Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

titulundan törəyən hakimlərin presedenti də artırdı. Hətta bu günlərdə belə kral, imperator ailəsi ilə bağlılığı olmayan bir çox zadəgan ailəsi, hansılar ki, ölkənin öz zadəgan nəslindən törəyiblər, hansılar ki, hər zaman zadəgan olublar hakim vəzifəsinə qalxmağı rədd edirdilər. Belə hallar çox olub.

      İmperatordan belə yüksək etimad alan insanlar, sonra da təbii olaraq övladları, yaxud ən yaxınları üçün özlərindən sonra eyni vəzifəni əldə etməyə çalışırdı. Bu da çox tez-tez baş verirdi, hərçənd bu irsən keçmə haqqının sübut olunduğuna inanmıram. Ən azından Niderlanddakı, Holland qraflığındakı, Zeslanddakı, Flanderdəki və Haimaultdakı – Brabant, Gelderland dyuklarında belə olub. İlk öncə bu bir yaxşılıq idi, sonradan adətə çevrildi, sonda isə zərurət oldu.

      İnsan seçimləri ilə demək olar ki, eyni olaraq – çünki vəzifənin oxşarlığı ilə bağlı sual ola bilməzdi – yerli funksioner Yava ərazisinin başçısı təyin edilirdi. Hökümət ona təsir gücü, vəzifə verir ki, Holland tərəfini bir funksioner olaraq təmsil etsin. Burada da qanunla təsbit edilməsə belə hakimiyyətin atadan-oğula keçməsi adət halını aldı. Naib həyatı boyunca bu çox zaman düzülüb-qoşulur. Və əgər birinə oğlu tərəfindən əvəz ediləcəyi deyilirsə, demək o, gərgin əməyinə və çalışqanlığına görə mükafat alıb. Bu qanundan kənara çıxmaq üçün çox vacib bir səbəb olmalıdır və bu zəruri olduqda varis çox zaman eyni ailə üzvlərindən birindən seçilir. Avropalı məmurlarla Yavalı zadəganlar arasındakı münasibət çox zərifdir. Ərazinin komendantı məsuliyyət daşıyan şəxsdir. Onun öz təlimatları var və ərazinin rəhbəri hesab edilir. Amma bununla belə naib yerli şəraiti bildiyi üçün, orada doğulduğu, əhaliyə təsir edə bildiyi, maddi gəlirləri və həyat tərzini yaxşı bildiyi üçün ondan üstündür. Bundan əlavə, Yavalıya məxsus elementləri özündə daşıdığı və ərazidə yaşayan yüz min yaxud daha artıq əhalinin danışan ağzı olduğu üçün naib narazılığından heç kimin qorxmadığı – çünki hökümət onların yerinə asanlıqla başqa bir məmuru işə götürə bilərdi – sadə avropalı məmurdan daha çox hökümətin gözündə vacib fiqur hesab edilirdi. Digər tərəfdən naibdən baş qaldıran narazılıq ola bilsin ki, kütləvi iğtişaşlara və üsyanlara yol aça bilərdi.

      Bütün bunlarda qəribə bir gerçəklik meydana çıxır: vəzifəcə kiçik, vəzifəcə özündən böyüyü idarə edir. Komendant naibə göstəriş verir ki, ona məruzə eləsin, körpülərdə, yollarda işləmək üçün işçi qüvvəsi göndərsin, vergiləri yığsın. Onu özünün rəhbər olduğu şuranın toplantısına çağırır. O, naib işinə laqeyd yanaşanda, günahkar olanda onu danlayır. Bu qəribə münasibət yalnız çox nəzakətli formalardan istifadə edilməklə mümkün olub. Zərurət olduqda üzügülərlilik də istisna edilmir, lazım olanda qəddarlıq göstərilir. Düşünürəm ki, bu halda tərəflərin göstərəcəyi münasibət bu məsələ ilə bağlı rəsmi təlimatda da çox gözəl təsvir edilmişdir: Avropalı funksioner ona kömək edən yerli funksionerlərə “kiçik qardaşı kimi” davranmalıdır. Amma o unutmamalıdır ki, balaca qardaşını valideynləri çox sevir və ondan qorxur və hər hansı mübahisə zəminində dərhal onun böyük qardaşlığı əsas motiv olaraq götürüləcək ki, “niyə kiçik qardaşınla daha yumşaq davranmamısan?”

      Hətta adi Yavalı belə eyni durumda avropalıdan daha nəzakətlidir. Belə durum isə bu münasibəti açıq-aşkar, ola biləcəyindən daha dözümlü edir.

