Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 16

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

etmək, yaxud onun iştirakçısına çevrilmək bəzi insanların qəlbinə çox az, yaxud heç təsir etməyə bilər. Bu məsələyə şübhə edənlər özlərinə sual edə bilər: təcrübə həmçinin, 1815-ci ildə Fransada yaşayan qırx, əlli yaşlı sakinlərə də aid edilə bilərmi? Bu insanlar yalnız 1789-cu ildə Fransada başlanan böyük dramatik hadisələrə şahidlik etməmişdi, onlar hətta həmin dramatik hadisələrdə bu və ya digər formada rol almışdı.

      Və əksinə, nə qədər insan xarici təsirlərin şərtləndirmədiyi hadisələrdə dərin emosiyalar yaşaya bilər? Robinson Kruzo haqda, Pellikonun əsirliyi, Saintidən valehedici “Pic-cola” haqda qoca xidmətçinin sinəsindəki savaşı düşün. Bu adam bütün həyatı boyu bir sözlə də olsun xəyanət etməmişdir, yalnız sevgi hissi duymuşdur. Hadisələrin axarına cəlb edilən Filantropun emosiyaları həmyerlilər üçün çox maraqlıdır. O, alternativ olaraq nə qədər çox qorxursa, ümid edirsə, bir qədər gözəl ideya üçün hər bir entusiazmı, alovu, dəyişikliyi müşahidə edə bilir. İnsanlara öz hücrəsindən nəyin həqiqət olduğunu öyrətməyə çalışan, səsinin macərapərəst, riyakarlar tərəfindən batırıldığını hesab edən filosof haqda düşün. Sokrat haqqında düşün, – zəhərli fincanı boşaltdığını nəzərdə tutmuram, – çünki mən burada əqlin təcrübəsindən danışıram, mənim varlığını xarici amillərə borclu olanlarla işim yoxdur – onun kimi düzgün və həqiqi olanı sevən birinin cavan, Allahlara nifrət edən biri tərəfindən rüşvətxor adlandırılması onun qəlbini necə sındırıb, qəmgin əhvala sala bilər, bunu düşün. Yaxud da, bundan daha yaxşı, dərin kədər içində Yerusəlimə tamaşa edən və “olmayacağından” şikayət edən İsanı düşün.

      Belə kədər çığırtısı – istər zəhərlənmiş fincan olsun, istərsə də xaç olsun – sınanmamış ürəkdən gəlmir. Kədər, əziyyət olmalıdır – təcrübə budur!

      Bu hiddət məndən yan qaçmışdı, indi bu hiss mənimlədir və mənimlə qala bilər. Havelaar çox şey yaşayıb. Misal üçün sən A küçəsindən tərpənmək üçün tarazlaşdırıcı nəyəsə ehtiyac duyursanmı? Onun gəmisi dəfələrlə qəzaya uğrayıb, o, yanğın, qiyam, sui-qəsd, müharibə, duellər, cəh-cəlal, aclıq, kasıblıq, vəba, sevgi və “sevgilər” yaşamışdır. O, Fransanı, Almaniyanı, Belçikanı, İtaliyanı, İsveçrəni, İngiltərəni, İspaniyanı, Portuqaliyanı, Rusiyanı, Misiri, Ərəbistanı, Hindistanı, Çini və Amerikanı ziyarət edib. Həyatının belə qarışıq olmasına gəlincə onun təcrübə qazanmaq üçün şansı çox olub, həqiqətən də çox şey yaşayıb, həyatın onu bolluca təqdim etdiyi təəssüratları görməzdən gələrək həyatını sürdürməyib. Verilən imkanları əldə etməsinə səbəb isə ürəyinin həssaslığı və zəkasının cəldliyidir. Onun çəkdiyi əzablardan, yaşadıqlarından xəbərdar olan, tanıyan, fərz edən hər bir kəsi heyrətləndirən və marağına səbəb olan məqam onun üzündə bu barədə demək olar ki, heç nə görə bilməməsidir. Əlbəttə sifət cizgilərində yorğunluğa bənzər nəsə görə bilərdin, amma bu anda sən qocalığa yaxınlaşmaqdan daha çox vaxtından əvvəl yetişmə haqda düşünərdin. Hərçənd, bu elə qocalığa yaxınlaşmaq olmalı idi, çinki Hindistanda 35 yaşlı adam artıq cavan hesab edilmir. Daha əvvəl qeyd etdiyim kimi onun emosiyaları da cavan qalmışdı, o, uşaqla uşaq kimi oynaya bilərdi və çox vaxt balaca Maksın hələ də çərpələng uçurtmaq üçün çox kiçik olduğundan şikayət edərdi. Çünki o – “Böyük Maks” bunu çox sevirdi. Oğlanlarla “hoppanan qurbağa” oynayardı, qızların naxışları üçün nümunələr çəkməyi sevərdi. Hətta bəzən onlardan iynəni alır və özü əylənərək bu işi görərdi. Hərçənd hər zaman onlara “tikişləri mexaniki saymaqdan” daha yaxşı işlər görə biləcəklərini söyləyirdi. 18 yaşlı cavan oğlanlarla o, cavan tələbəyə çevrilirdi, “Patriam conimus”u, ya da “Gaudeamus igitur”u oxuyardı onlarla. Mən tam əmin deyiləm, yaxınlarda, o, Amsterdamda tətildə olanda xoşuna gəlməyən bir lövhəni aşağı endirmişdi, çünki həmin lövhədə ağzında uzun qəlyan olan avropalının ayağına zəncirlənmiş zənci təsvir edilmişdi. Altında da əlbəttə belə yazılmışdı: “Qəlyan çəkən cavan tacir.”

