Dissident sorağında (1956-1986). Əli Şamil
Чтение книги онлайн.
Читать онлайн книгу Dissident sorağında (1956-1986) - Əli Şamil страница 5
1993-cü ildə Xalq Cəbhəsi hakimiyyəti təhvil verdikdən sonra təşkilatın fəallarına qarşı təqiblər və təzyiqlər başlandı. Təşkilatın fəallarına qarşı qanunsuz həbslər, muvəqqəti saxlamalar, alçaltmalar, fiziki zorakılığa məruz qalmalar o yerə çatdı ki, polisin əlindən qurtaranların bir çoxu “Sovet dövründə belə qəddarlıqlar görməmişdik”, “Ermənilər bunlardan insaflıdır” – deyərək ya intihar etdilər, ya da mühacirətə getməli oldular. Bütün inqilablarda inqilabçılara divan tutulması haqqında çox oxumuşdum. “İnqilab öz balalarını yeyir!” ifadəsi də az qala zərb-məsələ çevrilmişdi. Uzun illər hakimiyyəti devirməyə, dəyişikliklərə can atanlar istəklərinə çatdıqda birgə mübarizə apardıqları insanları məhv etməyə başlayırlar.
Təqib və təzyiqlərə dözərək, vətəni tərk etməyənlər də oldu. Onların arasında mübarizəni davam etdimək istəyənlər işsizliklə, aclıqla, alçaldılmalarla üzləşdilər. Səfalətə, təqiblərə, təzyiqlərə dözməyib iqtidarın əl buyruqçusuna çevrilənlər də oldu. Bəziləri isə ölkənin demokratikləşdirilməsi naminə ictimai-siyasi fəaliy-yətlərini davam etdirmək üçün xarici təşkilatlardan qrant aldılar. Bu, çox perspektivli görünsə də, repressiyanın təzyiqi altında səmərəli nəticə vermirdi.
Həmin dövrdə ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota Azərbaycana tez-tez gəlirdi. Elçibəyin tapşırığı ilə Arif Rəhimoğlu və dostları Azərbaycan Milli Demokratiya Fondunu yaratdılar. Fondun ilk prezidenti Arif Rəhimoğlu olsa da, az sonra o, Elçibəylə razılaşaraq bu təşkilatdan uzaqlaşdı. Mən isə təşkilatın təsis toplantısından əvvəl oradan uzaqlaşmışdım. Buna baxmayaraq, Arif Rəhimoğlundan sonra Azərbaycan Milli Demokratiya Fondunun işini aparan, Xalq Cəbhəsi fəallarından Ülvi Mürsəl oğlu Həkimovla tez-tez görüşürdük. Təşkilatın elə güclü iqtisadi bazası olmadığından Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin İçərişəhərdəki ofisinin iki otağında yerləşmişdi. Bir neçə bilgisayarı, faksları, üzçıxarma aparatları və s. vardı. Yəni texniki avadanlıqlar da çatışmırdı. Təşkilatı Ülvi Həkimovun fədakarlığı yaşadırdı.
1998-ci ilin avqustunda Ülvi Həkimov Polşadakı KARTA təşkilatının Şərqi Avropadakı sosialist respublikalarının dissidentləri haqqında ensiklopediya nəşr edəcəyini dedi. Həm də gileyləndi ki, onlara yardım edəcəklərini söyləyənlər indi sözlərinin üstündə durmurlar – 5 nəfər dissident haqqında məqaləni hazırlayıb göndərmək problemə çevrilib. Ülvi bəy KARTA-dan göndərilmiş məktubların bir neçəsini mənə verdi. Orada Azərbaycana 5 yer ayrıldığı halda, bizimlə qonşu olan Gürcüstana 45, Ermənistana 40, hətta əhalisi az qala Azərbaycandan beş dəfə az olan Estoniyaya 40, əhalisi və ərazisi təxminən Azərbaycandan 2,5 dəfə az olan Albaniyaya 40 yer ayrılmışdı. Bu ayrı-seçkilik məni narahat etdiyindən Ülvi bəyə məqalələri hazırlayıb göndərəcəyimi söylədim. Həmin vaxt Azərbaycan Milli Ensiklopediyasında işləyirdim. 5 məqalə hazırlamaqda o qədər çətinlik çəkməyəcəyimi düşünürdüm.
