Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə Əzizə

Чтение книги онлайн.

Читать онлайн книгу Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə страница 8

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə Xatirə ədəbiyyatı

Скачать книгу

– deyə 2-ci şöbə soruşanda Osman müəllimin adını vermədim, “Atamın kitablarındandır” – dedim. Atam isə 1939-cu ildə artıq vəfat etmişdi və KQB onu məzarından qaldırıb kitab məsələsini “həll edə” bilməyəcəkdi. Osman müəllimin adını versəydim, “gənc nəslin, komsomolçunun tərbiyəsinə xələl gətirir” deyə çək-çevirə salacaq, bəlkə, tutacaqdılar da. Qərəz ki, həmin kitaba görə məni universitetdən qovdular. Doğrudur, sonra, o vaxtlar maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimovun müdaxiləsi, rektorumuz gözəl insan və alim, professor Qarayevin və dekanımız şair Məhəmməd Hadinin bacısı oğlu, şübhəli şəkildə həlak olmuş Həbibulla Səmədzadənin yardımıyla məni universitetə ekstern yolu ilə qaytardılar. Amma artıq parta, mühazirələr görə bilmədim. Universiteti ekstern yolu ilə bitirdim. Deyə bilərsiniz ki, bunun Şeyx Fərəcullah həzrətlərinə nə dəxli var? Bilavasitə dəxli var. Anam bu hadisədə KQB müdaxiləsi və çək-çevirə salındığımı görüncə Şeyxi qorudu. Məni ondan ayırmalı oldu. Çünki Allah eləməmiş, onun mənə gizli dərs verdiyi bilinsəydi, çək-çevir daha da uzanacaq, qəlizləşəcək və şübhəsiz ki, Şeyxə ziyanı dəyəcəkdi. Dərsim yarımçıq qaldı. Amma bu gün də o ilk müəllimimin dərsarası söhbətləri, izahatları gözümün önündə canlanmaqda, sırğa olub qulaqlarımdan asılmaqdadır. O elə mehriban, elə həlim, elə bağışlamağı, günahı əfv etməyi bacaran adam idi ki!.. Mənim kimi nadinc, intizamsız şagirdə necə dözdüyünə indi də heyranam. O mənə təkcə çərəkə, Quran oxumaqla qalmırdı. Həyatda rast gələcəyim və gəldiyim hadisələri elmin anlaya biləcəyim başqa sahələri haqqında ağ bığları arasından incə təbəssümlə tərpənən dodaqlarıyla elə izahatlar, məlumatlar verirdi ki, indi də yadımdadır. Şeyximin dərsə hazır gəlmədiyim, verdiyi yazıları yazmadığım günlərdə bu bığaltı təbəssümlə, həlim səslə “neynək, sabah yazıb gətirərsən. Yükün ikiqat artıq olacaq amma. Dünənki, bugünkü tapşırıq. Az deyil ki? Bəlkə, çoxdur, azaldaq?” deyirdi. Qıp-qırmızı qızarar, bu nəcib insanın, bu səmimi, bağışlaya bilən müəllimin, yüksəkdən səsini eşitmədiyim kişinin demədiyi, göstərmədiyi iradı məni içdən qovururdu. Mənə çoxlu ərəb məsəlləri öyrətmişdi. Onları sonralar ədəbi yazılarımda – roman və povestlərdə işlətdiyim olub. Dərslərimiz dini mahiyyətdən çox ədəbi səciyyə daşıyırdı, şeirlə, nəsihətamiz məsəl və atalar sözləri ilə keçirdi.

      Şeyximdən dərsdə ayrılsam da, əlaqəm kəsilmədi. “Molla Nəsrəddin”, “Qadın azadlığı”, Sabir, Mirzə Cəlil və başqa yazıçılarımızın, şairlərimizin qadın məsələsiylə bağlı məqalələrini, ümumiyyətlə, qadın məsələsində marağımı təmin etmək üçün tez-tez ona müraciət edir, Quranın harasında, hansı surəsində bu haqda nələr deyildiyi, Allah kəlamında qadın məsələsini öyrənmək üçün evinə gedirdim. Ona birinci belə müraciətlə yolda – Aşağı Dağlıq küçəsi ilə Bir may küçəsinin kəsişdiyi yerdə yaxınlaşdım. Dediyim kimi, ağsaqqalların əhatəsində dayanmışdı. Aralıda durub intizarla tək qalmasını gözləyirdim. Başa düşdü ki, ona nəsə demək istəyirəm. Ətrafındakılara nə dediyini bilmirəm, ondan bir addım kimi aralandılar. İşarəylə məni yanına çağırdı. Gəlib mətləbimi deyəndə nazik-nazik, xəfifcə gülümsədi:

