Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə Əzizə

Чтение книги онлайн.

Читать онлайн книгу Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə страница 6

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə Xatirə ədəbiyyatı

Скачать книгу

onun sevimli minik atları idi. Boz madyan, qara madyan daima yadıma boğaz gəlir. Analığım onları minməyə qoymaz, “bala salar” – deyərdi. Mən də onları sulamaq üçün Pirsaata aparanda minməz, elə noxtanın ucundan yapışıb aram-aram təpədən çaya enən cığırla gedərdim. Bu məni heç fərəhləndirməzdi. Əsl bayramım atam kənddən, ya şəhərdən qayıdanda olurdu. Bu zaman o, atın yəhərini alan analığıma yəhəri yerləşdirmək haqqında əmrlər verə-verə mehriban, hər şeyi anlayan qonur gözlərlə mənə baxardı. Mən isə Kəhər dayın, ya da Bozatın yüyənindən tutub gözləyər, suya aparmazdan əvvəl həyətdə təri soyutmaq üçün o baş-bu başa gəzdirərdim. Atın kifayətcə soyuduğuna nəzər yetirən atam çoxdan həsrətlə gözlədiyim əmri verərdi:

      – Di apar…

      Elə buna bənd idim, çılpaq ata sıçrayıb, yüyəni əlimə dolar, boynumu Kəhərin qara yalına tərəf əyib götürülər, analığımın “Allah, sən saxla” çığırtısına da qulaq verməzdim. Kəhərlə bir-birimizi elə başa düşürdük ki, elə bil iki canda bir qəlb idik. Yalına yatanda canımız birləşir, ürəklərimiz bir döyürdü. At məni götürüb yorğalayır, evdən aralanan kimi ayağımın yüngül hərəkətindən məqsədimi anlayıb dördnala çapırdı, hayıf ki, özümü qartal kimi hiss etməyim heç üç dəqiqə də çəkmirdi. Evimizdən Pirsaata qədərki məsafə Kəhər üçün nə idi ki?.. Kəhər suya girəndə tələsmir, aram-aram suyun ən təmiz yerinə irəliləyir, qara, yumşaq dodaqlarını dibindəki ağ xırda daşlar belə görünən bərrak5 suya salıb sümürür, arabir başını qaldırıb qarşı sahildəki çəmənə baxır, bala-bala ona mane olan yüyənin kəmçəsini göyşəyir və bu zaman onun qara dodaqlarından şeh kimi parlaq damcılar axıb şıppıltı ilə çaya tökülürdü. Bu zaman Kəhərin boynuna doğru əyilib, yüyənin kəmçəsini ağzından çıxarıb burnunun üstünə tərəf itələyəndə minnətdarlıq duyulan səslə yavaşdan kişnəyir, sonra yenə su içməyə cumurdu. Kəhər suyu içdikdə böyürləri aşkarca qarnına tərəf sıxılmış qıçlarımın altında qalxır, sanki qovuqlanırdı… At suyu içib doyandan sonra dal-dalı geriləyir və sudan çıxırdı. Bu zaman onu evə tərəf deyil, kəndin arxasındakı Ağuçqundan İncəbelə tərəf gedən düz yola döndərir və daimi marşrutuma bələd olan at dördləmə götürülür, Pirsaat vadisində əsən mehdən də sürətlə irəli uçurdu. Yol dağın döşünə, kəndimizin qəbristanı başlanan yerə qədər uzanırdı. Burdan o yana Şamaxı poçt yoluna çıxan cığıra keçməyib, atı kəndə qaytarır və bu 5 dəqiqəlik yolu bir neçə dəfə o baş-bu başa çapıb kəndə, evimizin qabağına gəlirdim. Kəhərin çaparağında evin daşı titrəyirdi. Analığım məni “Allah, sənə şükür”lə qarşılayır, atam bir söz demədən yüyəni əlimdən alır və atı tövləyə çəkirdi. Burada hər ikimiz köməkləşib onu qaşovlayır, yalını səliqəyə salır, məxmərlə tozunu alır və qarşısına arpa-saman tökürdük. Kəhərə arpa verməyi atam heç kəsə etibar eləmirdi. O, qədərincə arpanı xəlbirə götürüb tövlənin qapısına işığa gəlir, bir də xəlbirləyir, içinə düşən daş-kəsəyi diqqətlə seçir, sonra axurun yanına gəlib, sağ əllə səbirsizliklə ayağını yerə döyən atın boynunu şappıldadır, aram səslə kişnəməsinə gülümsəməklə cavab verib, sağ əlilə samanın ortasını çalalayır və səliqə ilə arpanı bura tökürdü. Kəhər qara, yumşaq dodaqlarını qılçıqlı arpanın üstünə elə yumşaqlıqla basırdı ki, elə bil arpa deyil, olduqca yumşaq nəsə götürür.

