Keçmişdən gələn səslər. Болеслав Прус

Чтение книги онлайн.

Читать онлайн книгу Keçmişdən gələn səslər - Болеслав Прус страница 16

Жанр:
Серия:
Издательство:
Keçmişdən gələn səslər - Болеслав Прус

Скачать книгу

günlərdə rahatlığını almış əzablara yenisi əlavə olundu: Anelka onun barəsində nə fikirləşir? Birdən onun da öz fikirlərinin olduğunu başa düşdü. Arvadının fikri onu narahat etmirdi, onu aldatmağa öyrəşmiş və passiv mütiliyə öyrəşdirmişdi. Amma bu gün gözlənilmədən səhnəyə sevdiyi və sevildiyi, işıqlı və sadəlövh ağlı şüursuz olaraq cavaba can atan yeni varlıq çıxmışdı: niyə ata həyatda belə müxtəlif prinsiplərlə idarə olunur? Niyə özü kömək xahiş edir, ancaq başqalarına kömək etmək istəmir? Niyə kasıblara işləməyi tövsiyə edir, özü isə bikardır?

      O öz mühakimələrində, yəqin, hədsiz uzağa getmişdi. Anelka hələ prinsiplərin nə olduğunu başa düşmürdü və atasını hərəkətlərinin ziddiyyətliliyinə görə mühakimə etmirdi. O yalnız atasının növbə ilə iki maska geydiyini və öz həqiqi sifətini onların arxasında gizlətdiyini hiss edirdi. Uşaqlıqdan, demək olar, bu günə qədər tanıdığı atası bir maskadır. Digər maskanı bu gün gördü və bu yerdə gözləri açıldı.

      Axı əsl atası hardadır? O kimdir? Öz sədr xalasını sevən, yoxsa kasıb qohumu evdən qovan? Arabaya görə iyirmi quruş ödəmək iqtidarında olmayan insanlara nifrət edən, ya şən və qayğısız halda böyük borclar edən? Biçənəyin heyvanlar tərəfindən korlanmasına görə Qaydaya acıqlanan, yainki nökərləri, öküzləri və torpağı aclıq çəkən? Anasını öpən və eyni zamanda yanında Şmula onun ölümü barəsində danışmağa imkan verən?..

      Ikisindən hansı onu və Yuzeki sevən atasıdır? Hər gün özü üçün siqara yarım manat sərf edən və ana üçün dərmana heç vaxt pulu olmayan?

      Nəhayət, atası ilə necəsə bağlı olan bu pani Veys kimdir?

      Kasıb qohumun gəlişi və nənəyə məktub layihəsi pan Yan üçün əsl bədbəxtlik oldu. Bu hadisələr qızının qəlbində ağır şübhələrin dondurucu burulğanla soxulduğu qapı açdı. Anelka bütün ev əhlini: elmli mürəbbiyəni də, xəstə anasını da, məkrli Kivalskayanı da, sadiq Karusyanı da başa düşürdü. Yalnız atasını başa düşməyə son vermişdi. Atası onun gözlərində ikiləşirdi və həqiqi görkəminə heç cür nəzər sala bilmirdi.

      Bu arada Anna xala panna Valentina ilə tanışlığı bərpa etməyə macal tapmışdı və qohumlarının evində soyuq qəbulu unudaraq (gəlişinin kəndlilərlə danışıqların gedişinə təsir edəcəyi onun ağlına gələ bilməzdi), həvəslə boşboğazlıq edirdi. Onun təbiətinə məyusluq və kinlilik xas deyildi.

      – Oh, əzizim, – deyirdi, – əlamətlərə inanmaq lazımdır… Məsələn, məndə bir həftədə iki əlamət oldu. Bir dəfə, yuxuma, bağışlayın, bütünlüklə bitləndiyim girdi. Oho, deyə fikirləşirəm, deməli, həyatımda həlledici saat gəlib. Baxmayaraq ki, etiraf edim, yuxulara inanmıram. Bitlər müvəfəqiyyəti bildirir. Axı həmişə allaha dua etmişəm ki, qoca yaşımda mənə hansısa hörmətli ksöndzün yanında təsərrüfat müdirəsi yeri göndərsin. Buna görə də, bir anda, bu günlərdə mütləq mənə belə bir yerin çıxacağını başa düşdüm. Pani, bilirsiniz, hətta hər şey haqqında pan Saturninə danışdım və tikiş maşınıma, masama, ütümə və qalan köhnə-kürüşə alıcılar axtarmağa başladım.