      – Mübarək olsun, – dedi, – eşitdim, müdafiə eləmisən. Amma evi ki tanıyırsan. Qapım həmişə üzünə açıqdır. Belə suallara küçədə cavab almaq…

      Sözünü bitirmədi. Sonralar onlara ara-sıra gedər, məni narahat edən maraqlandığım fiqhə, təfsirlərə dair suallarıma cavab alardım. Xüsusilə, Mirməhəmməd Kərim axundun tərcümə və təfsir etdiyi türkcə üçcildlik Quranı əldə edib alıb oxumağa başlayandan sonra heç vaxt cavabsız qoymadı məni. Heç vaxt o nadinc şagirdinə ağır üz göstərmədi. Rəhmətlə yad edirəm.

      Aspiranturada mərhum Əli Azəri, Ələsgər müəllim mənə dərs deyəndə, sonralar romanlarda tarixdən bəhs edəndə və din xadimləriylə üzləşməli olanda Şeyximin dərsləri mənə xeyli kömək edirdi.

      Xüsusilə, “Aləmdə səsim var mənim” romanında Seyid Əzim Şirvanini müdafiə edən, yalan olmasın, Sovet dövrü nəsrimizdə, bəlkə də, yeganə müsbət din xadimi surətini yaradanda Axund Hacı Şeyx Fərəcullah Pişnamazzadə gözlərimin önündə canlanıb həmişə. Axı mən Ağa Seyid Əli ağanı görməmişdim. Amma eləcə onun kimi tərəqqipərvər ruhani surətli Şeyxim gözlərimin önündəydi. Mənə elə gəlirdi ki, Ağa Seyid Əli ağa məhz şeyxim kimi belə hərəkət edə, belə danışa bilərdi.

      Hər ikisinə Allahdan rəhmət arzulayıram. Hər ikisinin ruhu şad və bizə duaçı olsun Allah qarşısında.

      Mən onu belə görmüşəm, belə nurani xatırlayıram. Allahın rəhməti səninlə olsun, Şeyxim.

      Bakı, 15-18 yanvar 1998

      Şeyxülislam Şeyx Mirmöhsüm Ağayla görüşlərimdən12

      Əslində, ərəb əlifbası, fars dilini öyrədən altı müəllimim olub: birinci anam, ikinci Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə, üçüncü Şeyx Mirmöhsüm Şeyx Əli oğlu Həkimzadə, dördüncü Əli Azəri, beşinci Məmmədağa Sultanov və altıncı Fazil Seyidov. Bunlardan yalnız ikisi – əvvəlcə Şeyx Mirmöhsüm cənabları ərəbcədən, sonra da aspiranturada Əli Azəri mənə farscadan müntəzəm dərs deyib.

      Bizim qədim, XIX-XX əsrlərdə fəaliyyət göstərən qabaqcıl fikirli vətənsevər ruhani alimlərimiz Şeyxülislam Əhməd ağa Səlyani, Axund Turab, Axund Mirməhəmməd Kərim, Şeyx Qəni, Axund Yusif Talıbzadə və b. haqqında ruhani atalar və ruhani mətbuat zaman-zaman söz açıb. Məhz onlar İslamın mütərəqqi cəhətlərini xalqa çatdırmaqda böyük işlər görüblər. Belə alimlərdən biri də O idi. Şeyx Mirmöhsüm Həkimzadə! Həm də onda böyük cürət var idi!.. Axı həmin illərdə 1937-1938-i görmüşlərdən kim götürərdi öhdəsinə şeyxülislamlığı? Öz canı bir yana, ailəsinin, uşaqlarının da dinc həyatı təhlükə altına düşürdü. Hamı – bütün onu tanıyanlar və ailəsini sevib hörmət edənlər təşviş keçirirdi onun üçün. Xüsusilə, möhtərəm xanımı – adı kimi yumşaq, gözəl təbiətli Məleykə xala! Tez-tez bizə uğrayıb dərdini rəfiqəsi və uzaq qohumu anamla bölüşürdü. Anam təskinlik verirdi Məleykə xalaya. Öz qorxularını ürəyinin dərinliyində gizləyib Məleykə xalanı sakitləşdirər, göz yaşlarını qurulayar, titrək dodaqlarına təbəssüm qondurub evinə yola salardı. Hamı Ağa üçün qorxardı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской

Скачать книгу