      2000-2003

      Məşədi Böyükağa və Hacıağa əmilər67

      Mənə çox vacib olan iki kiçik hadisəni danışmaq istəyirəm. Bunlar Meşədböyükağa əmimin qardaşı Hacıağa əmimin həyatı ilə bağlı, anektoda bənzər bir şey olsa da, olmuş, həqiqi, biri gördüyüm, biri də atamın gördüyü, danışdığı hadisədir.

      Çox qəribə kişi idi. Balacaboy, arıq, cılız idi, amma çox biliyə malik, sərt səsnən danışan kişi idi, çığıra-çığıra. Əsəbi adam idi. İki də arvadı var idi. Bir gün bu arvadlar dalaşır, nə təhər olursa, bu gəlir arvadları ayırmağa:

      – Ay köpək qızları, bəsdirin, – deyib arvadları ayırmaq istəyəndə arvadlar bunu itələyirlər, evdə də yaxında yekə ehsan qazanı var imiş, kişinin arxa hissəsi düşür ehsan qazanının içinə, əlləri və ayaqları qalır bayırda, çığırır, – Ay köpək qızları, əl verin mənə, durum.

      Arvadlar ikisi də başlayırlar gülməyə və heç birisi əlini uzatmır. Elə bu dəmdə Meşədböyükağa girir içəri, görür bu kişini. Bunu da qah-qah tutur, ancaq hər halda böyük qardaşıdı, əlini uzadır qaldırsın. Deyir:

      – Əşi, day bundan sonra bu qazanda ehsan bişirmək doğru deyil. Sən o qazanı xarab elədün.

      İkinci hadisə özümlə əlaqədardı.

      Həmin Meşədböyükağa əmim Badam bibimi, yəni özünün əmisi qızını qaralamışdı. Meşədböyükağa əmi, ümumiyyətlə, hansı kəndə, hansı rayona gedirdisə, orada bir ev tikir, siğə eliyirdi özü üçün mütləq. Bir gün mənə doktorluğu müdafiə eləyəndən sonra dedi ki, artıq alimliyini təsdiq edirəm, sənin kəsdiyin kəbinə dururam. Bibinin kəbinini kəs. Al bibivi mənə. Dedim, baş üstə.

      “Yox” deyə bilməzdim. Gəldim. Badam bibi bizə gəlmişdi. Dedim, bibi, bəs Meşədböyükağa əmi səni istəyir və mənim kəsəcəyim kəbinə durur. Dedi:

      – Nə deyirəm ki, mən də razıyam. Amma bir şərtlə. Əmindən soruş ki, sabah bazara gedəcək, dolu zənbilnən əvvəl mənim qapımdan içəri girəcək, ya Tutunun?

      Tutu əmimin birinci arvadı, öz dayısı qızı, kəbinli arvadı idi. Bütün övladlarının anası idi. Çox mehriban, gözəl insan idi.

      Bir dəfə Meşədböyükağa əmim bizə gələndə növbəti dəfə (tez-tez gəlirdi) soruşdum ki, əmi, sən hansı qapıya gedəcəksən? Bibim deyir, bazardan gələndə səbətnən, zənbilnən əvvəl hansı evə gələcəksən? Badam bibinin qapısından girəcəksən, ya Tutu əmidostumun? Dedi ki:

      – Bıy, əlbəttə, öz evimə, Tutunun yanına.

      Dedim:

      – Hə, onda bibimnən əlini üz.

      Bu söhbətdən bir qədər sonra kəndə getmişdim. Tava kəndində bizim qədimdən bir ailəvi dostumuz var idi. Rza kişi, karvançı idi. Qədimdən karvanla bağlı bir sıra şeylərin əksəriyyətini ondan eşidib öyrənmişdim. Həmin bu Rza kişinin çox gözəl xanımı var idi. Zərif, qəşəng qaraca kənd qadın idi. Amma çay üstündə8 bişən beçə çığırtmasını onun kimi bişirən olmurdu, özü də bilirdi ki, bunun aşiqiyəm. Təcili surətdə beçə çığırtmasını hazırlayıb, elə gətirib tavanı ortaya qoyanda bu yandan Qubalıdan (1-2 kilometrəcən araları var idi), Zahacalı əmim gəlib çıxdı. Ay xoş beş, on beş, ay dayı nəvəsi, səni xoş gördük. Məni qucaqlamaq, öpmək, dəm-dəstgahnan təbrik eləmək… Yan-yanaşı əyləşdik. Başladıq beçə çığırtmasını

Скачать книгу