      –Bəs, eyni zamanda, bu yerin başqasına çatacağı yuxunuza girməyib ki? – mürəbbiyə istehzalı təbəssümlə soruşdu.

      – Bitirməyə imkan verin… Beləliklə, deməli, pan Saturninə yuxu gördüyümə görə bu gün-sabah köçüb gedəcəyimi dedim, o isə – sizin kimi, az inamlıdır, məni lağa qoydu: “Yuxu aldada bilər, doğruluq üçün sizə fal açılmasın?” Mən isə ona belə dedim: “Gülün, gülün, mən isə həqiqətən fal açacağam…” Bir qarıdan xahiş etdim: o, üç dəfə dalbadal kart açdı və hamısı bir çıxdı: sarışından xoş xəbər gözləməli və qaraşından ehtiyatlanmalı…

      – Ağbəniz kimdir ki?

      – Hörmətli ksöndz belibağlı quşu kimi çaldır…

      – Bəs qarabuğdayı? – deyə panna Valentinə gülməyini dayandırmadan öcəşdi

      – Aydındır ki, sizin yaramaz anbardar – deyə xala cavab verdi.

      – O?… Qarabuğdayı?.. O daha çox şabalıdı saçlıdır!

      Xala başını silkələdi.

      – Oy-oy! Siz pan Saturninin tayısınız, sanki bir-biriniz üçün yaranmısınız!

      – O necədir? –deyə mürəbbiyə qızararaq, soruşdu.

      – Sağ-salamatdır və pis yaşamır. Hey sizi xatırlayır.

      – O?.. Məni?.. – deyə pani Valentina çiyinlərini çəkərək, səsləndi.

      Xala səsini endirdi:

      – E, belə iddiasız olmayın! O, gəncdir, xoşagələndir, artıq dörd yüz manat maaş alır… Hələ hamı ona necə hörmət eləyir! Axı o, sadəcə, dahidir! Filosof kimi ağıllıdır və üstəlik də əla rəqs edir… Bir dəfə mən onunla vals oynayanda…

      – Siz hələ də rəqs edirsiniz?

      – Mən? – deyə xala barmağını sinəsinə döyərək, soruşdu. – Mənim heç qırx yaşım da yoxdur, məni illər deyil, iş qocaldıb… Bax, hansısa hörmətli ksöndzün yanında yaşasaydım…

      – Necə bəyəm, pan Saturnin əvvəlki kimi çox oxuyurmu? – deyə mürəbbiyə onun sözünü kəsdi.

      – Kitabları bütöv arabalarla udur, inanırsınızmı, pani? Tez-tez çay içmək və ucadan mütaliə etməkdən ötrü yanıma gəlir, hələ necə, tutulmadan, ifadə ilə oxuyur! Ona tez-tez deyirəm: “Dincələydiniz – axı artıq xırıldayırsınız!” O isə: “Razı olardım (bu yerdə həmişə ucadan ah çəkir) , ancaq…məni əvəz etməyə heç kəs yoxdur, panna Valentina da yoxdur…”

      – Ah, əl çəkin! Komplimentlərə, üstəlik də yerindəcə quraşdırılanlarına dözə bilmirəm! – deyə mürəbbiyə hiddətləndi.

      Xala incik şəkildə ona baxdı.

      – Vicdanım haqqı, – o, sinəsinə döydü, – heç nə quraşdırmıram! Hər dəfə mənimlə rastlaşanda sizin barənizdə soruşur…

      – Yəqin mənim heç də gözəl olmadığımı unudub…

      – Gözəllik nəyinizə gərəkdir?.. O sizin ağlınız qarşısında diz çökür! Dinləyin, sizə daha nə deyəcəyəm: bir dəfə öz xatirələri ilə mənim lap zəhləmi tökəndə ona birbaşa dedim: “Onunla evlənəydiniz və iş bitəydi, yoxsa boş sözlərinizlə qulaqlarımızı aparmısınız”. O isə cavabında: “Məgər o mənə gələr?” Sifəti elə yazıq oldu ki, inanırsız, pani, az qala, ağlayacaqdım. Bu yerdə sanki ayıldım: indi sizinkilərə baxdığım kimi onun gözlərinə baxdım, çiyninə vurdum və dedim:

Скачать книгу