Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 9

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

istəyirsə, “Şallı kişi” evimə gələ bilər, amma qulluqçu üçün belə problemli olduğuna görə qapını döyməsinə ehtiyac yoxdur. Dedim ki, bir müddət gözləsəydi, qapı əlbəttə ki, kimsə bayıra çıxanda açılacaqdı. Sonra isə mən şirniyyatlarımı da götürüb çıxdım. Çünki, düzünü desəm, mən həmin yeri xoşlamadım. Orada özümü rahat hiss etmədim. Dəllal əlbəttə ki, adi bir fəhlə deyil və təkrar bildirirəm ki, mən hörmətli bir şəxsəm. Əynimdə xəz paltom vardı, qadın isə hələ də bacardığı qədər rahat şəkildə əyləşib övladları ilə elə sakit tərzdə danışırdı ki, sanki yalnızdır. Bundan əlavə, deyəsən ağlayırdı, mən isə narazı insanlara dözə bilmirəm, orada həm soyuq idi, həm də adamayovuşmaz ortam vardı. Çünki hər şeyi götürüb aparmışdılar, mən isə sosiallaşmanı sevirdim. Evə gedərkən mən Bastianusa digər bir şans verməyə qərar verdim. Heç kimi işdən çıxartmağı sevmirdim.

      Hazırda Sternin ilk həftəsi idi. Əlbəttə, bunun içində bəyənmədiyim çox şey vardı. Amma mən 2 saylı şərtə riayət etməli idim və Rozemeyrlər də bu fikirdə idi. Amma məncə onlar Sternə yaltaqlanırlar. Çünki onun Hamburqda yaşayan və şəkər çuğunduru biznesi ilə məşğul olan əmisi vardı.

      “Şallı kişi” həqiqətən də mənim evimdə olmuşdur, o, Sternlə danışmış, Sternin başa düşmədiyi sözlər və məsələlər barədə bəzi informasiyalar vermişdir. Oxucumdan xahiş edirəm, növbəti bölümləri izləsin, belədə mən daha məzmunlu və tutumlu nəsə söz verirəm. Həmin nəsə mənim özüm, qəhvə dəllalı (iş yerim: “Last və Ko” şirkəti, Lauirer Kanalı 37) Batavus Dristubl tərəfindən hazırlanmışdır.

      BEŞINCI BÖLÜM

(Stern tərəfindən tərtib edilmişdir)

      Səhər saat təxminən 10 radələrində Pandaqlanq rayonunu Lebak rayonu ilə birləşdirən əsas magistral yolda qeyri-adi hərəkətlilik vardı. Geniş ayaqla gəzilən yol üçün “əsas magistral yol” adı istifadə etmək ola bilər həddən artıq yaxşı ad seçimidir. İnsanlar bu adı nəzakətdən və yoldan daha yaxşı istifadə etmək istəyindən deyirdilər. Amma sən bu yolda dörd at qoşulmuş bir faytonla Bantam əyalətinin paytaxtı Seranqdan Lebak ərazisinin yeni paytaxtı Rankas-Betonqa getmək üçün səfərə başlasan əmin ola bilərsən ki, nə zamansa niyyət etdiyin mənzil başına çatacaqsan. Beləliklə bu bir yol idi. Hə, düzdür, Bantamın alçaq ərazilərində çox ağır, yapışqan olan palçığa tez-tez batıb qala bilərdin. Buralarda səyahətçilər tez-tez yerli əhalidən, qonşu kəndlərdən kömək istəmək məcburiyyətində qalırdı. Amma kəndlərin sayı bu ərazidə elə də çox deyil. Və hətta bəzi fermerlər tərəfdən yardım görsəydin belə çox keçmədən atlar və fayton yenidən qalın palçığa batıb qalacaqdı.

