Pinokiyo. Карло Коллоди

Чтение книги онлайн.

Читать онлайн книгу Pinokiyo - Карло Коллоди страница 5

Pinokiyo - Карло Коллоди Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

əl-ayağı bir-birinə dolaşdı, sonra da özünü itirib yerə yıxıldı.

      Pinokkionun ürəyi dözmədi, ağanın ayaqlarına düşüb ağlamağa başladı:

      – Onu bağışlayın, əlahəzrət! Ya da elə məni ocağa atın. Qoymaram ki, yazıq Arlekin mənim yerimə ölsün!

      Pinokkionun bu sözləri bütün kuklaları kövrəltdi. Hətta taxtadan düzəldilmiş mühafizəçilər də ağlamağa başladılar. Mancafokonun ürəyi bu dəfə də dözmədi. O, yenidən asqırmağa başladı. Asqırıb qurtardıqdan sonra isə qəfildən Pinokkionu qucaqlayıb dedi:

      – Sən yaxşı oğlansan! Bu gün mən quzu ətini ala-çiy də yeyə bilərəm. Lakin gələn dəfə belə olmayacaq!

      Kuklalar Arlekinin bağışlandığını eşidəndə səhnəyə qaçıb bütün işıqları yandırdılar, dan yeri ağarıncaya qədər oxuyub-oynadılar.

      Mancafoko ertəsi gün Pinokkionu yanına çağırıb ondan başına gələnləri nağıl etməsini istədi. Pinokkiodan atasının fədakarlığı barədə öyrənən ağa ona beş qızıl sikkə verib tapşırdı ki, bu pulları qoca Ceppetoya çatdırsın.

      Pinokkio teatr sahibinə xeyli minnətdarlıq elədi, kuklaların hamısını öpdü, mühafizəçiləri bağrına basdı və xoşbəxt şəkildə evə tərəf yola düzəldi.

* * *

      Çox getməmişdi ki, küçədə Axsaq Tülküyə və Kor Pişiyə rast gəldi. Kor Pişik Axsaq Tülkünün qolundan yapışmışdı ki, rahat gəzə bilsin. Əvəzində isə Axsaq Tülkü hər iki gözü tutulmuş Pişiyə bələdçilik edirdi.

      Taxta Oğlancığazı görən Tülkü onu yanına çağırıb mehribanlıqla təzim elədi və dedi:

      – Sabahın xeyir, Pinokkio.

      – Sabahın xeyir. Adımı haradan bilirsən?

      – Sənin atanı yaxşı tanıyıram.

      – Onu harada görmüsən?

      – Axşam gördüm. Evinizin yanında dayanmışdı.

      – Nə edirdi?

      – Əynində nazik köynək vardı və soyuqdan möhkəm titrəyirdi.

      – Yazıq atam! Lakin şükürlər olsun, bundan sonra o, soyuqdan titrəməyəcək.

      – Nə üçün?

      – Çünki mən artıq varlı adamam.

      Tülkü istehzayla güldü:

      – Sənsən varlı adam?

      Pişik də istehzayla gülümsədi.

      Pinokkio əsəbiləşdi:

      – Burada gülməli heç nə yoxdur! Ürəyiniz paxıllıqdan partlasa da, deyəcəyəm, əgər belə işlərdən ağlınız nəsə kəsirsə, bilin ki, mənim beş qızıl sikkəm var.

      Pinokkio pulları çıxarıb onlara göstərdi.

      Tülkü soruşdu:

      – Bu pulları neyləyəcəksən?

      Taxta Oğlancığaz həvəslə cavab verdi:

      – İlk növbədə atama yeni gödəkçə, sonra özümə əlifba kitabı alacağam. Məktəbə gedəcəyəm, dərslərimi yaxşı oxuyacağam və sənət sahibi olacağam.

      Onlar bir müddət birlikdə getdikdən sonra Axsaq Tülkü qəfildən dayandı və üzünü Pinokkioya tutub dedi:

      – İstəyirsən, qızıl sikkələrin qatbaqat artsın? Beş sikkə dönüb yüz, min, hətta iki min olsun? Bu, çox asandır. Bizimlə Axmaqlar ölkəsinə getməyin kifayətdir.

      Pinokkio bir dəqiqə düşündü, sonra isə qətiyyətlə dedi:

      – Yox, getmirəm. Evdə məni atam gözləyir. Yazıq qoca, yəqin, dünən evə qayıtmadığım üçün çox narahatdır. Heyif ki, mən yaramaz uşaq olmuşam. Gərək Danışan İşıldaböcəyin sözlərinə qulaq asaydım. O, çox haqlı idi. Düz deyirdi ki, sözə baxmayan uşaqların axırı yaxşı olmur. Bax dünən axşam Mancafokonun teatrında başıma gəlməyən qalmadı. Az qala ölümdən döndüm. Ax, ax, indi də yadıma düşəndə qorxudan tir-tir əsirəm!

      – Yaxşıca düşün, Pinokkio, qismətinə təpik atma, – deyə Axsaq Tülkü təklifini təkrarladı.

      Kor Pişik də Tülkünün sözlərinə qüvvət verdi:

      – Tülkü haqlıdır. Məncə də, qismətinə təpik atma!

      Axsaq Tülkü yenidən dilləndi:

      – Unutma, beş sikkən sabaha qədər iki min sikkəyə çevrilə bilər.

      Kor Pişik bu dəfə də onun sözlərinə qüvvət verdi:

      – Düz deyir. İki min sikkəyə çevrilə bilər!

      Pinokkionun heyrətdən ağzı açıla qaldı.

      – Axı bu necə ola bilər?

      Tülkü cavab verdi:

      – Deyim, qulaq as. Axmaqlar ölkəsində yerləşən Sehrli Tala barədə, yəqin ki, eşitmisən. Orada bir çala qazıb içinə bir sikkə qoyursan, üzərini torpaqla basdırırsan, üstünə iki vedrə su, bir çimdik də duz tökürsən, axşam sakitcə uzanıb yatırsan. Gecə sikkə böyüyür, ağaca çevrilir, sonra gül açır, səhər gün çıxandan sonra talaya gəlib görürsən ki, orada gözəl bir ağac bitib, üstündə də saysız-hesabsız güllər – sikkələr var. Beləcə, hər sikkə beş yüz yeni sikkəyə çevrilir, beşi beşə vur, deməli, səhər sənin iki min beş yüz qızıl sikkən olacaq.

      Pinokkio bu dəfə sevincdən atılıb-düşməyə başladı:

      – Mən həmin sikkələri yığıb iki minini özümə götürəcəyəm, qalan beş yüzünü isə sizə bağışlayacağam.

      Tülkü bu sözlərdən incidi:

      – Bizə bağışlayacaqmış. Allah eləməsin! Biz özümüzçün çalışmırıq, biz yalnız başqalarını varlandırmaq istəyirik.

      Kor Pişik Axsaq Tülkünün son sözlərini təkrarladı:

      – …başqalarını varlandırmaq istəyirik.

      Pinokkio fikirləşdi ki, Tülkü də, Pişik də çox mərhəmətli və namusludurlar, onlara inanmaq olar. Beləcə, bir anda atasını da, ona almağı vəd etdiyi yeni gödəkçəni də, əlifba kitabını da unutdu. Dedi:

      – Elə isə, yubanmayaq! Axmaqlar ölkəsinə yollanmağın

Скачать книгу