Romantizm və romantika. Vurğun Əyyub
Чтение книги онлайн.
Читать онлайн книгу Romantizm və romantika - Vurğun Əyyub страница 3
Azərbaycan romantizmini vətəndaşlıq xarakterinə və miqya sına görə rus ədəbiyyatının dekabrist romantizmi ilə müqayisə etmək olar. Maraqlıdır ki, rus ədəbiyyatında da "vətəndaşlıq", "vətəndaş" sözləri ilk dekabrist sayılan romantik şair V. F.Rayevskinin leksikonunda işlənmişdir. Rus sovet ədəbiyyatşünaslığın da dekabrist poeziyası Q. A.Qukovski tərəfindən "vətəndaşlıq ro mantizmi" (95,176) kimi səciyyələndirilmişdir. Bizim milli ədə biyyatşünaslıqda isə professor Y.Qarayev həmin termini Azər baycan romantizminə aid etmişdir. (55) Azərbaycan romantik li rikasının tədqiq tarixinə etdiyimiz müxtəsər ekskursdan aydın olur ki, müxtəlif münasibətlərlə təhlil olunsa da, müəyyən fikir və mülahizələr söylənsə də, indiyə qədər heç bir tədqiqatçı ro mantiklərimizin vətəndaşlıq lirikasının xüsusiyyətlərini ayrıca el mi problem kimi öyrənməyi qarşısına məqsəd olaraq qoymamış dır. İndi vəzifə bu vətəndaşlığın hansı konkret mövzu və prob lemlərdə, üslub xüsusiyyətlərində, bədii ifadə vasitələrində, qəh rəmanlar qalereyasında, qoyulmuş problemin bədii-estetik həlli nə yanaşmada və sairədə necə əksini tapmasını meydana çıxar maqdır.
Bu tədqiqatın aktuallığını şərtləndirən aşağıdakılar olmuşdur. Azərbaycan romaltiklərinin lirikasında geniş əksini tapan vətən pərvərlik və humanizm, azadlıq, bərabərlik və qardaşlıq ideyala rı, mövcud quruluşa amansız nifrət, utopik gələcəyin qızğın tə rənnümü, qadın azadlığı, maariflənmək çağırışları bu lirikanı və təndaşlıq lirikası kimi səciyyələndirməyə əsas verir. Biz tədqiqata cəlb etdiyimiz elimi əsərlərdən gördük ki, ədəbiyyatşünaslığımız da Azərbaycan romantizmi və onun tərkib hissəsi olan romantik lirikanın tədqiqinin müəyyən tarixi vardır. Onilliklər ərzində müxtəlif fikir mübadilələrinin yekunlarından biri kimi ədəbiyyat şünaslarımız belə bir yekdil qənaətə gəlmişlər ki, Azərbaycan ro mantik lirikasını xarakterizə edən ən əsas cəhət onda vətəndaşlıq ideallarının güclü olmasıdır. Məhz həmin cəhət ədəbiyyatımızın klassika xəzinəsinə daxil olmuş romantik lirikanın müasirliyə xidmətini şərtləndirir. Azərbaycan gəncliyinin fəal vətəndaş ola raq tərbiyə edilməsində Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının bədii-estetik gücü, bağlı olduğu ideallar, əsaslandığı dəyərlər vətəndaşlıq mövqeyinin fomalaşdırılmasına səfərbər olunmalıdır.
Tədqiqatımızın əsas məqsədi, 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq məzmununu konkret problemlərdə, qəh rəman axtarışlarında bədii inikas xüsusiyyətlərini elmi təhlilə cəlb etməkdir.
Tədqiqat ədəbiyyatşünaslığımıza aşağıdakı elmi yenilikləri təqdim etməkdədir. Tədqiqat işi bütövlükdə elmi-nəzəri xarakter daşıyır. İndiyə qədər Azərbaycan romantiklərinin lirikası haqqın da söylənilmiş ayrı-ayrı fikir və mülahizələr, yazılmış tədqiqatlar bu araşdaırma üçün zəmin rolunu oynamışdır. Lakin indiyə qədər Azərbaycan romantizmində vətəndaşlıq lirikası ayrıca problem kimi işlənilməmişdir. Problemin qoyuluşu və işlənmə tərzi bu araşdırmanın yenilikləri sırasındadır. Biz burada romantik liraka-nın vətəndaşlıq xarakterini təyin edən ən əsas motivləri və on ların ətrafında deyilmiş fikirləri elmi-nəzəri səviyyədə ümumiləş dirməyə təşəbbüs göstərmişik. 20-ci əsrin əvvəllərinin mətbuatın dan toplanmış bəzi faktlar müxtəlif problemlərin elmi şərhində köməkçi vasitə rolunu oynamışdır. Bu tədqiqat əsəri yazılarkən M.Hadinin elmi-publisistik məqalələri toplu şəkildə əlimizdə yox idi. Ayrı-ayrı məsələlərin izahı ilə əlaqədar həmin məqalələr üçün 20-ci əsrin ilk iki onilliyinə məxsus mətbuata müraciət edi lərək, yeni faktlar üzə çıxarılmışdır.
