Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 10

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

qatdığını aşkar etmək iqtidarında olacaqlarmı? Mən belə düşünmürəm. Ola bilsin, pulla kömək ediblər, ola bilsin, daş və əhəng gətiriblər, ola bilər, eskiz çəkənə ödəniş ediblər ki, plan çəksin, bənnaya pul veriblər ki, daşı daş üstə qoysun. Amma bu binada bir şeir görən itirilmiş, amma eyni zamanda hörmətli etiqadlı insanlarla xeyli ucadan danışan qranit şeiri – daimi, yerini dəyişməz, davam edən, hər zaman orada olan mərmər şeiri kimi bir nəsnəni pul verib almaq olmaz.

      Bir gün səhər Lebak və Pandaqlanqın sərhədində qeyri-adi çaxnaşma gözə dəyirdi. Yolda yüzlərlə süvari vardı və ən azından min kişi – bu yerlər üçün bu rəqəm çox böyükdür – fəal gözlənti içində ora-bura qaçırdılar. Lebakın ərazi rəhbərləri, kənd böyükləri də öz adamları ilə orada idi. Və haşəsi başında, gözəl ərəb atına görə mühakimə etməli olsaq, deyə bilərik ki, hansısa önəmli bir məmur, haranınsa böyüyü də orada idi. Məsələ belə idi: Lebakın naibi RADEEN ADHİPATTİ, KARTA NATTA NEGARA Rankas-Betonu bir neçə adamın müşayiəti ilə tərk edib və yaşına rəğmən onun malikanəsini Pandaqlanqdan ayıran 12 ya 13 km. məsafəni qət edərək bura gəlib. Yeni asistent gəlirdi. Və adət hindlilərdə heç yerdə olmadığı qədər qanun gücünə sahib olduğundan burada səlahiyyətdə olan məmur onu toy-bayramla qarşılamalı idi. Nəzarətçi də həmçinin orada idi. O, orta yaşlı kişi idi və axırıncı asistentin ölümündən sonra vəzifəcə növbəti adam olduğundan bir neçə ay müddətində idarəetməni həyata keçirtdi.

      Yeni komendantın gəlişi haqda xəbər yayılan kimi tez tələsik pendoppo qaldırıldı. Yüngül qəlyanaltılar, bir neçə stul gətirildi və naib nəzarətçi ilə birgə keçib yeni rəhbərin gəlişini gözləməyə başladı. Geniş kənarlı şlyapanın, çətirin, yaxud oyuq ağacının ardından “pendoppo” əlbəttə ki, “dam” anlayışının ən sadə təcəssümü idi.

      4 yaxud 6 yerə basdırılmış başları bir- biri ilə bambuklarla bağlanmış, üstdən bu yerlərdə “atap” adlanan nəhəng palma yarpaqları düzülmüş bambuk çubuğu düşün, düşünə bildinsə, deməli “pendoppo” haqda anlayışın oldu. Gördüyün kimi çox asan tikilidir və burada “pendoppo”nun məqsədi “pied-a-terre” kimi, yəni avropalılar və yerli rəsmlərin yeni işə keçməsi ilə bağlı mərasimlər üçün xidmət etməkdir.

      Mən tərəfdən komendantı naibin müdiri adlandırmaq heç də tam doğru olmadı. Mən gərək hakimiyyət aparatının buralarda necə olduğunu izah edəm. Holland Hindistanı (Bu ifadəni düzgün hesab etmirəm, amma rəsmən belə işlənir.) adlanan ərazi ana ölkənin əhalisinə nəzərən götürüldükdə 2 çox aydın seçilən hissəyə bölünməkdədir.

      Bunlardan biri kralları və prinsləri Hollandların hakimiyyəti altına keçməyə razı olan, amma eyni zamanda öz hökümətlərini az və ya çox dərəcədə idarə etmə haqqını əllərində saxlayan tayfalardan ibarət idi. Bütün Yavanın aid olduğu digər bir bölüm isə kiçik, hiss olunmaz istisna ilə Hollandiyanın birbaşa və tam asılılığındadır. Burada söhbət heç bir müttəfiqlikdən, xəracdan yaxud vergidən getmir. Yava Holland ərazisidir. Holland kralı həm də onun kralıdır. Onun köhnə şahzadələrinin və lordlarının nəsli Holland funksionerləridir. Onları kralın adından ərazini idarə edən General Qubernator təyin edir, yerini dəyişir, vəzifəsini qaldırır, yaxud da işdən çıxardır. Cinayətkarlar Haaqadakı qanunlara uyğun mühakimə edilir və cəzalandırılır. Yava əhalisinin verdiyi vergi Hollandiya xəzinəsinə axır.

