Uşağı necə sevməli. Yanuş Korçak
Чтение книги онлайн.
Читать онлайн книгу Uşağı necə sevməli - Yanuş Korçak страница 9
İkinci nümunə.
Körpə şıltaqlaşır, narazı olur, döşdə olarkən, bələnmə zamanı, vannada, yatağını dəyişəndə sakitləşir. Səpki qaşıntısı bu uşağa əzab verir. Mənə səpkinin olmadığını deyirlər. Mütləq olacaq. İki ay sonra o, meydana çıxır.
Üçüncü nümunə.
Yeni doğulmuş körpə özündə olmayanda əllərini əmir, hər cür xoşagəlməz hissiyyatları, o cümlədən, səbrsiz gözlənti əsəbililiyini səmərəli, ona yaxşı tanış olan əmmə ilə aradan qaldırmaq həsrətindədir. Ac olanda, ya da içmək istəyəndə, qədərindən artıq yemlənəndə, ağzında xoşagəlməz dad hiss eləyəndə, ağrı duyanda, qızdıranda, bədəni, yaxud diş əti qaşınanda yumruğunu əmir.
Həkimin dişlərin tez çıxacağını vəd etməsi, körpənin isə çənə, yaxud diş ətlərində xoşagəlməz duyğular hiss etməsi, dişlərin də bir neçə həftə ərzində görünməməsi hardan meydana çıxıb?
Bəlkə çıxan diş hələ sümükdə olarkən xırda sinir çıxıntılarını qıcıqlandırır?
Buynuzu çıxana kimi dananın analoji iztirab çəkdiyini əlavə edirəm.
Sxem belədir: əmmə instikti – ağrıdan qurtulmaq üçün əmmə, həzz, yaxud qüsur kimi əmmə.
31
Təkrar edirəm: Körpənin psixi həyatının əsas leytmotivi, məzmunu naməlum stixiyalarının, xeyir və şərinin ona doğru üzdüyü ətraf aləmin sirrini əldə etməyə canatmadır.
O, əldə etmək istəməklə, dərk etməyə can atır.
Təkrar edirəm: yaxşı əhval-ruhiyyəsi onun obyektiv tədqiqatlarını yüngülləşdirir, orqanizminin dərinliklərindən gələn bütün xoş olmayan hissiyyat, birinci növbədə ağrı, şüurun aydınlığını dumanlandırır. Buna əmin olmaqdan ötrü ona sağlam, nasaz və xəstə vaxtlarında nəzər salmaq lazımdır.
Yeni doğulmuş körpə ağrı keçirərək, yalnız qışqırmır, qışqırığı eşidir də, onu udlağında hiss edir, yumulmuş kipriklər arasından aydın olmayan tərəddüdlü cizgilərlə duyur. Bütün bunlar güclü və düşməncəsinədir, dəhşətli və anlaşılmazdır. O bu anları lazımi kimi yadda saxlamalı, onlardan qorxmalıdır və hələ özünü tanımayaraq, onları təsadüfi obrazlarla əlaqələndirir. Burada, ehtimal, yeni doğulmuş körpənin bir çox izaholunmaz simpatiyaları, antipatiyaları, qorxuları və qəribəlikləri kök salıb.
Yeni doğulmuş körpə intellektinin inkişafının tədqiqi ağlasığmaz dərəcədə çətin işdir, çünki o vaxtaşırı dərk edir və unudur, bu inkişafda sakitlik və reqress (geriləmə – tərc.) nailiyyətlərinin bir çox dövrləri vardır. Ehtimal, bunda onun əhval-ruhiyyəsinin dayanıqsızlığı vacib, bəlkə, hətta, müəyyənedici rol oynayır.
Körpə əllərini öyrənir. Onları irəli uzadır, sağa və sola aparır, gözlərindən uzaqlaşdırıb, yaxınlaşdırır, barmaqlarını aralayır, yumruqlarını sıxır, onlarla danışır və cavab gözləyir, sağ əlilə solu tutur, əlini uzadır, oyuncağı götürür və əlinin qəribə şəkildə dəyişmiş cizgilərinə baxır, oyuncağı bir əlindən o birinə keçirir, dodaqları ilə öyrənir, dərhal ağzından çıxarır və asta-asta, diqqətlə yenə baxır. Oyuncağı tullayır, odeyalın düyməsini dartır, onun müqavimətinin səbəbinə baş aparır. O əylənmir, lənət şeyrana, gözlərinizi geniş açın və onda iradi səyi qeydə alarsınız – o anlamaq istəyir. O, laboratoriyadakı, hələlik ağlına batmayan, fövqəladə dərəcədə vacib məsələyə diqqət verən alimdir.
