27 möcüzə. Кир Булычев

Чтение книги онлайн.

Читать онлайн книгу 27 möcüzə - Кир Булычев страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
27 möcüzə - Кир Булычев

Скачать книгу

divarında barelyef yonuldu: Ahirəm şah taxtda əyləşib, əlində Nil zanbağı və fincan tutur. Əlahəzrət şam edir. Əlində dəsmal tutan xidmətçi şahın qarşısında təzim edir, iki nəfər xidmətçi sinidə xörək gətirir, onların arxasında isə qurban gətirənlər düzülüblər.

      Sarkofaqın üstündə belə bir yazı var: “Bu sarkofaqı Qublun şahı olan Ahirəmin oğlu Etbaal atası üçün düzəltdirdi. Qoy bu şah üçün əbədi sığınacaq olsun. Əgər hər hansı bir hökmdar, yaxud sərkərdə şəhərə hücum edib sarkofaqı açsa, qoy o öz dövlətindən məhrum olsun, tacını itirib Qubldan qorxaqcasına qaçsın. Qoy o nə burda, nə də əbədiyyətdə rahatlıq tapsın”.

      Yazı – yazı kimidir. Belə hədələrə və nifrinlərə bir çox qədim hökmdarların qəbirlərində rast gəlmək olur. Ancaq onların heç nəyə köməyi dəymir. Digər şahların qəbirləri kimi, Ahirəmin də qəbrindən qiymətli olan hər şey oğurlandı. Soyğunçular yalnız sarkofaqı çıxara bilməmişlər. Tarixə düşmək üçün çox az şansı olan və heç bir şeyi ilə məşhur olmayan Ahirəm şah bu yazı olmasaydı unudulardı. Bu, bəşəriyyət tarixində ən vacib əhəmiyyəti olan bir kəşfin şahididir. Bu kəşf, bəlkə də təkərin kəşf olunmasına bərabərdir.

      Üç min il bundan əvvəl Ahirəmin oğlu Etbaal atasının sarkofaqı üzərində hərflərlə beş sətir mətn yazdırır.

      Məhz hərflərlə. Nə mixi yazılarla, nə də heroqliflərlə deyil, sonralar ən yaxşı yazı vasitəsi kimi bütün dünyanı fəth edən hərflərlə, ayrı-ayrı səsləri göstərən işarələrlə. Misir heroqlifləri və mixi yazılar artıq çoxdan unudulmuşdu. Alimlər onları bəzən uğurlu, bəzən uğursuz oxumaqla məşğuldurlar. Ancaq üç min il əvvəl Finikiyada, bəlkə də elə Qublun özündə kəşf olunmuş əlifba bizim lap uşaqlıqdan adət etdiyimiz məhz həmin yazı vasitəsidir.

      Sonralar arxeoloqlar Finikiyada daha qədim hərfi yazılar tapmışlar. Qubl şahı Şafatabaalın yazısı yeni eradan əvvəl XIV əsrə aiddir. Abdo yazısı XV əsrə təsadüf edir. Qubl əlifbasında 22 hərf var idi. Bir neçə əsr sonra kabbalistlər 22 rəqəmini müdrikliyin təcəssümü kimi xoşbəxt rəqəmlər elan etdilər.

      Finikiyalıların xidməti onların yalnız əlifbanı kəşf etmələrində deyildi. Onlar bu əlifbanı həm də bütün dünyaya yaydılar, qonşu xalqları və ilk növbədə qədim yunanları bu əlifba ilə tanış etdilər.

      …Təxminən beş min il bundan əvvəl Qubl (onun əvvəllər necə adlandığı məlum deyil) şəhər oldu. Tunc əsri başlanırdı. Lap qədimdən dəniz sahillərində məskən salmış balıqçılar torpağı şumlamağı, filiz əritməyi və dənizi üzüb uzaq ölkələrə getmək üçün gəmi qayırmağı öyrəndilər. İki min il ərzində dəniz sahilində yaşamaq finikiyalıları qədim dünyanın ən yaxşı dənizçilərinə çevirdi. Onların hündür qövsvarı burunlu gəmiləri Misirin və İtaliyanın sahillərinə yan alırdılar.

      Bizə məlum olan ən qədim Misir türbələrində Livan sidrinin kötüklərinə rast gəlmək olur – onu məhz buradan, Qubldan aparırdılar. Qublun ilk böyük məbədi də həmin bu dövrə aiddir. Doğrudur, o bizim ölçümüzə cavab vermir və möcüzə adlanmaq iddiasına düşməsə də, dünyada ilk daş məbədlərdən biridir.

      Şəhər zənginləşir, kübarlar və tacirlər əmələ gəlirdi. Var-dövlət isə onun qorunmasını tələb edirdi. Odur ki, şəhərin ətrafında qalınlığı otuz metrə çatan nəhəng divarlar tikildi. İndi divarların qalıqlarına baxanda ağac kötüyünü xatırlayırsan: kötükdən ağacın həyat tarixini öyrənmək mümkün olduğu kimi, divar qalıqlarına əsasən şəhərin necə yaşadığını təsəvvür etmək olur. Min beş yüz il ərzində şəhər divarlarını altı dəfə təmir etmiş və yenidən tikmişlər.