      Bu kitab əsas etibarı ilə Hollandiyanın ayrılmaz tərkib hissəsini təşkil edən bu ərazilərdən bəhs edəcək. General Qubernatora senat yardım edir. Amma bu senatın onun qanunlarını dəyişmək gücü yoxdur. Bataviada hökümətin bir neçə qolu şöbələrə bölünür, həmin şöbələrə direktorlar rəhbərlik edir. Onlar əyalətlərdəki komendantlarla General Qubernator arasındakı əlaqəni təmin edir. Yenə də siyasi xarakterli suallarla bağlı bu komendantlar birbaşa General Qubernatora müraciət edir.

      Komendant titulunun tarixçəsi Hollandiyanın federal supergücdən daha çox himayəçi rolunda olduğu vaxtlara gedib çıxır. Komendant rolunda bir neçə hakimiyyətdə olan şahzadə çıxış edirdi. İndi şəhzadalər yoxdur, komendantlar isə ərazilərin idarəedicilərinə çevriliblər, onlar mükəmməllik gücünə sahibləniblər. Vəzifələri dəyişsə də, adları elə həmin ad qalıb.

      Yavalı insanların gözündə Holland hakimiyyətini məhz həmin komendantlar təmsil edir. Həmin insanlar nə General Qubernatorları, nə Hind senatorları, nə Batavia direktorlarını tanıyırlar. Onlar yalnız birbaşa tabe olduqları komendantları tanıyır.

      Belə adlanan Komendantlıq – onların bəzilərinin bir milyon əhalisi var – üç, dörd, yaxud beş naibliyə bölünür. Hər bir naibliyin başında isə Komendant dayanır. Onların tabeçiliyində hakimiyyət nəzarətçilər, icraçılar və bir çox başqa məmurlar tərəfindən həyata keçirilir. Onlara vergi yığmaq, kənd təsərrüfatına nəzarət etmək, suvarma sistemi üçün tikililər ucaltmaq, polis və digər idarəetmə işlərində – məhkəmə qərarlarının icrasında – ehtiyac duyulur.

      Hər bir departamentdə komendanta yüksək çinli yerli məmur kömək edir. Onlara naib deyirlər. Adı naib, özü departamentindən və hökümətdən maaş alan məmur olsa da, o, hər zaman ölkəsinin yüksək zadəgan sinfinə, çox zaman həmin ərazini müstəqil, suveren rayon kimi idarə edən şahzadə ailəsinə aid olur. Şahzadələrin keçmiş feodal təsirlərindən istifadə etmək Hollandiyada yayılmış siyasətdir. Asiyada belə yerlər çoxdur və bu təsir əksər tayfalar və onların başçıları tərəfindən öz dinlərinə bərabər tutulur. Çünki həmin məmurlar kral tərəfindən pul ödənilən məmurlara çevirməklə bir növ ierarxiya yaradılır, başda isə General Qubernatorun simasında Holland höküməti durur.

      Günəşin altında yeni nəsə yoxdur. Alman imperiyasında Marqarevlər, Burqarevlər eyni yolla alman imperatoru tərəfindən təyin edilmirdimi?! Və onlar əsasən baronlar arasından seçilmirdimi? Zadəganlığın kökü haqqında uzun-uzadı danışmadan – bu kifayət qədər aydındır – mən burada istərdim ki, Hind adaları boyunca müşahidələrimə əsasən eyni səbəblərin eyni nəticələrə gətirdiyi haqqında müşahidələrimi bu kitaba daxil edim. Əgər bir ölkə çox uzaq məsafədən idarə edilməlidirsə, bu zaman mərkəzi gücü orada təmsil etmək üçün sənin funksionerlərə ehtiyacın var. Beləcə Romalılar hərbi despotizm sistemləri altında legionlardakı generalların içindən fəth etdikləri ölkələri idarə etmək üçün generallar seçirdilər. Amma sonradan Alman imperiyası fəth etdiyi ərazilərin əhalisini maddi vasitələrlə deyil, başqa yollarla öz əlində saxlamağa çalışdıqda Uzaq əyalətdə mənşə, dil və adət oxşarlığı olan ərazilərin imperiyaya daxil olduğu hesab edilən kimi, həmin əraziyə bələd olan, oranı yaxşı tanıyan bir hakimin təyin edilməsi zərurəti yaranırdı. Amma bu kifayət etmirdi, həmin adamın öz həmvətənlərinin yanında hörmətli olması, imperatorun əmrlərinə tabeçiliyin hərbi itaətkarlıqla daha asan həyat keçirilə bilməsi üçün onun vəzifəsi də qaldırılırdı. Onun yanında həmin əmrlərin icrasına nəzarətə kömək edən komandası olurdu. Bununla da ordunun saxlama xərclərinin ya tamamilə, ya da qismən dövlət xəzinəsi hesabına ödənilməsindən qaçmaq olurdu. Yaxud, çox vaxt elə olurdu ki, ordunun

Скачать книгу