      Onun əlindən tutub faytondan düşməsinə kömək etdiyi “baboe” bütün Hindistandakı “baboe”lərin yaşlı vaxtlarına bənzəyirdi. Sən elə xidmətçilər tanıyırsansa, qadının necə göründüyünü sənə deməyə ehtiyac görmürəm. Əgər bilmirsənsə, senə deyə bilmərəm. Onu Hindistanda başqa xidmətçilərdən fərqləndirən yeganə məsələ onun görməyə az işinin olması idi. Çünki madam Havelaar uşağına baxan ana nümunəsi idi. Uşağı üçün edilməli olan hər şeyi kiçik Maksa özü edirdi. “Uşaq üçün qul olmağı” düzgün hesab etməyən bir çox başqa qadın onun bu davranışını doğru hesab etmirdilər.

      YEDDINCI BÖLÜM

(Sternin yazısının davamı)

      Bantamın komendantı naibi və nəzarətçini yeni komendanta təqdim etdi. Havelaar nəzakətlə hər iki funksionerlə salamlaşdı. Nəzarətçi (hər zaman yeni rəhbərlə görüş nəsə bir az ağrılı olur) dərhal bir-iki uyğun dostcasına sözlə atmosferi yumşaltdı. Sanki sonrakı söhbəti asanlaşdırmaq üçün dərhal tanışlıq vermək istəyirdi. Naiblə onun görüşü qızıl “payonq”la təltif olunmuş adamla eyni zamanda balaca qardaşı ilə görüş necə olmalıdırsa, elə oldu. Böyük bir şəfqətlə onu belə havada əyalətinin ucqar nöqtəsinə gətirən çox böyük nəzakətini azarladı. Etiket qaydalarına görə naib bunu etmək məcburiyyətində deyildi.

      – Cənab Adhipatti, həqiqətən də, özünüzə mənə görə bu qədər əziyyət verdiyiniz üçün sizə acıqlıyam. Mən sizi ilk dəfə “Rankas-Betonq”da görəcəyimi sanmışdım.

      – Hmm… – komendant davam etdi.

      – Başa düşmürəm palçığın içi ilə at belində gəzməyinizə nə səbəb var? Bizim hamımıza yer var, sonra da bir-birimizlə tanış ola bilərik, elə deyil? Vaxt? Bunu həll edərik. Bax, Maks, bura bax, Verbruc, bu balaca oğlan gözəl deyilmi? Mənim balaca oğlum, Maks!

      Komendant Adhipattinin yanında əyləşdi. Havelaar Verbrucu çağırıb ondan qırmızı yəhərli boz atın kimin olduğunu xəbər aldı. Verbruc onun hansı atı nəzərdə tutduğunu öyrənmək üçün “pendoppo”nun girişinə yaxınlaşdıqda o, əlini onun çiyninə qoyub soruşdu:

      – Bu naib hər zaman belə diqqətlidir?

      – O, yaşına görə güclü adamdır, cənab Havelaar və başa düşürsünüz, o, sizdə yaxşı təəssürat oyatmaq istəyir.

      – Hə, mən bunu başa düşürəm. Onun haqqında çox yaxşı şeylər eşitmişəm. O, təhsilli insandır?

      – Hə, elədir.

      – Və onun böyük ailəsi var?

      Verbruc Havelaara baxdı, sanki keçidi başa düşmədi. Onun bu tərzi çox zaman onu tanımayan insanlara çətinlik törədirdi. Beyninin cəld işləməsi çox zaman şərait yaradırdı ki, o, söhbətdə əsaslandırmalar zamanı bəzi məqamları buraxsın. Hərçənd,

Скачать книгу