Uşaq öz münasibətini qışqırıqla qəbul etdirir. Sonradan bunu sifətinin mimikası və əllərlə, nəhayət, nitqlə etməyə başlayır.
32. SƏHƏR OBAŞDAN, SAAT BEŞ
O oyanıb, gülümsəyir, qığıldayır, əllərini gəzdirir, oturur, qalxır. Ana isə hələ yatmaq istəyir.
İki istəyin, iki tələbatın, iki toqquşan eqoizmin münaqişəsi – bir prosesin üçüncü mərhələsi: ana iztirab çəkir, körpə isə həyata daxil olur, ana doğuşdan sonra dincəlməlidir – uşaq yemək istəyir, ana yatmaq istəyir – körpə oyaqlığa susayıb. Belə dəqiqələr hələ çox-çox olacaq. Bu, əyləncə deyil, işdir, hisslərini özünə etiraf etməyə mərdliyin olsun və onu ödənişli dayənin əllərinə verərək, hətta həkim bacarmayacağını sənə desə də, “istəmirəm”i özünə etiraf et, axı həkim həmişə sənə sərfəli və rahat olanı deyəcək.
Belə də ola bilər: ana öz yuxusunu uşağına verir, amma əvəzində ödəmə tələb edir – əzizləyir, öpür, isti, çəhrayı, ipək kimi xırda bədəni özünə sıxır. Nəzərə al: bu, ananın ürəyinin deyil, bədəninin məhəbbətilə gizlədilmiş və maskalandırılmış həyəcanlı hissiyyatlılığın şübhəli aktıdır. Əgər körpə həvəslə qucaqlaşacaqsa, yüzlərlə öpüşdən qızararaq, sevincdən parıldayan gözlərlə sənə sıxılacaqsa, bil: sənin erotizmin onda əks-səda tapıb.
Onda nə etməli, öpüşlərdən imtinamı edilməli? Öpüşü şüurlu dozalarda əhəmiyyətli tərbiyə faktoru kimi etiraf edərək, bunu tələb edə bilmərəm. Öpüş ağrını sakitləşdirir, kəskin sözləri, xatırlatmaları yumşaldır, peşimançılıq oyadır, səyi mükafatlandırır, o, sevginin rəmzidir və belə təsir edir. Bununla belə, əgər bu qəribə körpəni özünə sıxma, tumarlama yanğısı sənə şübhəli görünmürsə, istədiyin kimi et. Heç nəyi qadağan etmirəm, heç bir əmr vermirəm.
33
Mən südəmər uşağın qutunu açıb-örtməsinə, daşları götürüb-qoymasına, onu silkələyib, qulaq asmasına, bir yaşlı uşağın möhkəm olmayan ayaqlar üzərində, stulun ağırlığı altında əyilərək, onu itələməsinə, inəyin “muu” olduğu deyilən iki yaşlı uşağın “Ama-muu” – Ama itin adıdır – əlavə etməsinə və qanunauyğun səhvlər etməsinə baxanda və bunları qeydə alıb, dərc etmək lazım gələndə; məktəblinin mülkiyyətində yüzlərlə iş üçün “gərək ola bilən” mismarlar, qaytanlar, cındırlar, şüşə qırıqları aşkara çıxaranda: o, dostları ilə kimin daha uzağa tullanacağından yarışanda, öz küncündə eşələnəndə, nə isə düzəldəndə, “Mən ağac haqqında fikirləşərkən başımda xırdaca ağacmı var?” – deyə soruşaraq, ümumi oyun təşkil edəndə; dilənçiyə yaxşı qiymət üçün iki qəpik deyil, qoca və kasıb olduğuna və tezliklə öləcəyinə görə bütün varidatı olan iyirmi altı qəpiyini verəndə; yeniyetmə, bacısının rəfiqəsi gələcək deyə, pırpızlanmamasından ötrü kəkilini tüpürcəkləyəndə; qız məktubda mənə, niyəsini izah etmədən, dünyanın alçaq, adamların isə vəhşi olduğunu yazanda; gənc qürurla öz qiyamçı, mahiyyətcə isə bunca bayağı, çoxdan qıcqırmış fikrini bəyan edəndə zərifliklə