Keçmişdən gələn səslər. Болеслав Прус
Чтение книги онлайн.
Читать онлайн книгу Keçmişdən gələn səslər - Болеслав Прус страница 17
– Bəs cənablar hanı? – deyə xala soruşdu. – Onları görmək və təşəkkür etmək istərdim…
– Cənab pan yatır, pani isə nasazdır, – lakey belə cavab verdi.
Belə saymazlıq kasıb qohumu dərindən incitdi. Onun dodaqları əsdi.
– Deyiləcək kimi deyil, doğmalar sizi yaxşı qəbul edir… – deyə panna Valentina qeyd etdi.
– E, mən onlardan incimirəm! Onlar ağalardır, mən isə adi dərziyəm. Indi öz işlərilərində qanları qaradır, başqalarına kömək etməyə nə vaxtları, nə də vəsaitləri var, o hayda deyillər!
O, qumaş kimi qırmızı panna Valentinanı öpdü və arxa qapıdan həyətə keçərək, arabaya istiqamətləndi.
Birdən küncdən Anelka onun qarşısına sıçradı və onun əlindən yapışaraq, pıçıldamaqla, isti-isti öpdü:
–Xala, mən sizi həmişə sevəcəyəm!..
Gözlənilməzlikdən yana xala göz yaşlarına boğuldu.
– Allah sənə xeyir-dua versin, bala! – dedi. –Sən əsl mələksən!..
Ancaq qız onu görmələrindən qorxaraq, artıq qaçıb getmişdi.
Həmin axşam panna Valentina sərçələrə ikiqat çörək payı doğradı. Yaxınlıqda heç kəsin olmadığına əmin olaraq, pəncərə altlığına dirsəkləndi və qüsurla oxudu:
Ey çiçəklərim, sevgidən necə
Əzab çəkdiyimi ona danışın.
Bu, elmli qarımış qızı pan Saturninə elçilik edənəmi aid idi? Eləcə naməlum qaldı.
Sevən qəlbin izharından daha çox öskürməni xatırladan oxuma ətrafdakıların əhval-ruhiyyəsi ilə heyrətləndirici dərəcədə həmahəng deyildi. Əvvəllər belə şən ev sahibi kədərli idi; ev adamlarından ən həyat eşqlisi Anelka da qəmlənirdi: əvəzində dodaqları indiyə kimi yalnız kəskin xəbərdarlıq və nəsihətlər üçün açılan qadın oxuyurdu. Bundan da dünyada sevincin heç vaxt ölmədiyi görünürdü. O bir ürəkdə sönərək, digərində parlayır.
ALTINCI FƏSİL
Bazar günü idi. Adətən, demək olar, adamsız olan yolun üzərində xeyli arabanın və kosteldən evə gedən mömin icma üzvlərinin qaldırdığı toz burulurdu. Zaman-zaman boz səmadan və yanğın tüstüsü kimi yuxarı qalxan ağımtıl dumandan başqa heç nəyi fərqləndirmək olmurdu. Toz külək tərəfindən kənara aparılanda isə yolda uzun araba və piyada sırası görünürdü. Bəzən yaşıl tarlaların fonunda ağ at sayrışırdı, ya da kiminsə plaxtası (əldə toxunma zolaqlı qalın qadın paltarı – tərc.) tünd-mixəyi sermyaqalar (qaba mahuddan qaftan – tərc.) arasında ağarır, yaxud da qadın yaylığı tünd-göy sürtukla yanaşı al qırmızı ləkə kimi yanırdı. Bu canlı zəncir daim hərəkət edirdi. Bəzi yerdə ilan kimi qıvrılır, bəzi yerdə ox kimi düz idi, bəzi yerdə isə başıpozuq şəkildə ayrı-ayrı dəstələrə dağılır və nəhayət, çay nohura axıb töküldüyü kimi, yolda əmələ gəlmiş tıxaca tökülürdü. Bu yerdə artıq ətraf təbiətin rəngləri görünmürdü – yalnız saman saralır, arabaların taxtaları bozarır və mixəyi sukmanlar, sarı şlyapalar, qadın dəsmalları və parlaq rəngli tumanlar əlvan kütləyə qarışırdı.