Ülvi bəy “DS”-nin Polşadakı qərargahı ilə aramızda vasitəçi oldu. Oturmağa otaq, yazmağa bilgisayar, əlaqə saxlamağa telefon, necə deyərlər, əldə bir manat pul olmadan işə başladım. Ülvi Həkimov bu işlərdə bizə yardım elədi. Polşadan internetlə göndərilən məktubları və təlimatları kağıza köçürüb mənə verirdi. Mənim əlyazma şəkilində cavablarımı Rus dilinə çevirtdirib göndərirdi.
Oradan məqalələri hazırlamaq üçün keçmiş dissidentlərə qələmhaqqı göndərdiklərini, lakin ciddi bilgi ala bilmədikləri haqqında giley məktubu da yazdılar. Təskinlik məktubu yazdım. Bildirdim ki, qələmhaqqı önəmli deyil, gördükləri iş önəmlidir, buna görə imkanımız daxilində gərəkli köməkliyi edəcəyik. Onlar da bizə “DS” üçün materialların necə toplanması, toplanan materiallar əsasında məqalələrin yazılması, yazılan məqalələrin quruluşu və rəyə verilməsi haqqında təlimat göndərdilər.
Ensiklopediyada işlədiyimdən bu işin ağırlığını anlayırdım. Amma geri çəkilməyə də vicdanım yol vermirdi. Buna görə də, təlimat əsasında “DS”-nin Azərbaycan qrupunun layihəsini hazırladıq. 1998-ci il sentyabrın 3-də Azərbaycan Milli Demokratiya Fondunun prezidenti Ülvi Həkimovun rəhbərliyi ilə ilk toplantımız keçirildi. Qərara aldıq ki, qrupun tərkibi aşağıdakı kimi olsun:
1. Ülvi Mürsəl oğlu Həkimov (Azərbaycan Milli De-mokratiya Fondunun prezidenti) – layihə rəhbəri.
2. Əli Hüseyn oğlu Şamilov (Azərbaycan Milli Ensiklopediyasının qrup rəhbəri) – koordinator.
3. Əzizə Ağaəli qızı Şamilova (Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi) – baş redaktor.
4. Vəfa Qüdrət qızı Saleh (Azərbaycan Milli Ensiklopediyasının redaktoru) – redaktor.
5. Ruqiyyə Cəmilli – Rus dilinə tərcüməci-operator.
6. Sara Məmməd qızı Abdullayeva (Azərbaycan Xarici Dillər Universitetinin Magistratura tələbəsi) – İngilis dilindən tərcüməçi.
Məsləhətçi və elmi redaktorlar:
1. Prof. Dr. Cəmil Həsənli.
2. Prof. Dr. Nəsib Nəsibzadə
3. Prof. Dr. Şövkət Tağıyeva
İnformator- məsləhətçilər:
1. Nadir Ağayev – dissident.
2. Sabir Yanardağ – dissident.
3. Asəf Kərimov – dissident.
4. Oqtay Eldəgəz – publisist.
5. Tahir Aydınoğlu – publisist
6. Yaşar Türkazər – ictimai fəal.
“DS”-nin Polşadakı mərkəzinə qrup haqqında bilgi verdik. Onlar da bizimlə razılaşdılar. Qrupun 12 sentyabr 1998-ci ildə keçirilən toplantısına “Xalq” qəzetinin redaktor müavini Tahir Aydınoğlu, “Ayna” – “Zerkalo” qəzetinin əməkdaşı İsmayıl Umudlu, Asif Ata Ocağının övladı Safruh (Elman Əliyev), Hikmət və Fikrət Ələfsər qardaşları və b. qatıldılar. İsmayıl Umudlu mətbuatda dissidentlərdən və repressiya qurbanlarından ən çox yazan jurnalistlərdən idi.
Həmin dövrün mətbuatında yazılanlara, şəxsi tanışların xatirələrinə əsaslanıb aşağıdakı siyahını tərtib etdik:
1. Cahid Hilaloğlu (Şirinov) – (1929. Ağdam ş. – 30.05.1991. Ağdam ş.);
2. Çingiz