Romantiklərimizin təsiri ilə yazıb-yaradan Ə. Q.Bakuyi, A.Qa-ibzadə, Ə.Səbur, A.Mərəndi, Ə. M.Sərabi kimi şairlərin əsərləri həmin dövrə məxsus mətbuat orqanları və kitablardan üzə çıxa rılaraq tədqiqata cəlb edilmişdir. İndiyədək məlum olmayıb ilk dəfə bizim tərəfimizdən haqqında danışılan faktlar sırasında M. Cəlalın "Ədəbiyyatda romantizm" adlı məqaləsini də qeyd etmək istərdik.
Tədqiqat işinin üçüncü fəslində problemin qoyuluşu bizim ədəbiyyatşünaslıq üçün yeni hesab olunmalıdır. Ədəbiyyat şünaslığımızda, ümumiyyətlə, romantik qəhrəman haqqında söh bət getsə də, romantik lirikada müsbət qəhrəman axtarışlarından danışılmamış və ya çox az bəhs edilmişdir. Azərbaycan roman tizminin müxtəlif məsələləri, bəzi şeirlərin janrı və metodu və s. ilə bağlı aparılan elmi mübahisələr, ədəbiyyatşünaslığımızın uğurları əsasında çıxarılan nəticələr də tədqiqatımızın elmi yenilikləri sırasına daxil edilməlidir.
Azərbaycan romantiklərinin vətəndaşlıq lirikası haqqında el mi təsəvvürləri genişləndirən bu əsər ayrılıqda götürülmüş bir romantikin vətəndaşlıq lirikası haqqında tədqiqat işi yazılmasına imkan açır, fakt, problem zənginliyinin mövcudluğunu sübut edir. Bundan başqa tədqiqatımızın nəticələrindən orta məktəblər də, texnikum və universitetlərdə romantik şairlərin yaradıcılığı nın öyrənilməsinə xidmət edib, şagird və tələbələrin vətəndaşlıq tərbiyəsində müəyyən rol oynaya bilər.
I fəsil
Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yaziçinin vətəndaşliq mövqeyi məsələsi
Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının elmi təd qiqinə onların ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsinin hansı şəkildə qoyulduğunu öyrənilməsin dən başlamaq vacib və zəruridir. Çünki romantik lirikanın vətən daşlıq məzmunu və keyfiyyətini meydana çıxarmaq üçün yazıçı nın vətəndaşlıq mövqeyi və bu barədə nəzəri mülahizələri bir fon təşkil edir. 20-ci əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri gö rüşlərinə həsr olunmuş tədqiqlərin (75,127–261; 43) elmi dəyərini azaltmadan, deməliyik ki, həmin araşdırmalarda romantiklərimi zin yazıçının vətəndaşlıq mövqeyi barədə fikirləri xüsusi prob lem kimi öyrənilməmişdir. Əslində bu bəzi çətinliklərlə də bağlı olmuşdur. Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifest-lə gəlməmişdilər. Onların ədəbi-nəzəri görüşləri bədii yaradıcılıq prosesində, ədəbi mübarizələrdə yaranır, formalaşır, elan olunur du. Onların bədii yaradıcılıqları bu ədəbi döyüşlərdə möhkəm lənir, yeni keyfiyyətlər qazanırdı. Elə buradan irəli gələrək ro mantiklərimizin ədəbi-nəzəri görüşləri onların bədii əsərlərində, yoldaşlıq məktublarında, xüsusi ədəbi gecələrdə, müsamirələrdə, müxtəlif mövzulara həsr edilmiş məqalələrində, kitablarına yaz dıqları müqəddimələrdə şərh edilmişdir. Göründüyü kimi ro mantiklərimizin nəzəri görüşlərinin təbliği yolları və vasitələri məhdud və azdır. Lakin bunların da hamısı bizə gəlib çatmamış dır. Təkcə bunu demək kifayətdir ki, K.Talıbzadənin göstərdiyinə görə, XX əsrin əvvəllərində