Dissident sorağında (1956-1986). Əli Şamil
Чтение книги онлайн.
Читать онлайн книгу Dissident sorağında (1956-1986) - Əli Şamil страница 2
Merkulov V.N. – Sovet Sosialist Respublikaları İttifaqı Dövlət Nəzarəti Naziri;
Kobulov B.Z. – Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirinin müavini;
Qoqlidze S.A. – Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirliyinin 3-cü idarəsinin rəisi;
Meşik P.Y. – Ukrayna SSR Daxili İşlər Naziri;
Dekanozov V.Q. – Gürcüstan SSR Daxili İşlər Naziri;
Vlodzimirski L.E. – Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Nazirliyinin Xüsusi İşlər Üzrə İstintaq idarəsinin rəisi.
Azərbaycanda da vəziyyət çox gərginləşmişdi. Məğlubedil-məz sayılan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov İosif Stalinin və Lavrenti Beriyanın yaxın dostu kimi həbs edilərək güllələnmişdi. Döv-lət Təhlükəsizlik Komitəsi – DTK (Bu təşkilat dünyada Rus di-lində deyildiyi kimi, KGB şəkilində yazılır. Biz isə onu Azər-baycan Türkcəsindəki qısaltma şəkili ilə DTK yazacağıq), DİN (Daxili İşlər Nazirliyi) işçilərinin böyük bir qismi həbs edilmiş, işdən qovulmuş, kommunist partiyası sıralarından xaric edilmiş və müxtəlif təzyiqlərə məruz qalmışdı.
Partiya-sovet təşkilatlarında rəhbər vəzifə tutanların da bir qismi yaranmış vəziyyətdən istifadə edərək dövlət idarələrində milli kadrların sayının artırılmasına, Azərbaycan dilinin dövlət idarələrində işlək dilə çevrilməsinə çalışmış, hətta “vətənə xəyanət” suçu ilə ittiham edilərək Qazaxıstana, Qırğızıstana, Özbəkistana sürgün edilmiş Axısqa Türklərinin bir qisminin Azərbaycan Sovet Sosialist Respublikasına qayıdaraq burada yaşamalarına imkan yaratmışdı.
Nisbi yumşalma, partiya-sovet işçiləri, yaxın keçmişin DTK əməkdaşları arasında yaranmış çaşqınlıq gənclərin kiçik gizli dərnəklər yaratmasına, antisovet vərəqələr yazaraq yaymasına şərait yaratmışdı. Çox təssüf ki, bu dərnəklər haqqında nə xatirələr yazıldı, nə də DTK arxivlərində hansı sənədlərin olub-olmadığını bildik. Partiya-sovet, təhlükəsizlik işçiləri arasında çaşqınlıq yaransa da, mühafizəkar, öz işinə ürəkdən bağlı məmurlar həmişəki kimi vəzifə başında ayıq-sayıq dayanmış, həbsləri, təqibləri davam edirmişlər.
Hətta Hippokrat andı içmiş həkimlər belə psixi xəstəxanalarda işləyəndə DTK məmurlarının əmrlərini yerinə yetirmişlər. 1967-ci ildə siyasi baxışlarına görə DTK tərəfindən istintaqa cəlb olunmuş Rafiq Turabxanoğlu (Abdullayev) da psixi xəstəxanada “müalicəyə” göndərilmişdi. O, xəstəxanada “müalicə edilənləri”n vəziyyətindən söz açarkən yazır: “Adamlara verilən əziyyətdən xeyli sarsıldım. Ancaq nə edə bilərdim?”
Rafiq Turabxanoğlu qapalı psixi xəstəxanada “müalicə” olunanları bir neçə qrupa bölür və o qruplardan biri haqqında yazır: “…cüzi bir kontinget də qələm adamlarından ibarət idi. Belələrini yüksək dövlət adamlarını tənqid edən yazılar yazıb dost-tanış arasında yaydıqları üçün mə
1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasındakı münasibətlərin yaxşılaşması və NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə “soyuq müharibə”dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu.
1970-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı ilə Almaniya Federativ Respublikası, Almaniya Federativ Respublikası ilə Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı, ABŞ, İngiltərə və Fransa arasında Batı Berlinə dair dördtərəfli sazişin, 1972-ci ildə Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikası arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa Müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı.
1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının Ümumavropa Müşavirəsi keçirildi. Müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutacaqları haqqında Yekun aktı imzaladılar. Bu sənəd Sovet Sosialist Respublikaları İttifaqında yaşayanlara da öz təsirini göstərdi.
Sovet Sosialist Respublikaları İttifaqı rəhbərliyi məcburiyyət qarşısında qaldığından, sözdə də olsa, dünya düzəninə uymağa çalışır, bəzi beynəlxalq sənədləri imzalayır, bu da insanların az bir qisminin də olsa, haqsızlığa etirazını açıq bildirməsinə səbəb olurdu. Lakin bu narazılıqlar ölkə mətbuatında, radio-tele-viziyalarında öz əksini tapmırdı. Xarici radiolar, “Azadlıq”, “Amerikanın səsi”, “Bi-bi-si” kimi radiolar Sovet Sosialist Res-publikaları İttifaqı və sosialist ölkələrində baş verənlər haqqında verilişlər hazırlayıb yayırdılar. Həmin radioların dalğalarının vu-rulması, eşidilməz edilməsi üçün Sovet Sosialist Respublikaları İttifaqında nə qədər güçlü cihazlar hazırlansa da, o dalğaların qarşısını tam almaq mümkün olmurdu.
Xarici ölkələrə turist səfərləri nə qədər məhdudlaşdırılsa da, turistlər və işlə bağlı xaricə ezamiyyətə gedənlər üzərində nəza-rət nə qədər gücləndirilsə də, onlar gördüklərini məhdud dairədə də olsa danışırdılar. Hakimiyyətdən, quruluşdan narazılığın mətbuata çıxması mümkün olmasa da, onun lətifələr şəkilində yayılmasının qarşısını almaq imkansız idi.
Sovetlər Birliyi çokməyə başladıqdan, Mixail Qorbaçovun “qlasnost”(aşikarlıq), “perestroyka” (yenidənqurma) şüarlarından sonra mərkəzi mətbuat Sovet Sosialist Respublikaları İttifaqında baş verən böyük cinayətlər, şişirtmələr (“pripiskalar”), rüşvətxorluqlar haqqında yazmağa başladı. Azərbaycan mətbuatı isə bu mövzuya 1990-cı ildən sonra yer verdi.
Azərbaycan mətbuatında, xüsusən qeyri-rəsmi qəzetlərdə dissidentlər haqqında məqalələr çap olundu. “Ayna” qəzetinin əməkdaşı İsmayıl Umudlu dissidentlər haqqında məqalələr verməklə kifayətlənmədi, 1999-cu ildə Bakıdakı “Oğuz eli” nəşriyyatında “Sovet dönəmi Azərbaycanda dissident fikir cərəyanları (faktlar, hadisələr, şəxsiyyətlər)” adlı 68 səhifəlik bir kitab da çap etdirdi.
1990-cı il oktyabrın 30-da,