Külək təkərlərin taqqıltısını, kişilərin qışqırtısını, qadınların çığırtılı səslərini, at kişnərtisini uzağa yayırdı. Bu basabas qont (damüstü ensiz, nazik taxtalar – tərc.) damlı böyük ağ tikintinin yanında baş verirdi. Girişin üzərindəki çardağı yetəri qədər kütləli, yuxarı və aşağı getdikcə daralan, ortasında isə çəlləkşəkilli dörd şalban saxlayırdı. Bu, Şmulun icarəyə götürdüyü meyxana idi və burada adamlar kostyoldan geri yolda qarınlarını bərkidirdilər.
Meyxananın yanında arabalar sıx dayanır, oxları bir-birinə toxunur və birilərinin dişlələri dugərlərinin çəpərlərinə girirdi. Sifətlərinə yarma torbaları asılmış atlar boyunlarını əyir və səbrsizliklə dodaqlarını tərpədir, yemə toxunmağa və aclıqlarını söndürməyə boşuna güc verirdilər. Bəxti daha çox gətirənlər sifətlərini qarşılarında dayanmış arabalara dürtür və özgə otunu həzzlə çeynəyirdilər. Tülək kürəkli bir kəhər axta at onlardan nümunə götürmək istədi və otun ətrilə yoldan çıxaraq, daim başını yanda dayanmış arabaya doğru döndərməyə çalışdı. Ancaq bu sol gözü çəp axta at ota deyil, incik bir atın sifətinə soxuldu və o, qulaqlarını yatıraraq, ciyilti ilə kişnədi və yazıq əlili dişlədi.
Hamısının yekununda milçək topası ac və qıcıqlanmış atlara hücum etdi. Zəhlətökən həşəratlar onların göz qapaqlarına, sifətlərinə, burun deşiklərinə yapışır və bədbəxt qurbanlar daim səslərini əsdirir, dırnaqlarını torpağa çırpır və quyruqları ilə milçəkləri qovurdular və bu onlara çətin başa gəlirdi. Yalnız qocalıqdan gözlərinin altında dərin çökəklər yaranmış, ağır zəhmətdən isə böyürləri sürtülmüş və qabaq ayaqları qövsvari əyilmiş, hamıdan qabaqda bağlanmış axta at, sanki mürgüləyən kimi, farağat dayanmışdı. Bəlkə qocanın yuxusuna təmiz yulaf dolu axur, yaxud da, dayça olaraq, örüşün şirəli otunun üstü ilə azadlıqda qaçdığı və gənc dişi atlara mehribanlıq etdiyi və – təəssüf! – ahıl yaşında hər cür marağını itirdiyi xoşbəxt, tez uçub getmiş zaman gəlirdi.
Dəhliz və meyxana adamla dolu idi. Bir neçə qız qapıdan baxaraq gülüşür və çöldə dayanmış oğlanlarla oynaşırdılar, oğlanlar isə onların əllərindən yapışır və meyxanadan, analarının sayıq gözlərindən uzağa çıxarmağa çalışırdılar. Sağda, sobanın yanında qadınlar skamyada yerləşmiş və ətrafda dayanmışdılar. Solda və giriş qapısının qarşısında uzun masaların arxasında skamyalarda kişilər əyləşmişdilər. Onların arasına isə qalanlarının dostcasına hiddətini doğuran yalnız bir qadın – sırtıq qışqırıqçı əsgər arvadı soxulmuşdu.
Adamlar oturmağa yer olmayan otağın ortasında da basabas salmışdılar, sağ küncdə, baryerin arxasında isə bufet piştaxtası vardı. Burda polyak qız araq süzür, Şmulun arvadı isə qara, ancaq möhkəm sürtülmüş atlas paltarda kimdən nə qədər pul alınacağını hesablayırdı.
Burda hər şey, əşyalar da, adamlar da özündə keçid mərhələsinin izini daşıyırdı. Burda bütünlüklə adətlərə və böyüklərin iradəsinə müti gənclərə və bununla yanaşı, yayılaraq, hansısa hörmətli sahibin düz burnuna tüstü buraxmaqla, bir quruşluq papiros çəkən gəncə də rast glmək olardı. Enli yanları olan saman şlyapalar arasında artıq kartuzlar 9qabağı günlüklü furajkalar – tərc.) da sayrışırdı. Yaşıl araq qədəhciyi ilə yanaşı, masaların üzərində şirin nalivka (meyvə şirəsindən hazırlanan spirtli içki – tərc.) və araq üçün hündür ayaqlı yonma qədəhlər