      Qublun zənginliyi (bu şəhərin adı bir neçə dəfə dəyişilmiş, ona gah Qubl, gah Qebal, gah da başqa adlar vermişlər) artdıqca ondan varlanmaq istəyən hərislər törənirdi. Bir çox əsrlər ərzində şəhər daha qüvvətli qonşuların əlində oyuncaq idi. Ona misirlilər yiyələnmiş, onu hiksoslar, xettlər, assurilər, iranlılar zəbt etmişlər. Müharibələr arasında şəhər rahatlıq və müstəqilliklə nəfəs alır, yenidən tikilir və finikiyalıların gəmiləri yenə də yağ, şərab, taxıl və taxta-şalbanla doldurulub dənizin o tayına üzürdü. Bu müstəqillik bəzən əsrlər boyu davam edirdi. Dəniz səfərindən qayıdan varlı tacirlər qəddar Reşef allahının şərəfinə məbəddə yeni daşlardan obelisk ucaltdırır və onum mehrabları qarşısında qurban verirdilər.

      Yeni eradan əvvəl 1200 və 900-cü illər arasındakı dövrdə finikiyalıların rolu xüsusilə böyük olmuşdur. Onların qədim qüdrətli qonşuları olan misirlilər və xettlər zəifləmişdilər. Onlar artıq Aralıq dənizi sahillərinə yiyələnmək istəyən ciddi rəqiblər deyildilər. Bizim dövrümüzə qədər maraqlı bir sənəd gəlib çatmışdır. Sənəd 1066-cı ilə aiddir. Bu, allah Amonun müqəddəs qayığı üçün sidr almağa göndərilmiş Misir səfiri Un-Amunun hesabatıdır.

      “Mən Qubl hökmdarının limanında iyirmi doqquz gün keçirdim, – deyə səfir firona yazdığı məktubda şikayətlənir. – O hər gün çaparları yanıma göndərirdi: “Mənim limanımdan rədd ol”. Nəhayət, şah bir qədər yumşalıb səfiri qəbul edir. O, yuxarı salonda arxası pəncərəyə tərəf otururdu. Böyük Suriya dənizinin dalğaları aşağıda qayalara çırpılırdı, – deyə səfir bu görüşü belə təsvir edirdi. “Mən, – deyə şah sözə başladı, – nə sənin, nə də səni buraya göndərənin quluyam. Əgər mən qışqırsam göylər çatlar”. Səfir etiraz etmək istədi ki, həm dəniz, həm də bütün Livan formal olaraq misirlilərə məxsusdur, lakin onun sözləri lazımi nəticə vermədi. Səfir, nəhayət, sidr ağacı ala bildi, lakin o bunun üçün beş yüz papirus topu, gəmi kəndiri, vəhşi heyvan dərisi və qab-qacaq verdi.

      Dənizlər finikiyalılar üçün yaxşı öyrənilmiş yollar idi. Onlar bu yollarda çox nadir hallarda azardılar. Ən qədim və ən yaxşı keçilən yol – Qubl-Misir yolu idi. Başqa dəniz yolları onları Kipr, Rodos, Krit, Korsika və Siciliya adalarına aparırdı.

      Finikiyaya taxıl və yağ Fələstindən gətirilir, ədviyyat və ətriyyat Hindistandan və Cənubi Ərəbistandan daşınırdı. Bu ölkələri Finikiya şəhərləri ilə karvan yolu birləşdirirdi. Qubl şəhərində, Finikiyanın digər limanları olan Tir və Sidonda xalq sənətkarlığının bəzi növləri inkişaf edirdi: metaldan düzəldilmiş fincanlar, al-qırmızı parçalar, qarağacdan və fil sümüyündən qayrılan mebellər bütün dünyada şöhrət qazanmışdı. O zamanlar Livanın sıx meşələri Qublu nəinki qiymətli sidrlə, həmçinin şam, küknar ağacları və gəmilər üçün qətranla da təmin edirdi. Finikiya şəhərləri böyüyüb varlandıqca finikiyalı tacirlərin əlindən daha çox mal gəlib-keçirdi. Tədricən onlar ticarətdə vasitəçi olur və Aralıq dənizi Finikiya dənizinə çevrilir, bir qədər sonra bu dəniz Yunan, lap sonralar isə Roma dənizi adlandı.

      Dənizlə səfərə çıxarkən Qütb ulduzundan istifadə etməyi məhz finikiyalılar öyrənmişlər. Onlar başqa bürclərin olduğunu da bilirdilər. Finikiyalıların möhkəm sidr ağaclarından qayrılmış

Скачать книгу