Kixot kimi mübarizə əzmini külək dəyirmanında yelə verirdi. O, doyumsuz ambisiyalarla alışıb yanan adam idi. Bu xüsusiyyətinə görə həyatın bütün adi fərqlərinə boş şey kimi baxırdı. Və özünün ən böyük xoşbəxtliyini evdə, təcrid olunmuş şəkildə sakit həyat yaşamaqda görürdü. Yüksək söz duyumuna sahib şair idi. Bir qığılcım gördüyündə günəş sistemi haqqında xəyallar qururdu, öz yaratdığı varlıqlarla oranı məskunlaşdırırdı, özünü öz yaratdığı dünyanın kralı hesab edər, sonra bir anın içində düyü qiymətindən, qrammatik qaydalardan, yaxud süni inkubasiyanın Misir sistemindən söhbət etməyə başlaya bilərdi. Heç bir elm sahəsi ona tamamilə yad deyildi. Bilmədiklərini “intuitiv olaraq tapırdı” və bildiyi az şeydən (hər kəs az şey bilir, amma hərçənd o, başqalarından bir qədər çox bilirdi, yenə də bu qaydaya istisna təşkil etmirdi.) biliyini bir neçə dəfə artıq göstərəcək tərzdə istifadə edə bilmək kimi yüksək bacarığa sahib idi. O, fövqaladə səbirli, dəqiq və intizamlı idi. Amma düşüncə tərzi, bir qədər yabanı, hadisələri qiymətləndirmək baxımından astagəl və məhdud olduğundan məhz bu keyfiyyətlər: səbrlilik, dəqiqlik və intizamlılıq onun üçün çətin idi. Fəqət yekun qərarlarını tez verdiyini eşidən insanlar onun astagəl və gec düşünən olduğunu sanmırdı. Onun təəssüratları davamlı hesab edilmək üçün çox canlı idi, hərçənd tez-tez onların davamlı olmasına cəhd edirdi. Onu çəkən şeylər böyük və ülvi nəsnələr idi, eyni zamanda isə uşaq kimi sadə və saf idi. O dürüst idi, comərdlik dərəcəsində dürüst idi. Və minlərlə pulu ona-buna elə-belə verdiyindən, ödəmədiyi xeyli borcu qala bilərdi. Zəkasının başa düşüldüyünü hesab etdiyi yerlərdə zəkalı və əyləncəli olurdu. Yoxsa küt və təmkinli aparırdı özünü. Dostlarına qarşı içdən, səmimi, əziyyət çəkənlərin yanında, sevgiyə və dostluğa hissiyyatlı, verdiyi vədə doğru, xırda məsələlərdə güzəştə gedən, amma xarakter nümayiş etdirməyin zəruri olduğunu düşündüyü yerlərdə qaya kimi sərt olurdu. Onun intellektual üstünlüyünü qəbul edən insanların yoldaşlığında mütavazi və yardımsevər, ona qarşı gəlməyə çalışanlarla isə başağrıdan və deyingən ola bilirdi. Qürurlu, səmimi, birbaşalılığının səhv başa düşüləcəyini düşündüyü yerlərdə bəzən təmkinli, sözlərinin məhsuldar torpağa gömüldüyünü sandığı yerlərdə gözəl danışan, bəlağətli, içindən təhrikedici səs gəlməyəndə astagəl, içindəki səs onu təhrik etdikdə isə qızğın, atəşli olurdu. Bundan əlavə, davranışlarında mülayim, nəzakətli idi, kimisə günahlandıran rəftarı yox idi. Bu, Havelaarın xarakterinin qısa təsviri idi.

      “Qısa təsvir” deyirəm, çünki əgər bütün tərifləri vermək çətindirsə, gündəlik gördüyümüz insanlardan xeyli fərqlənən birinin təsvirini vermək lap çətindir.

      Düşünürəm ki, bəlkə də bu səbəbdən romans yazan şairlər öz qəhrəmanlarını ya mələklərdən, ya şeytanlardan seçir. Ağla qaranı çəkmək asandır, amma həqiqətə hörmət etməli olanda, heç bir tərəfi nə çox tünd, nə çox açıq çəkməyə iza-cə olmayanda iki ifrat arasındakı fərqləri hasil etmək daha çətindir. Hiss edirəm ki, Havelaar haqda verdiyim eskiz qeyri-mükəmməldir. Qarşımdakı material elə genişdir ki, onlar zənginliyi ilə mənim mühakiməmi məhdudlaşdırır. Sənə çatdırmağı arzu etdiyim hadisələr sırasında ola bilsin ki, əlavə kimi bu boşluğu doldurum. Bu dəqiqdir: o, adi adam deyildi və əlbəttə ki, dəqiq öyrənilməyə dəyər biri

Скачать книгу