      Qoy avropalılar təhsili bir qədər də zərifliklə sevsin, qoy o, özünü dosta xas ləyaqətlə aparsın. O yenə də əmin ediləcək ki, naib öz tərəfindən əlindən gələn hər şeyi edəcək ki, öz qayda-qanununu yeritsin. Dəvət şəklində irəli sürülən xoşagəlməz əmr dəqiqliklə yerinə yetirilir. Vəzifədə, doğuşda, var-dövlətdə olan fərq naib tərəfindən eyni şərtlə silinir. O, avropalını Niderland kralının nümayəndəsi kimi göylərə öz mövqeyinə qaldırır. Və ilk baxışdan güclü toqquşmalarla müşayiət edilməli olan münasibət çox zaman razılaşdırılmış əməkdaşlığın mənbəyi olur.

      Mən dedim ki, belə naiblər var-dövlətə görə avropalı funksionerlər üzərində üstünlüyə sahibdir. Və bu təbii bir məsələdir. Üzdən bir çox alman knyazlığına bərabər kimi görünən bir əyaləti idarə etmək üçün çağırılan avropalı çox zaman orta, yaxud ortadan da yaşlı biri olur. O, evli və ata olur, dolanmaq üçün iş yerinə keçir. Ailəsi üçün zəruri olanları əldə etmək üçün onun maaşı güclə çatır, bəzən heç çatmır. Naib “Tommonqonqdur”, Adhipattidir, hətta “Yava Şahzadəsi” adlandırılan Ahipattidir. Onun üçün sual elə-belə dolanmaq deyil. O, vəzifəsinə uyğun dolanmalıdır.

      Avropalı öz evində yaşadığı halda komendant bir çox kəndlər və evlərlə əhatələnən Kratoonda – malikanəsində yaşayır. Avropalının arvadı və üç uşağı olduğu halda o, xidmətçiləri ilə birgə bir neçə qadına dəstək verir. Avropalı atla gəzəndə onu bir neçə zabit müşayiət edirsə – onun yanında yalnız təftiş səyahətinin hesabatını hazırlamağa yetəcək qədər adam olur – naib bir yerə çıxanda onu malikanəsinə aid yüzlərlə nökər-naib müşayiət edir. Və insanların gözündə bu durum onun yüksək vəzifəsindən kənarda təsəvvür edilə bilməz. Avropalı vətəndaş kimi yaşayır, naib isə şahzadə kimi yaşayır, yaxud da onun belə yaşayışı nəzərdə tutulur.

      Amma bütün bunlar üçün pul vermək lazımdır. Bu naiblərin təsiri altına düşmüş Holland höküməti bunu bilir: bu səbəbdən də onlar öz gəlirlərini Hind adalarında vəziyyətdən hali olmayan biri üçün şişirdilmiş sayılacaq standarta qaldırıblar. Amma yenə də bu pul da yerli rəhbərin keçirtdiyi həyat tərzi üçün xərcləri qarşılamağa nadir hallarda yetərli olur.

      İki yüz, üç yüz min qulden gəliri olan naibləri maddi sıxıntı içində görmək heç də qeyri-adi şey deyil. Məsələnin kökü onların şahzadə səxavəti ilə pulları əritməsindədir. Onlar alış-verişə olan coşquları ilə tabeliyində olanlara hər zaman xor baxırlar, bu isə avropalılar tərəfindən alçaldıcı bir keyfiyyət olaraq qəbul edilir. Yavada yüksək rütbəli bu adamların gəliri dörd hissəyə bölünə bilər: İlk öncə onların hər ay verilən sabit maaşı gəlir, daha sonra onlardan alınan, holland hökümətinə keçən hüquqlara görə verilən təzminat pulu, üçüncü naiblik üçün lazım olanları almaq üçün verilən əlavə pul – misal üçün qəhvə, şəkər, indiqo, darçın və s. – və sonda ixtiyarında olan mülklərdən, avadanlıqlardan və işçi qüvvəsindən özbaşına istifadə hesabına gələn gəlir. Sonuncu iki gəlir mənbəyinin izaha ehtiyacı var. Yavalılar təbiətən əkinçidirlər, onun yaşadığı torpağın az əmək müqabilində çox məhsul verməsi onu buna şirnikləndirir. Və o, bütün ürəyini, bütün enerjisini öz çəltik tarlalarını əkib-becərməyə – bu işdə o, çox ağıllıdır – qoyur. O, özünün sawa-hinda, gagahinda, tiparinin ( İndoneziya kənd mühiti- kotan xış, öküz) əhatəsində böyüyür. Hələ lap uşaq yaşlarından sahəyə gedən atasını müşayiət edir, orada atasına sahələri irriqasiya edəcək irriqasiya konstruksiyasının tikilməsinə bellə, xışla kömək edir. Öz illərini məhsulla hesablayır, ilin vaxtını jiletindəki yarpaqların rəngi ilə bilir, vaxtını evdə onunla

Скачать книгу