      Faytonçu qamçısını qaçan oğlanlara şaqqıldatdı – Avropada məncə siz onları “palfreniers” adlandırırsınız, amma yox sizdə – Avropada bu oğlanların necə biri olduğunu başa düşmək üçün oxşar heç nə yoxdur. Əllərində nazik, qısa açarlar, dörd atın yanı ilə qaçır, təsvirəgəlməz səslər çıxardırdılar və atları həvəsləndirmək üçün onların qarnının altına ilişdirirdilər. O zamana kimi ki, zəhlətökən an yenidən yetişirdi və fayton palçığa batırdı. Bu zaman kömək fəryadı yenilənirdi. Sən kömək təklif edilənə kimi gözləyirdin, sonra asta-asta səfərinə davam edirdin. Tez-tez mən həmin yoldan keçəndə keçən əsrdə palçığa batıb qalan, ona görə də unudulan səyahətçilər olan faytonlar görürdüm. Amma bu mənim başıma gəlməmişdi. Bu səbəbdən də güman edirəm ki, həmin yolla gedən hər kəs sonda öz təyinat nöqtəsinə yetişir. Əgər Yavadakı bütün yolların belə pis durumda olduğunu düşünürsənsə, yanılırsan. Marşal Dindelsin xeyli insan ölümü nəticəsində tikdirdiyi çoxşaxəli hərbi yol doğrudan da şah əsəridir. Və evdəki paxıl rəqiblərin çoxsaylı maneələrinə, əhalinin narahatlığına, müdirlərin narazılığına baxmayaraq, cəsarətlə, enerji ilə işi sona çatdırmağı bacaran adamın işinə heyran qalırsan. Hətta indi bu yol hər bir ziyarətçinin keçərkən faydalandığı, həyacanlandığı bir yoldur. Avropada poçtalyon atlar yoxdur. Hətta İngiltərə, Rusiya və Macarıstanda olanlar da Yavadakılarla müqayisə edilə bilməz. Yüksək dağlıq ərazilərdə, bədəni əsdirən uçurumlar kənarında yüklənmiş səyahət faytonları tam sürətlə hərəkət edir. Faytonçu sanki mismarlanmış kimi kabinada oturur, saatlarla, bəzən dalbadal günlərlə yerindən durmur və dəmir əli ilə ağır şallağı sağa-sola hərləyir. O, dağ yamacı ilə üzüaşağı dördnala çapan atları nə qədər sağa, nə qədər sola, harada və nə qədər meyilləndirməli olduğunu hesablayır ki, istədiyi yerə yetişə bilsin.

      – Aman Allah! (təcrübəsiz səyahətçi qışqırır) Biz indi aşağı yuvarlanıb parça-parça olacağıq, orada yol yoxdur. Bura uçurumdur! Bəli, görüntü budur. Yol burulur və adam dördnala çapan atların sərnişinləri uçuruma atacağını düşündüyü anda atlar çevrilir və fayton küncdən burulur. Tam sürətlə dördnala çapan atlar bir an öncə görünməz olan dağ döşünə qalxır və uçurum artıq geridə qalır.

      Bəzən faytona dönərkən yalnız arxa təkərlərin iç tərəfi dayaq olur, bu anlarda faytonun bütün ağırlıq mərkəzi yalnız arxa təkərlərin üzərinə düşür. Gözlərini yummamaq adama böyük cəsarət bahasına başa gəlir və Yavaya ilk dəfə səfər edən biri adətən Avropadakı ailəsinə yazır ki, o, həyatının ən böyük təhlükəsi ilə üzləşmişdir. Amma evi Yavada olan isə buna gülür.

      Oxucu, xüsusən də bu tarixçəni yazmağa başlayanda niyyətim heç də yerləri, səhnələri yaxud binaları təsvir etməklə vaxt hədər etmək deyildi. Boşboğazlığa oxşayan tövrlə səni məyus etməkdən çox qorxuram. Bu səbəbdən də sənin diqqətinə sahib olduğumu düşünənə kimi, baxışlarında, xarici görünüşündə dördüncü mərtəbədən tullanan qəhrəmanın taleyi ilə maraqlandığını hiss edənə qədər mən onu bütün cazibə qüvvəsi qanununa rəğmən havadan asılı qoymayacağam. Nə qədər ki, gözəl landşaftın yaxud binanın dəqiq təsvirinə ehtiyac var bunu edəcəyəm, amma onda adama elə gəlir orta əsrlər arxitekturası haqqında cildlərlə esselər yazıram. O qəsrlərin hamısı bir-birinə bənzəyir. Onlar dəyişməz olaraq hetrogen arxitektura nümunələridir. Əsas bina ona sonradan bu və ya digər kralın yürüşü zamanı birləşdirilən qanadlardan hər zaman daha qədim olur. Qüllələr bərbad, sökük durumdadır. Oxucu, ümumiyyətlə qüllə yoxdur. Qüllə bir düşüncədir, xəyaldır. Onlar “yarımqüllələr”, qülləciklərdir. Bu və ya digər müqəddəsin şərəfinə tikilən tikililərdə qüllə ucaltmaq fanatizmi onlar tikib bitirməyə yetəcək qədər davam etməmişdir və göyləri inanclı insanlara işarə etmək üçün qoyulan dirək nəhəng səthdə iki yaxud üç döyüşçü tərəfindən saxlanılır, bu isə sənə havadan asılı qalan, budu olmayan insanı xatırladır. Yalnız kənd kilsəsinin qüllələri dirəkləri ilə birlikdə tikilib yekunlaşmışdır.

      Geniş miqyaslı iş üçün olan coşqunun çox nadir hallarda işi bitirmək üçün lazım olan qədər davam etməsi qərb sivilizasiyası üçün çox da qürurverici deyil. Mən indi bitirilməsi üçün məsrəfləri qarşılamağın zəruri olduğu təşəbbüslərdən danışmıram.: mənim dəqiq nəyi nəzərdə

Скачать книгу